Firuzə Davudqızı
…Aydanı evə ötürüb, bir qədər sonra Səməndərlə onun öz kabinetində görüşdü. Gəlişinin məqsədini – Salehlə görüşmək istədiyini açıqladı. Söhbət əsnasında Səməndərin dünən axşam baş verənlərdən artıq xəbərdar olduğunu üzünün ifadəsindən anlayan Azər son dərəcə açıq danışdı:
– Necə görüşə bilərəm onunla? Mənə ünvanı lazımdır. Çox güman ki, bu barədə məlumatın olar.
Səməndərin ifadəsi dəyişdi. Əli ilə çənəsini ovuşdura-ovuşdura fikirli, qayğılı göründü. Xeyli sükutdan sonra köks ötürüb, ağır-ağır dilləndi:
– Kiçik nöqsanlar böyük səhvlərə yol açar, oğlum. Yanlışlığa yol vermə.
Azər Səməndərin bu fikri ilə razılaşmadı.
– Düşündüyün kimi deyil.
Səməndər Salehin qəza keçirib xəstəxanada yatdığını söylədiyi halda Azərin onunla görüşmək istəyindən dönmədiyini görüb, xəbərdarlıq etdi:
– Əvvəla, buna imkan verməzlər. İkincisi də, bildiyimə görə o, artıq Bakıda deyil. Reanimasiyadan çıxan kimi xaricə ötürüblər. Harada, hansı xəstəxanada müalicə aldığı da məlum deyil. İndi Zakir yüz adam yerləşdirib palatanın qapısına. Burada necə, orada da elə.
– Araşdırsan məlumat əldə etmək olar. Əminəm ki, sənin bunu bilmək üçün imkanın, əlaqələrin var.
Azərin fikrindən vaz keçməməsi Səməndəri narahat etməyə başladı. İradla ona baxdı:
– Nəyinə gərəkdir axı onunla görüşmək?
– Ediləsi söhbətim var. – Azər qətiyyətlə dedi.
– Bu nəyi dəyişəcək axı?
– Dəyişməsə də, hər halda biz əmioğluyuq da. Əvvəl-axır tanımalıyıq bir-birimizi. Bu gerçəyi ki, dəyişə bilmərik.
Səməndər gözünü Azərin üzündən çəkmədən son dərəcə ciddi səslə:
– Fikrim səninçün maraqlıdırsa əgər, mən məsləhət görmürəm. Getmə! – dedi.
Ört-basdır etməyə çalışsa da daxilən keçirdiyi gərginlik Azərin üzünə vurmuşdu. Səməndərin sözlərindən sonra şübhəli-şübhəli soruşdu:
– Nə səbəbə?
– Çünki indən belə bir mənası yoxdur. Nə atan Zakirlə bir daha əl sıxan deyil, nə də Zakir bu kinindən, hikkəsindən əl götürən deyil. Yorma özünü. Üstəlik, sənin orada Zakirlə üz-üzə gəlməyinə də razı deyiləm. Ağsaqqal-ağbirçək sözü dinləməyən bir insan səni necə dinləyəcək? Necə anlayacaq? Doğrusunu bilmək istəyirsənsə, heç atan da bunu müsbət qarşılamaz.
Azər Səməndərin tərəddüd etdiyini anlayaraq:
– Narahatlığa əsas yoxdur, – dedi. – Mən ora dava etməyə getmirəm. Bizim dava-dalaş edən çağımız deyil. İki yetkin insan kimi söhbət etmək istəyirəm.
– Azər…
Azər bütün diqqəti ilə Səməndəri süzdü.
– Bəzi məsələlər var ki, oğlum, həlli ümumiyyətlə yoxdur. Yəni həlli olmayan bir məsələni də eşib-qurdalayıb, dərininə getməyə dəyməz. İzn ver belə də qalsın. Nə baş verirsə, əlbət ki, Allahın istəyi, Allahın məsləhətiylədir. Bizə qəbul etmək düşər.
Azər daha bir söz demədi. Bir qədər sonra Səməndərlə xudahafizləşib yanından ayrıldı.
Bu söhbətin üstündən 3 gün keçdi. Azər dostları ilə kafedə ikən ofisiant masaya yaxınlaşdı. Məcməyidəki kiçik zərfi Azərin qarşısına qoyub:
– Bunu sizə göndərdilər, – dedi.
– Kim?
– O masadan bir adam. – Ofisiant çevrilib arxadakı masalardan birinə işarə etdi. Lakin həmin adamı masada görməyincə üzü təəccüb dolu bir ifadə aldı. Təkrar Azərə doğru çevrildi. Çaşqın bir halda:
– İndicə burada idi. Sizə çatacağını bildirdi, – dedi.
Azər təşəkkür edib, ofisiant masadan ayrılandan sonra gözucu dostlarını süzərək zərfi açdı. Zərfdən çıxan kağızda yazılanları nəzərdən keçirdi. Üzü qəribə bir ifadə aldı. Qaşları düyünlənmiş halda baxışlarını pəncərəyə doğru çevirib nəzərlərini şəhərin buradan görünən mənzərəsində saxladı. Dalğın göründü.
Bütün fikri aldığı məlumata yönələn Azər bu anlarda səkinin kənarında dayanmış avtomobildən izləndiyinin fərqində deyildi.
– Nə isə olub, atam? – Vüqar dözməyib sual verdi.
Azər qaşının biri alnına qalxmış halda gözucu dostunu süzdü. Cavab vermədi.
O, Səməndərdən başqa heç kimlə bu mövzuda söhbət etməmişdi. Zərfdə isə Salehin harada olduğu yazılmış, müalicə aldığı xəstəxananın ünvanı da qeyd olunmuşdu. Azər ildırım sürəti ilə beynində zərfi göndərənin kim olduğunu araşdırdı. Amma bir nəticəyə gələ bilmədi. Ceyhunun səsinə fikirdən ayrıldı:
– Problem var, brat? Xeyir xəbər alana bənzəmirsən.
Azər köks ötürüb:
– Xeyirdir, ya bəd, bunu bilmirəm, amma mənə lazım olan xəbərdir, – dedi. Kağızı masanın üstündə Ceyhuna doğru sürüşdürdü.
Ceyhun kağızda yazılanlarla tanış olandan sonra baxışlarını qaldırıb Azərə baxdı:
– Doğru ünvan olduğuna əminsən?
– Əmin olmaq üçün getmək lazımdır.
– Sözündən belə çıxır ki, gedəcəksən.
– Həri, bu fikirdəyəm.
– Ağlından keçən nədir?
– Ağlımdan keçən deyəndə, bu dəqiqə başım qaynar qazana dönüb, brat, nə düşündüyümü, necə düşündüyümü, düzü, heç özüm də bilmirəm. Amma bir şey var da. Kimdir mənə belə ürəyi yanan, bunu aydınlaşdırmağa çalışıram. Belə də ki, heç maraqlı da deyil. Məni maraqlandıran məsələ bu dəqiqə o ünvanda olmaqdır.
Vüqar kağızı Ceyhundan alıb gözdən keçirə-keçirə iradla Azərə:
– Yaxçı da, ay brat, – dedi. – qurban olum sənə, işlər yoluna düşdüyü bir vaxtda lazımdır bəyəm sənə bu? Problem açma da öz başıva! – Kağızı narazılıqla masanın üstünə atdı. – Görəsən hansı ağılsızdır, ala, bekarçılıqdan ağlına nə gəlibsə uydurub yazıb bura. İşin-gücün yoxdur sənün? Hər deyilən ünvana getsən, onda gərək…
Azər acı istehza ilə dostunun sözünü kəsdi:
– İşlər yoluna düşməyib, atam, əksinə – bir az da mürəkkəbləşib. Özümüzü nöş aldadırıq? – dedi. Sözlərinə bir qədər ara verib, sonra düşüncələrinin izahı olaraq əlavə etdi. – Özümü qalib hiss edim deyə vəziyyətə don geyindirməklə deyil ki. Rəsmən biqeyrət elan ediblər, a kişi, bizi! Deyirsən yəni bu haqsızlığa göz yumub boynuma götürüm? – Azər buna etiraz əlaməti olaraq “yox” mənasında nırçıldadı. Qəti səslə: – Aydınlığa çıxası bir məsələ varsa, çıxmalıdır! – dedi.
Vüqar dostunun təbiətinə bələd olduğu üçün bu məsələ ilə bağlı hər hansı bir fikir yürütməyin artıq yersiz olacağını anladı. Onunla həmfikir olduğunu bəyan edən bir ifadə ilə:
– Məsləhət sənindir, brat. Belədir deyirsənsə, deməli, belədir. – dedi. – Mən susdum! Amma elə et ki, sonra zərərli sən çıxmayasan. – Narahat baxışlarla dostunu süzdü.
– Yaşayarıq, görərik! Yaşaya bilsək əgər! – Azər qanıqara halda dilləndi. Zərfi cibinə qoydu.
***
Məsləkdaşları ilə şam yeməyində olan Kazımov yenicə iştaha ilə yeməyə başlamışdı ki, sürücüsü Nofəl qapıda göründü. İçəri keçmək üçün izn istədi. Kazımov bir baxışı ilə ona yaxın gəlməsini işarə etdi.
Nofəl müti şəkildə deyilənə əməl etdi. Masa arxasında oturanlara ədəb-ərkanla salam verib:
– Nuş olsun! – dedi. Kazımova doğru əyildi. Və qulağına pıçıltı ilə: – Üzr istəyirəm, yoldaş rəis, mane oldum. – deyib, dərhal əlavə etdi: – Tapşırdığınız kimi əmanət ünvana çatdı. Şəxsən özünə təqdim edildi.
Kazımov baxışlarını qaldırıb bir nöqtəyə zillədi. Sarı bənizi səbəbi kimsəyə bəlli olmayan bir ifadə ilə qızarıb-bozardı. Nofəlin səsinə özünə gəldi.
– Rəis, mənə görə bir qulluğunuz?
Kazımov ona baxmadan soyuq ifadə ilə dilləndi:
– Buralarda ol.
– Oldu, rəis!
Nofəl daha burda dayanmadı. Kazımov ölçüyə gəlməyən intiqam yanğısı ilə: “Görəcək günlərin hələ qabaqdadır, Zakir! İllərdir bu günü, bu fürsəti gözləyirəm! Səni özününkülərinin əli ilə məhv etməsəm, adımı dəyişərəm! Onda mən, mən deyiləm, bu günədək boş yaşamışam!” deyə ürəyindən keçirdi.
Şam etməkdə olduğu çəngəl və bıçağı qəzəblə sıxdı.
***
2 gün sonra Azər Rusiyaya yola düşdü. Deyilən ünvana gəldi. Xəstəxananın dəhlizinə ayaq basdığı anda Səməndərə haqq verdi. Onun da dediyi kimi palatanın qapısı ağzında mühafizəçilər vardı. Palataya giriş-çıxışa nəzarət olunurdu.
Mülki geyimli bu şəxslərin rus millətinin nümayəndələri olduğu aydın görünürdü. İri cüssəli, ucaboy oğlanların görkəmindən zəhm yağırdı.
Azər kənarda dayanıb müşahidə etməyə, çarə axtarmağa başladı. Gözünü mühafizəçilərdən ayırmadan çənəsini ovuşdura-ovuşdura palataya daxil olmaq üçün beynində plan cızdığı bir məqamda yanından ötüb keçən bir nəfər təəccüb və sevinc qarışıq bir səslə onu səslədi.
Azər öz adını rus ləhcəsində duyub geri çevriləndə qarşısında hələ Rusiyada yaşadığı illərdən tanıdığı Nikolay Stepanov adlı bir tanışını gördü. Çaşqınlıq içində onu süzdü:
– Коля, это ты? (Kolya, sənsən?!)
Ağ xalatlı, ortaboy, bir qədər dolu görkəmi olan həkim məmnun ifadə ilə irəli yeridi. Şəstlə əlini Azərin əlinə vurub salamlaşdı.
– Чувак! Какое чудесное совпадение! (Dostum! Nə gözəl təsadüf!)
– Здравствуй! (Xoş gördük!) – Azər tanışının əlini səmimiyyətlə sıxdı. Doğmalıqla bir-birinə sarıldılar.
– Как ты? Мой дорогой друг? (Necəsən, əziz dostum?) – Nikolay diqqətlə Azəri süzüb, gülümsündü. – Как твои дела? (İşlər necə gedir?)
– Все в порядке. (Hər şey qaydasındadır.) – Azər marağını boğa bilmədi.
– Ты здесь новенький? (Bura təzə işə düzəlmisən?)
– Менее двух лет. Я главврач. (İki ilə yaxındır. Baş həkiməm.) – Nikolay gülümsündü.
– Даже так! (Belə de!) – Azər gözləmədiyi bu təsadüfə məmnun qaldı. – Браво! (Əhsən!)
Nikolay Azərin qoluna girdi:
– Что скажешь? Поговорим? Я так многое хочу тебе сказать. (Nə deyirsən, söhbətləşək? Sənə deyiləsi o qədər sözüm var ki.)
Azər başqa niyyətdə olsa da tanışının təklifindən imtina edə bilmədi. İstiqamətini dəyişib onunla birlikdə kabinetə doğru addımlamağa məcbur oldu. Gedərkən Nikolaya bəlli etmədən çiyninin üstündən Salehin yatdığı palatanın qapısı ağzında dayanan mühafizəçilərə bir də baxdı.
Kabinetə keçdilər.
Nikolay Azərə yuxarı başda yer göstərib, düyməni basaraq katibəsinə onlar üçün iki fincan çay gətirməyi tapşırdı. Üzünü təkrar Azərə tutdu:
– Давно не виделись. Но не думай, что я забыл ваши обычаи. Помню всё у вас очень уважают гостя. Хотя это не заменит заварочный чай в Баку, будем рады если выпьешь чашечку чая. (Çoxdan görüşmürük. Amma elə bilmə sizin adətləri unutmuşam. Yadımdadır hamısı. Sizdə qonağa böyük hörmət var. Bakıda dəmlənən çayın yerini verməsə də, bir fincan çayımızı içsən, məmnun qalarıq.)
Azərin bütün fikri Salehin yanında qaldığından Nikolayın sözlərinə məcburi gülümsünüb başını yüngülcə tərpətməklə təsdiqlədi. Nikolay:
– Ты едешь в Баку? Есть контакты с ребятами? Что нового в личной жизни? Рассказывай о себе, о делах, мне очень интересно. (Bakıya gedib-gəlirsən? Əlaqən var uşaqlarla? Şəxsi həyatda nə yeniliklər var? Özün barədə, işlərin barədə danış, mənə çox maraqlıdır.)
Azər divanda yerini rahatlayıb:
– О новостях могу сказать что, я уже как год вернулся на родину, уже живу в Баку (Yeniliklər barədə onu deyə bilərəm ki, mən 1 ilə yaxındır qayıtmışam vətənə. Artıq Bakıda yaşayıram.)
– Вот это настоящий сюрприз для меня. Значит так! У меня есть предложение. Идём к нам, ты мой гость. Катя будет счастлива узнать тебя. Я рассказывал ей о тебе, рассказывал как мои Кавказские друзья встретили меня на своей родине. Еххх, друг! Я очень часто вспоминаю те дни… Жаль всё так быстро прошло… (Ooo… bax, bu əsl sürpriz oldu mənim üçün. Deməli, belə! Bir təklifim var. Bu gecə gedirik bizə. Qonağımsan. Katya (Katerina) səninlə tanışlığa şad olacaq. Danışmışam ona sənin barəndə. Qafqazlı dostlarımın öz vətənlərində məni necə hörmətlə qarşıladıqlarını bir-bir nağıl etmişəm. Eh, dostum. O günlər yadıma düşür tez-tez. Heyif, tez ötüb keçdi.) – Heyfsilənərək başını buladı. Sonra təkrar dilləndi: – Ну что друг мой, идём? – (Hə, nə deyirsən, dostum, gedirik?)
– Коля, поверь мне, очень хотелось бы, но извини, я сегодня должен вернуться в Баку. У меня есть одно дело, как только решу его вернусь. В другой раз. В другой раз с большим удовольствием. (Kolya, inan mənə, çox istərdim, amma üzrlü say, mən bu gün Bakıya qayıtmalıyam. Bir işim var, onu həll edim, qayıdıram. Başqa vaxta qalsın. Uyğun bir zamanda məmnuniyyətlə gələrəm.)
– Ты разочаровал меня… Как у вас говорят? “Олмадыки атам” (Məni məyus etdin. Sizdə necə deyirlər? “Olmadı ki, atam!”
Nikolayın rus ləhcəsi ilə Azərbaycan dilində danışmaq cəhdinə və özünə xas tələffüzünə Azərin dodağı qaçdı.
Bu məqamda katibə əlində məcməyi kabinetə daxil oldu. Çay dolu fincanları masanın üzərinə düzüb, naz-qəmzəli yerişlə kabinetdən ayrıldı.
Nikolay katibəni baxışları ilə yola salıb şeytani bir təbəssümlə Azərə sarı çevrildi. Onun qıza əhəmiyyət belə verməməsi Nikolayı təəccübləndirdi:
– Если я не ошибаюсь, ты пока не женатый. (Səhv etmirəmsə, hələ subaysan.)
– Пока. (Hələ ki.) – Azər fikirdən ayılıb, gülümsündü.
– Стой, я сейчас вспомню как говорят у вас… “Хелеки субайчылыгды атам”. (Dayan, indi yadıma salacam sizdə necə deyirlər… “Hələ ki, subayçılıqdır, atam”. – Nikolay Azərə baxdı: – На самом деле? (Doğrudan?)
– Совсем (Tamamilə!)
– Опаздываешь, друг мой! Подумай об этом. Жизнь прекрасна, и хорошо сделать все в свое время. Провести эту прекрасную жизнь одиноким, это просто несправедливость по отношению к молодости. (Gecikirsən, dostum! Bu barədə mütləq fikirləş. Həyat gözəldir. Hər şey öz vaxtında olsa, daha gözəldir. Bu gözəllikləri tənha yaşamaq gəncliyinə haqsızlıqdır.)
Azər onun fikri ilə razılaşsa da, başqa sözlə əvəz etdi:
– Судьба! (Qismət!) – Söhbətin axarını dəyişmək məqsədilə dərhal dilləndi. – Как твои дела? (Sənin işlərin necədir?)
– Я поженился, друг мой! И у меня есть одна дочка – Алина, Алёнка моя. (Mən evlənmişəm, dostum! Bir qızım da var – Alina, mənim Alyonkam.)
– Вот этому я очень обрадовался. (Bax buna sözün həqiqi mənasında sevindim!) – Azər əhvalının yerində olmamasına rəğmən duyduğu bu xəbərə şad olduğunu büruzə verdi.
Nikolay böyük şəstlə:
– Я люблю и любим, друг мой! Тебе тоже советую! (Sevirəm və sevilirəm, dostum! Sənə də məsləhət görürəm!) – dedi.
Onun bir az əvvəl katibəni süzən oğrun baxışları Azərin diqqətindən yayınmamışdı. Bu cavabla o baxışları müqayisə edər tərzdə dodaqlarını büzüb, istehza ilə gülümsündü. Ağır-ağır başını tərpətdi. Nikolay Azərin nə demək istədiyini anlayaraq gülə-gülə əlini onun çiyninə qoydu:
– Чувак, мужчины всегда нуждаются в заботе женщин, нет разницы где и с кем. (Kişilər həmişə qadın nəvazişinə möhtacdır, dostum! Fərqi yoxdur, harada və kiminlə.) – Və birdən vermək istədiyi sualı xatırlayıb dərhal soruşdu: – Чувак, давай поговорим о тебе, может скажешь какими судьбами ты здесь? Если честно я не ждал, сюрпризом стал. Ты по работе? (Dostum, gəl sənin barəndə danışaq. Bəlkə deyəsən hansı rüzgar atıb səni bura? Düzü, gözləmirdim. Həqiqətən sürpriz oldu. İşlə əlaqədardır?)
– У меня друг из армии, он живет здесь, когда я бываю здесь, мы встречаемся. Он в аварию попал, я узнал что его лечат здесь, но к сожалению не мог увидеть… (Bir əsgər yoldaşım var, burda yaşayır. Buralara yolum düşəndə, vaxt tapan kimi görüşürük. Qəzaya düşüb. Bu xəstəxanada müalicə aldığını öyrəndim. Gəlmişdim ona baş çəkəm. Təəssüf ki, görüşə bilmədim.)
Nikolay diqqətlə Azəri dinləyib, dediklərini doğru qəbul edərək heyrətləndi:
– Как это не мог? А я кто здесь? Имя, фамилия пациента! (Necə yəni görüşə bilmədim? Bəs mən burda kiməm? Xəstənin ad-soyadı!)
– Салех Закирович. (Saleh Zakir oğlu.) – Azər bunu deyib, zəndlə Nikolaya baxdı. – Из Баку (Bakıdan.)
Söhbətin kimdən getdiyi Nikolaya anında məlum oldu. Üzü ciddi ifadə aldı:
– КГБ… (Dövlət Təhlükəsizlik Komitəsi…) – Sözünün gerisini gətirmədi. Fikrini tamamlaması üçün Azər ona yardımçı oldu.
– Так точно. (Tamamilə doğrudur.)
– Хммм… (Hmm…) – Nikolay bir qədər tərəddüd etsə də, var-qüvvəsi ilə bunu Azərə bəlli etməməyə çalışdı. – Я сейчас узнаю. (Bu saat öyrənərəm.)
Lakin Azər tanışının narahatlığını göydə tutdu.
Bir qədər sonra onunla palatanın qapısına yaxınlaşdı.
– Этот товарищ хочет видеть пациента, он не чужой (Bu yoldaş xəstəni görmək istəyir. Kənar adam deyil.)
Mühafizəçilərdən biri oturduğu skamyadan ağır-ağır qalxıb, Azəri başdan-ayağa süzdü. Baxışlarını çevirib şübhə ilə həmkarına baxdı. Təkrar Azərə doğru çevrildi. Üzündə soyuq ifadə, rəsmi səs tonu ilə dilləndi:
– Документы! (Sənədləriniz!)
Azər onu Salehə bənzətdiklərini anlayıb, Zakirin onları öncədən təlimatlandırdığını sezdi. Ehtiyatı əldən verməyib, soyuqqanlı davranmağa çalışdı.
– Он мой товарищ, какие документы? (O mənim dostumdur. Nə sənəd?)
Mühafizəçi halını pozmadan eyni ifadə ilə bir də təkrar etdi:
– Нам не сообщили что вы придете. Поэтому документы пожалуйста! (Sizin gələcəyiniz barədə bizə məlumat verilməyib. Sənədlərinizi, zəhmət olmasa.)
Nikolay dərhal söhbətə müdaxilə etdi:
– Я в ответе за него! (Mən ona cavabdehəm!)
Mühafizəçi Azəri bir də təpədən-dırnağa süzdü. Sual yağan baxışlarla yoldaşına baxdı. Nə fikirləşdisə, uzun sükutdan sonra:
– Проходите. (Keçin.) – dedi.
Nikolay razılıqla mühafizəçini süzüb, əlini Azərin qoluna vurdu:
– Я у себя, не уходи не попрощавшись. (Kabinetdəyəm. Məni görmədən getmə.) – Azərə göz vurub, qapının ağzından ayrıldı.
Azər içəri daxil olmaq, Salehlə üz-üzə gəlmək üçün özündə son dəfə güc aradı. Qapının ağzında bir neçə saniyə ləngidi. Daxilən təlatümlü hisslərin, hiddət və gərginliyin pəncəsində vuruşduğu halda zahirən tamam soyuqqanlı olmağa səy göstərdi. Bu andan etibarən özü, hiss və duyğuları ilə əməlli-başlı mübarizəyə başladı. Bu arada mühafizəçinin bütün diqqətinin onda olduğunu sezib bundan artıq şübhə oyatmamaq üçün yubanmaq istəmədi. Palatanın qapısını yüngülcə döyüb, içəri keçdi.
O, palataya keçən kimi mühafizəçi düşüncələri qarışmış bir əhvalla əlini geyiminin döş cibinə apardı. Çıxardığı fotoşəklə nəzər saldı. Və birdən ilan vurmuş adam kimi yerindən dik qalxdı:
– Мы пропали! (Biz batdıq!)
– Что случилось? (Nə oldu?) – Yoldaşı heç nə anlamayıb, çaşqın nəzərlərlə ona baxdı.
– Ты знаешь кого мы только что пропустили в палату? (İndicə içəri keçməsinə icazə verdiyimiz adam bilirsən kimdir?)
– Кажется я его где-то видел. (Deyəsən, onu haradasa görmüşəm.)
Mühafizəçi şəkli əsəbi tərzdə yoldaşının ovcuna basdı.
– Тфу! Проклятие дьявола! Мы трупы! (Tfu, lənət şeytana! Kəlləmiz əldən gedəcək!) – Özünə olan hiddəti ilə söyüş söydü. Əlləri belində qapının önündə vurnuxdu. Peşman ifadə ilə hirsindən əlini-əlinə çırpdı.
Digər mühafizəçi fotoşəklə nəzər salıb, məsələni anladı. Donuq baxışlarla yoldaşına, onun haqlı narahatlığına baxsa da, deməyə söz tapmadı.
Oğlan bunu görəndə yoldaşına irad tutdu:
– Ты куда смотрел ааа? (Sən hara baxırdın, hə?)
Mühafizəçi nə deyəcəyini bilməyib, çiyinlərini çəkdi.
(Ardı var)