• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xilaskar, müsəlman dünyası, tənha ağac, təhqir edilmiş şair…

  • 10 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

“Düşüncələr” silsiləsindən

Mətanət Natiq

Xilaskar

Sizə bir insandan danışmaq istəyirəm. Allahın sayəsində insanlar onun əliylə şəfa tapır. Bu gözəl insan – istedadlı, öz sahəsində uğurlar qazanmış həkim qastroentoloq-endoskopist Ülvi İbrahimovdur.

Onun köməyilə mən və mənim kimi neçə-neçə xəstə sağalıb.

Nədənsə insanlarda belə fikir formalaşıb ki, orta yaşlı və yaşlı həkimlər daha yaxşıdırlar, onlar çox bilirlər. Amma həmişə belə deyil. Ülvi doktor öz sahəsində sözünü demiş, sözün əsl mənasında uzman adamdır. Gənc olmasına baxmayaraq bu sahədə nailiyyəti çoxdur. Sözün doğrusu, mən də onu birinci dəfə görəndə ürəyimdə tərəddüd yaranmışdı. Amma onun düzgün müalicəsi məni normal həyata qaytardı.

Yaxşı həkim olmaqla yanaşı çox səbirli, təmkinlidir. Bütün xəstələri səbirlə dinləyir, məsləhətlər verir. Üzündən təbəssüm heç vaxt əskik olmur.

Arzulayıram ki, Ülvi İbrahimov kimi həkimlərimiz çox olsun. Onu tez-tez televiziya ekranında görürəm. Sevinirəm onun uğurlarına. Deyirəm nə yaxşı ki, varsınız, Ülvi doktor. Təşəkkürlər, xilaskar həkim!

Müsəlman dünyası

Bir gün internetdə on səkkiz yaşlı əfqan qızların şəklini gördüm. İkisinin də üzünün bir tərəfi gözəl, o biri tərəfi isə dəhşətli halda idi. Sən demə, bu qızların ərləri ikinci dəfə evlənmək üçün bu zavallı qızcığazların üzünü kislota, yəni sulfat turşusu ilə yandırıblarmış.

Vəhşiliyə baxın! Müsəlman dünyasında nə baş verir? Günün günorta çağı bir jurnalist konsulluğa girir və yox olur. Adam o jurnalistin başına gətirilənləri eşidəndə tükləri ürpəşir.

Yenə də kökü gedib çıxır müsəlman dünyasına. Məgər yenidən evlənmək üçün o qızları mütləq o hala salmaq lazımdır? Bəs o jurnalistin aqibəti? Adamla belə haqq-hesab çəkərlərmi?

Belə şeyləri eşidəndə az qalır müsəlman olduğuna utanasan. Məncə bu vəhşiliklər əxlaqın əsir düşdüyündəndir.

Tənha ağac

Bir ağac gördüm – yarpaqları saralmış, amma tökülməmiş tənha bir ağac. Bu tənha ağacı bənizi solmuş, düşüncələrdən qəlbi yorulmuş insana bənzətdim. Yarpaqları nəsə pıçıldayırmış kimi titrəyirdi.

Yaşamağa, xoşbəxtliyə layiq, gözləri yollara dikilmiş, həsrətlə gözləyən adama bənzətdim bu tənha ağacı. Payız günəşi nə qədər isti olsa da yarpaqları ağacın üstündə saxlaya bilmir. Yarpaqlar yavaş-yavaş xəfif küləkdən tökülürdü. Çünki payızdır…

Ətrafda səssizlik hökm sürür. Bir suala cavab axtarırdım. Səssizlik suala ən yaxşı cavabdır.

Təhqir edilmiş şair

İçərişəhərdə kursdaydım. Pəncərədən aşağı, Əliağa Vahidin büstü qoyulmuş parka baxırdım. Parkda çoxlu turist var idi. Onlar büstün yanında foto çəkirdilər. Bələdçi də var idi. Turistlərdən biri öz telefonuyla selfi çəkirdi və sonra telefonu tanışına verib yenidən büstün yanına qayıtdı. Əlindəki siqareti büstün ağız hissəsinə tutub, gülümsəyərək şəkil çəkdirdi. Bunu bələdçi görürdü. Amma heç bir söz demədi.

Bir an özümü də, şairi də təhqir olunmuş hiss etdim. Bir ərəbin bu hərəkətini xalqıma təhqir saydım. Özümə sual verdim: biz onların ölkəsində büstlərini belə təhqir etsəydik necə olardı?

Allah bağışlasın

Yuxarıdakı qonşuyla liftə tez-tez bir yerdə minirik. Bir gün yenə liftə minmək istəyəndə uşaq düyməni tələsik basdı, arxası mənə olduğundan məni görmədi.

Ertəsi gün yenə liftə bir yerdə mindik və qonşu xanım üzünü mənə tutub “Siz Allah, bağışlayın keçən dəfəkinə görə, uşaq görmədi, düyməni basdı” dedi.

Dedim: “Allah bağışlasın!”

Gözəl sözdür. Bağışlayan Allahdır!


Müəllifin başqa yazıları:

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Göz yaşı və biganəlik

Örnək adamlar

Darıxıram, ana

Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar

İnsanı yoran nədir?

Nurlu insan

Qabarlı əllər, gözəl insan

Payız yağışı

Boşanmalar: dövlət komitəsinin rəsmisi səbəbləri a...

  • 10 Yanvar 2019
  • comments

Ermənilərin 16,9%-i Qarabağ münaqişəsinin həllini ...

  • 10 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Ekologiya
  • Ədəbiyyat
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Səhiyyə
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda