• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hökmdarın hüzurunda olmaq

  • 13 İyun 2019
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

Vahid Qazi

Azadlığı olmayan yaradıcı insanın ağrısı balasını çətin doğan ananın sancısı kimidi!

Sənətkarın xoşbəxtliyi içindəkini sevərək gün işığına çıxarmaq azadlığındadı!

Faciə tək o deyil ki, istədiyini yaratmağa qoymurlar, hürriyyətin alınıb. Dərd odu, qəlbindəkinin əvəzinə sən başqasının tələb etdiyini yazmağa məcbur edilirsən – bir dəfə növbəti nəşrə hazırlayarkən Şoloxovun ”Sakit Don”u sosialist realizminə uyğun redaktə etməsindən yazmışdım.

Daha betərisə zamanla içində yoğurduğun əsəri öz əlinlə məhv etməyindi! Yazmaq istədiyini içində boğan, yazdığını qorxudan yandıran o qədər sənət adamı olub ki.

İctimai-siyasi anlamda insanmı önəmli şərtdi, yoxsa mühitmi? Bir növ ”yumurtamı əvvəl yaranıb, toyuqmu” sualına bənzəyir. İnsanı mühit formalaşdırdığı kimi mühiti də insan yaradır. Belədisə, onda sualın cavabı nədi?

Bilmirəm! Bu dar macalda bu suala çətin cavab tapam. Əslində heç qəsdim də bu deyil.

Sadəcə, iki müxtəlif mühitdə fərqli rəftarın motivini anlamağa çalışıram. Zamanın şərtlərimi, insanın xarakterimi səbəbdi konkret əmələ? Məsələn, Səməd Vurğun ”Vaqif” dramını 1938-ci ildə sovet mühitində yox, – təsəvvür edək, süqut etməyib, o vaxtacan yaşayıb – Cümhuriyyətin 20 yaşında necə yazardı?

Bu, Səməd Vurğunun “Vaqif” tamaşasının premyera tarixçəsindən bəhs edən “Sənət əbədidir, ömür amanat…” kitabını oxuyanda ağlıma gələn sualdı. Vurğun Şah Qacarın hüzurunda şair Vaqifin durumunu və sonunu tarixi həqiqət kimi yox, partiya rəhbərinin istəyinə uyğun yazmağa məcbur olub.

Arif Əliyevin arxiv sənədləri əsasında yazdığı bu povesti də maraqlıdı. Diktator Mir Cəfər Bağırovun hüzurunda şair Səməd Vurğunun, rejissor Adil İsgəndərovun yaşadığı qorxunu təsvir edib.

Dünyada qorxu qədər insanı bitirən duyğu varmı?

Qorxu işğalçıdı!

Qorxu əvvəl insanın qəlbini işğal edir, sonra şüurunu. Sənin üzə çıxarmadıqlarını, hələ içinin ən dərin qatında saxladıqlarını da xəbərin olmadan işğal altına salır.

İnsan düşüncəsini total basqıda tutan azadlığa qapalı ölkələrdə ən acı həyatı yaradıcı sənərkarlar yaşayır.

Bu, dünən də belə idi, bu gün də belədi. Neft pulu təpəsindən tökülən məmləkətdə nə qədər istedadlı yaradıcı şəxs işsiz-gücsüzdü, nadanlar əlində əsir-yesirdi, cəlayi-vətəndi…

”Qara maşın dayanan yerdə nəm daşlara buta naxışlı kəlağayı yapışıb qalmışdı”.

Bu cümlə söz açdığım povestdəndi. Səməd Vurğunla Adil İsgəndərov premyera günü teatrın qapısı ağzında dayanan NKVD-nin qara maşınına pəncərə pərdəsi dalından səksəkə içində baxırlar. Tamaşa bitib, hamı gedib, maşınsa gözləyir.

Təhlükə yan keçir. Bu dəfə teatrın gənc aktrisası Mədinəni aparmağa gəlibmişlər. Mədinəni apardıqları yerdə onun ”buta naxışlı kəlağayısı” düşüb qalıbmış.

…Azadlığı hamı istəyir, amma heç də hamı azadlıqla nə edəcəyini bilmir. Yaradıcı insanlardan savayı. Onlar bilirlər ki, azad mühitdə yaratdıqlarını heç bir ”qara maşın” apara bilməz. Yaratdıqları bax o ”buta naxışlı kəlağayı” kimi qalacaq.

Hökmdarların hüzurundan uzaq azad mühitdə ”buta naxışlı kəlağayı”lar arzusuyla!

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Vaşinqtonda Qarabağ gileyi

  • 13 İyun 2019
  • comments

Onlar (Esse)

  • 13 İyun 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Media
  • Mədəniyyət
  • Nəsr
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda