“Qanun” Nəşrlər Evinin son kataloqundan seçmələrin təqdimatını davam etdiririk.
Ötən dəfə kataloqdan “Klassik ədəbiyyat” nümunələrini təqdim etmişdik.
Növbədə – “Tərcümə ədəbiyyatı”dır.
Onu da qeyd edək ki, “Qanun” Nəşrlər Evi bir müddətdir endirim kampaniyası keçirir. Nəşriyyatın mağazasında yeni nəşrlər də endirimlə satılır.
“Qanun”un mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı).
Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.
Kitabları nəşriyyatın (012) 431 16 52 nömrəli telefonu və ya Qanun.az saytı vasitəsilə də sifariş etmək olar.
Çatdırılma paytaxtın “20 Yanvar” metro stansiyasının çıxışına pulsuzdur.