• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yaddaşımın küncündə bu anlar da yaşayır… (9a)

  • 18 İyun 2019
0
SHARES
FacebookTwitterPinterest

Şakir Yaqubov

İndi bu barədə danışmaq, yazmaq olar: Yusif Kərimov “Azərbaycan gəncləri”ndə redaktorluğa, indiki dillə desəm, baş redaktorluğa 1981-ci il fevralın 17-də gəlmişdi; hərçənd özü bioqrafiyasının bu faktını 80-ci ilin oktyabrına aid edir və əsla səhvə yol vermir, burada sadəcə, bir cümləlik izahat-dəqiqləşdirmə tələb olunur, o isə buna məhəl qoymur və hər şeyin hamıya məlum olduğunu güman edir.

Əslində vəziyyət belədir ki, komsomolun mərkəzi komitəsinin bürosu onu həmin vəzifəyə 80-ci ilin oktyabrında təsdiqləmişdi, xələfi Şamil Xurşud üçün nəzərdə tutulan vəzifə stulu isə yalnız 81-ci ilin fevralında boşaldılmışdı – Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Salam Qədirzadəni “Kirpi” satirik jurnalının baş redaktorluğundan yalnız o vaxt yola salmışdı…

“Təzə süpürgə” söhbəti burada da işə düşmüşdü və işdə olmasının 2-cimi, 3-cümü günü Yusif müəllim məni – redaksiyanın təbliğat və təşviqat şöbəsinin müdiri və həm də mətbuat aləmində tamamilə “yad” olan adamı otağına çağırıb mövcud kadrlardan ibarət bir heyət tərtib eləməyimi xahiş eləmişdi.

Bəri başdan deyim ki, onda kimin hansı vəzifədə olmasının mənə elə də isti-soyuğu yoxuydu…

Yusif müəllimin verdiyi sxem üzrə əməkdaşları yerbəyer elədim və hətta iki-üç işçiyə yer də tapmadım.

Günlərin bir günü redaksiyada ümumi iclas oldu və redaktor həmin iclasda təzə heyəti elan elədi. Şübhəsiz ki, özünün əlavələri ilə. İclas bitəndə hamı otağı tərk eləmək üçün ayağa duranda mənim qalmağımı istədi.

Mənim heç cür yerbəyer eləyə bilmədiklərimi də ağla gəlməyən yerlərə “ilişdirdiyinə” görə “burnumu sallamağıma” cavabı belə oldu: “Əgər mən yüzdəyüz sən deyənləri eləmiş olsaydım, onda gərək vəzifə stullarımızı da dəyişəydik – sən mənim yerimdə oturaydın, mən də sənin”.

Düz sözə heç vaxt etirazım olmayıb…

Yazda redaksiyada iki-üç təzə işçi də peyda oldu və Allahın işinə bax ki, onlar daimi işçilərin əksəriyyətindən çox savadlı, bacarıqlı işçilər idi, yəni YAZA bilirdilər. Adil Atakişiyev, Hidayət Elvüsal, Firuz Mustafa, Rusvat Bayramov bu qəbildən olanlardanıydı.

Hidayəti elə o vaxtlarda tanıdım. İndiki yazar deyildi, sadəcə, nömrəlik xırda-xuruş xəbər-filan yazırdı. Amma elə bu yazılarıyla da göstərirdi ki, Jurnalistdir, jurnalistikada olmalıdır.

Şahmar Əkbərzadənin müdir olduğu publisistika şöbəsində müqaviləli müxbir idi, yəni maaş almırdı, redaksiyada rəsmi olaraq heç nəyə görə məsuliyyət də daşımırdı, köhnə sovet qaydalarına əsasən özü də nəsə yazmaq üçün təşəbbüs göstərmirdi.

Öyrənmişdim ki, ailəli adamdır, arvadı, iki uşağı var və bunları, habelə özünü Kəlbəcərin rayon qəzetində işlədiyi daimi işindən qoparıb Bakıya gətirib – görünür, kimsə işə düzəldəcəyi barədə söz veribmiş. O da bu işi “nağdılamamış” rayonla tamam-kamal üzülüşüb Bakıya gəlmişdi.

Məndən iki yaş böyük olsa da, hamıyla, o cümlədən mənimlə özünü çox abır-həyalı aparırdı. Mənim də, təbii ki, ürəyim yanırdı onun işləməməyinə, ömrünün cavan, məhsuldar olacaq vaxtını boş-boş keçirməyinə.

Bir gün redaktor qəzet üçün buraxıcı lazım olduğunu və namizəd axtarmağımı istədi. İnamla namizədin mövcud olduğunu söylədim: Hidayət Nağıyev (o, hələ Elvüsal olmamışdı). Redaktor mənim sözümə, rəyimə inanırdı, yəqin güman elədi ki, namizədliyi qabaqcadan razılaşdırmışam. Ona görə heç nə demədi.

Hidayətin özünü isə razı salmaq üçün bir az çənə ağrıtmalı oldum. Mətbəəyə apardım, oradakı işçilərimizlə tanış elədim və hökmlə buraxıcı işini Hidayətə həvalə elədiyimizi dedim…

Və beləcə bir-iki il keçdi; arada Hidayət döşünə yatan bir neçə yazını da yazıb çap elətdirdi (yadımda indi xalq artistləri olan Nübar Novruzova və Brilyant Dadaşova haqqında yazılar, bir də düz 11 min oxucu məktubuna layiq görülən “Odla su arasında” sevgi dastanı qalıb).

Həmin günlərin birində Hidayəti kefsiz gördüm. Səbəbini soruşanda kirayədə qaldığı evin qanuni yiyəsinin – hansısa neft mədəni idarəsinin göstərişi ilə ailəsinin mitilinin çölə töküldüyünü dedi.

Eləmə tənbəllik: iş telefonuyla birbaşa 26 Bakı komissarı rayonunun milis şöbəsinin rəisini yığdım, özümü təqdim eləyib əhvalatı ona danışdım və dediyimdən belə nəticə çıxarmaq olardı ki, əgər Hidayət Elvüsalın mənzil məsələsi həll olunmasa, hesab elə ki, Azərbaycanda bütün mətbuat aləmi batacaq…

Rəis məndən vaxt istədi və dedi ki, nəticəsini xəbər edəcək…

Bir saatdan sonra Hidayət özü gəlib dedi ki, mənzili boşaldanlar üzrxahlıq edərək hər şeyi yoluna qoyublar.

Ardınca da milis sahə müvəkkili zəng vurub rəisin tapşırığını yerinə yetirdiklərini “dalajit elədi” (həmin mənzildə Hidayət sonralar da daha bir neçə il yaşadı…).

İş gününün sonunda bu hadisəni 2 manat 68 qəpiklik “Vodka” ilə yuyarkən eləyə bildiyim sonuncu tövsiyəmi də dilə gətirdim: bu 100 manatlıq maaş Hidayət üçün deyil, ailəsi üçündür…

Buna ehtiyac yox idi, hər ehtimala qarşı mən borcumdan çıxdım.


“Yaddaşımın küncündə bu anlar da yaşayır…” silsiləsi:

Yaddaşımın küncündə bu anlar da yaşayır… (1)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (2)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (3)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (4)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (5)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (6)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (7)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (8)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (9)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (10)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (3a)

Yaddaşımın küncündə bu anlar da yaşayır… (7a)

Müəllifin başqa yazıları:

Allah sənə rəhmət eləsin, Dədə Məmməd!..

Üzündə göz izi var…

Dünyanı verək uşaqlara…

Mən təqaüd almıram, pensiya alıram!

Dərslik, yoxsa dərs vəsaiti? Həm də necə?..

Tarix üçün… Tarix haqqında

“…Bu cahana sığmazam!”

Platini nəyin güdazına gedir?

  • 18 İyun 2019

40 min vətəndaş parlamentə necə üz tuta bilər?

  • 18 İyun 2019

Son materiallar

comments
ManşetXəbər

Jurnalist əfvə düşdü

comments
ManşetXəbər

Saleh Rüstəmov azadlığa çıxır

comments
ManşetXəbər

Əfv sərəncamı

comments
ManşetXəbər

“Ağıllı kənd”də

Rəylər

Do not miss

comments
ManşetXəbər

Jurnalist əfvə düşdü

Son materiallar

comments
ManşetXəbər

Jurnalist əfvə düşdü

comments
ManşetXəbər

Saleh Rüstəmov azadlığa çıxır

comments
ManşetXəbər

Əfv sərəncamı

comments
ManşetXəbər

“Ağıllı kənd”də

comments
ManşetXəbər

Azərbaycan komandalarının potensial rəqibləri

comments
ManşetXəbər

Subsidiyanın sualı

comments
ManşetŞərh

Gömrük yükü

comments
ManşetTribunaYazarlar

Savaşdan sonra

comments
AktualManşetXəbər

Beş ayın və beş ilin populyar adları

comments
AktualManşetXəbər

Çempionlar Liqasına buraxılan bütün komandalar

comments
Dünyanın səsiManşetXəbər

Sabiq prezident ev dustağı oldu

comments
Dünyanın səsiManşetXəbər

Şoltsun fikrincə, Putin yalnız bir halda gerçək danışıqlara gedər

comments
Dünyanın səsiManşetXəbər

Antonio Quterreş: “Nüvə təhlükəsi yenidən reallığa çevrilib”

comments
AktualDünyanın səsiManşetXəbər

Parlament 40 yaşdan yuxarı şəxslərin orduya çağırılmasına səs verdi

comments
ManşetTribunaYazarlar

Rusiyanı nə dayandırar?

comments
AktualManşetŞərh

İnhisarçı basqı

comments
ManşetXəbər

Səlim Müslümov evə buraxılıb

comments
ManşetXəbər

ABŞ Azərbaycana yeni səfir göndərir

comments
ManşetXəbər

Siftə “Roma”nın

comments
AktualManşetXəbər

Bölgələrdə orta maaş

comments
ManşetTribunaYazarlar

Könlüm kiçik Kərbəladı… (Şeirlər)

comments
AktualManşetXəbər

Harada nə qədər pensiya alırlar?

comments
AktualManşetXəbər

Ölümün çox olduğu bölgələr

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

comments
ManşetTribunaYazarlar

Şeytan söz meydanında

comments
ManşetTribunaYazarlar

Axı necə olur?

comments
ManşetTribunaYazarlar

Başqa Rusiya

comments
ManşetXəbər

AXCP üzvü azadlıqda

comments
ManşetXəbər

Yeni təyinatlar

comments
AktualManşetXəbər

Deputatların təvəllüdü

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda