Yeni nəşrlərin dərci və endirim kampaniyası davam etdirilir
- 28 Dekabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
“Qanun” Nəşrlər Evi yeni kitabların dərcini, eyni zamanda dərc etdiyi bütün kitabların satış qiymətinə 25 faizdən 70 faizədək endirim kampaniyasını davam etdirir.
Yeni dərc olunmuş kitablar haqqında məlumat:
Çingiz Abdullayev “İblislərin ənənələri”
İraqda vacib danışıqlar aparan Rusiya nümayəndə heyətinin rəhbəri Fərhad Seyidov xəbər tutur ki, ondan İsrail kəşfiyyatı gizlicə istifadə edir.
Gözlənilir ki, ələkeçməz terrorçu əl-Rəşidi onunla görüşmək istəyəcək. Fərhadın üzüyünə montaj edilmiş radiomayakın siqnalı nəticəsində buraxılmış raket təhlükəli terrorçunu məhv edəcək. Bu zaman Seyidovun özü də öləcək, amma bu, mürəkkəb əməliyyatın qüsurlarıdır.
Bu cür variant nə Seyidovu, nə də onun köməkçisi olan Xarici Kəşfiyyat Xidmətinin zabiti Alyona Sizıxı qane edir. Onlar özlərini bu çirkin oyundan kənarlaşdırmaq üçün əllərindən gələni edirlər.
İsraillilərin Rusiya nümayəndə heyətinin tərkibinə daxil edilən casusu isə əməliyyatın uğurla nəticələnməsi üçün əlindən gələni edir. Bu məsələyə əl-Rəşidi müdaxilə edəndən sonra vəziyyət gözlənilmədən dəyişir.
Əsəri Sevda Səmədova tərcümə edib.
Deyl Karneqi “Narahatlığa necə son qoymalı və rahat yaşamağa başlamalı”
XXI əsrin ağlasığmaz qədər gur, mürəkkəb, problematik başlanğıcı!..
Bundan insanlığı itirmədən necə salamat çıxmalı?
Yaxınlara və əziz insanlara özlərini dərk etməkdə necə kömək etməli?
Necə özünü tapmalı?
Narahatlığa necə son qoymalı və rahat yaşamağa başlamalı?
İnsan münasibətləri sahəsində məşhur amerikalı mütəxəssis Deyl Karneqinin bu kitabı bizim həyatımızın bu və bir çox vacib suallarına cavab verir.
Kitabın tərcüməçisi Yaşar Əsədovdur.
Giyom Musso “Orada olacaqsanmı?”
Hər bir kəs həyatında ən azından bir dəfə də olsa özünə bu sualları verib: Əgər bizə keçmişə qayıtmaq kimi bir şans verilsəydi, həyatımızda nəyi dəyişərdik?
Nəyisə dəyişmək şansımız olsaydı, hansı səhvləri bir daha etməməyə cəhd göstərərdik?
Hansı ağrını, hansı vicdan əzabını, hansı peşmançılıq hissini həyatımızdan silməyə çalışardıq?
Həqiqətən də biz həyatımıza yeni bir rəng, yeni bir məna qata bilərdikmi? O zaman biz necə bir insan olardıq? Harada olardıq? Kiminlə olardıq?
Kitabı fransızcadan Vüsalə Yarıyeva tərcümə edib.
“Kukla ustası” kitabında biz özündən hekayələr uydurub danışan 60 yaşlarında dilçinin – filoloqun əhvalatına şahidlik edirik.
Əhvalatlarını danışdığı insanlar çox böyük maraqla onu dinləyirlər. Amma o özü çox tənha bir insandır. Heç kəsi yoxdur – nə oğul-uşaqdan, nə də qardaş-bacıdan; bircə yaxın sirdaşı, dostu Pelledən başqa.
Pelle isə heç də adi dost deyil… müxtəlif vəziyyətlərdə Yakobun dadına yetişən Pelle xüsusi və qeyri-adi dostdur.
Yalqızlıq, təcrid olma, cəmiyyətdə tənhalığın törətdiyi fəsadlardan bəhs edən bu roman “Sofinin dünyası” kitabının müəllifindən yeni kiçik bir möcüzədir. Bir çox anlamda kitaba həyatın mənasını axtaran, möcüzələrini çözməyə çalışan dilçi alim Yakobun faciәsi kimi də yanaşmaq olar.
Qaarder bu kitabı elə bir tərzdə yazıb ki, bütün sirli sualların cavabına oxucu kitabı oxuduqca yolüstü cavablar tapır. Bu səbəbdən oxuduqca oxuyacağınız və başladıqdan sonra heç əlinizdən yerə buraxmayacağınız kitabla qarşı-qarşıyasız…
Əsəri Anar Rəhimov tərcümə edib.
Qunnar Qunnarsonun bayram haqqında heyrətamiz hekayəti. Əsər real hadisələr əsasında yazılıb.
Hər il Milad bayramı ərəfəsində artıq heç də cavan olmayan Benedikt itmiş qoyun-quzunu toplamaq və onları ölümdən qurtarmaq üçün dağlara yollanır. Ona bu işdə etibarlı dostu Leo və cəsur qoyun Çətin kömək edir.
Bu dəfə isə onlar qar basmış yollarda, uca dağlarda yalnız itmiş qoyun-quzunun həyatı üçün deyil, həm də öz həyatları üçün mübarizə aparmalı olacaqlar.
Dostluq, cəsarət və təbiətlə mübarizə aparmaq haqqında roman.
Ətrafda heç nə yoxdur, yalnız ulduzlar, qar və dağlar…
Əsəri Anar Rəhimov tərcümə edib.
Qriqori Petrov “Ağ zanbaqlar ölkəsi”
Bu, görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir.
Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı.
Kitabda Finlandiyanın Rusiyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Qriqori Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur.
Lakin Petrovun bu əsərində yarı real-yarı utopik təsvirlərlə oxucuya təqdim olunan Finlandiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur.
1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.
Endirim kampaniyası haqqında məlumat
Qeyd edək ki, “Qanun” Nəşrlər Evi bütün kitabların satış qiymətinə endirim edib.
Dekabrın 15-dən başlanan kampaniya gələn il yanvarın 15-də bitəcək.
Kampaniyaya “Qanun”un yeni nəşrləri də düşüb. Məsələn, “Narahatlığa necə son qoymalı və rahat yaşamağa başlamalı” kitabının satış qiymti 12.99 manatdır, 25% endirimilə 9.75 manata satılır. “Ağ zanbaqlar ölkəsi” və “Orada olacaqsanmı?” kitablarının hər birinin satış qiyməti 9.99 manatdır, endirimilə 7.5 manata satılır.
Satış qiyməti 30% endirilən kitablar:
Harri Potterin əsərləri – cəmi 41.3 manat
HP və Fəlsəfə daşı – 7.7 manat
HP və Azkaban məhbusu – 7 manat
HP və Simurq Ordeni – 10.5 manat
HP və Sirlər otağı – 7.7 manat
HP və Alov qədəhi – 8.4 manat
Klassik ədəbiyyat seriyası
Boleyn nəslindən daha bir qız – 9.1 manat
Amerika Faciəsi – 14 manat
Muncuq oyunu – 8.4 manat
Sehirli dağ – 14 manat
Qırmızı və qara – 8.12 manat
Oblomov – 6.3 manat
Oliver Tvistin macəraları – 8.4 manat
Dekameron – 5.6 manat
Anna Karenina – 10.5 manat
Əcəl zəngi – 8.4 manat
Cəfər Cabbarlının bütün əsərləri – 14 manat
Qərb Cəbhəsində yenilik yoxdur – 3.85
Tufanlı yoxuşlar – 8.75
9-cu Karlın hakimiyyət illəri – 5.6 manat
Qəzəb salxımları – 8.4 manat
Qara pişik – 6.65
QULAQ arxipelaqı – 7.7 manat
Lautenzak qardaşları – 7 manat
İndiana – 4.9 manat
Spartak – 8.4
Madam Bovari – 6.65 manat
Ana – 5.6 manat
Uşaqlıq – 3.78 manat
Narsis və Qoldmund – 5.6 manat
Doktor Jivaqo – 10.5 manat
Ayı – 3.5 manat
Satış qiyməti 35% endirilən kitablar:
Dünya uşaq ədəbiyyatı seriyası
Şerlok Holms seriyası – 30.9 manat
Şeytan – 5.2 manat
Göy yaqut – 3.9 manat
Visteriya Lokda hadisə – 3.3 manat
Baskervillərin iti – 3.3 manat
Qozbel – 4.6 manat
Al-qırmızı etüd – 3.3 manat
Ebbi-Qreyncdə qətl – 4. manat
Qorxu – 3.3 manat
Corc Oruellin əsərləri – cəmi 11.8 manat
Kataloniya məhəbbətlə – 4.6 manat
Birmü günləri – 2.6 manat
Paris və Londonda qara qəpiksiz – 4.6 manat
Paulo Koelyonun əsərləri – cəmi 13.7 manat
Pio-Pyedro sahilində oturdum və ağladım – 3.9 manat
İşıq savaşçısı – 3.3 manat
Aldatma – 6.5 manat
Mario Puzonun əsərləri – cəmi 20.1 manat
Sonuncu Don – 7.1 manat
Xaç atası – 6.5 manat
Siciliyalı – 6.5 manat
Con Qrinin əsərləri – cəmi 21.4 manat
Eyni ulduzun altında – 6.5 manat
Kağız şəhərlər – 7.8 manat
Alaskanın axtarışında – 7.1 manat
Tərcümə seriyası – cəmi 22.2 manat
Azazel – 5.2 manat
Billi Milliqanın sirli hekayəti – 8.5 manat
Kitab oğrusu – 8.5 manat
Tarixi şəxsiyyətlər seriyası – cəmi 48 manat
Tamerlan – 5.4 manat
Kleoparta – 4.7 manat
Janna d’Ark – 6.6 manat
Çingiz xan – 8.4 manat
Beriya – 5.6 manat
Birinci Pyotr – 7.1 manat
Mariya Antuanet – 5.4 manat
Josef Fuşe – 4.8 manat
David Nikolsun əsərləri – cəmi 14 manat
Bir gün – 6.5 manat
Biz – 7.5 manat
Detektiv əsərlər seriyası – cəmi 21.8 manat
Sonuncu Xəfiyyə – 7.8 manat
Mən öldürürəm – 7.5 manat
Əgər sabah gələrsə – 6.5 manat
Elmi-fantastika əsərləri – cəmi 14.4 manat
Solyaris – 5.2 manat
Mars xronikaları – 4.6 manat
Mən, Robot – 4.6 manat
Bukovskinin əsərləri – cəmi 13 manat
Qadınlar – 6.5 manat
Hollivud – 6.5 manat
Yu Nesbönün əsərləri – cəmi 41.3 manat
Qar adam – 7.8 manat
Qızılgərdan – 7.5 manat
Qisas ilahəsi – 7.8 manat
Xilaskar – 11.1 manat
Şeytanın ulduzu – 7.1 manat
Satış qiyməti 40% endirilən kitablar:
C.M.Kutzenin əsərləri – cəmi 14.1 manat
Gənclik – 3.3 manat
Rüsvayçılıq – 4.2 manat
Barbarları gözləyərkən – 3.3 manat
Maykl K-nın həyatı – 3.3 manat
Satış qiyməti 50% endirilən kitablar
Safdil Qreqin əsərləri – cəmi 13 manat
Safdil Qreqin gündəliyi – 6.5 manat
Rodrikin qaydaları – 6.5 manat
Xərçəng Tropiki – 4.5 manat
Evinə bax, mələk – 6.5 manat
Səhra – 5 manat
Leon Afrikalı – 4 manat
Terrorçu – 5 manat
Ölümsüzlük – 4.5 manat
Qəsr – 6 manat
Müharibənin qadın olmayan üzü – 6 manat
Ferdidurka – 4.3 manat
Qum kitabı – 4.5 manat
Vətənə dönüş – 6.35 manat
Əziz həyat – 5.5 manat
Korluq – 6 manat
Qafqazın 12 sirri – 3.5 manat
Xərçəng Tropiki – 4.5 manat
Satış qiyməti 70% endirilən kitablar:
Gözəgörünməz əl – 2.7 manat
Staliniada – 2.5 manat
Möhtəşəm Süleymanın Hürrəmi – 4.5 manat
İstanbul xatirəsi – 4.2 manat
Adı siyahıda olmayan kitablar 25% endirimlə satılır.
“Qanun” Nəşrlər Evinin mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı).
Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.
Kitabları nəşriyyatın (012) 431 16 52 nömrəli telefonu və ya Qanun.az saytı vasitəsilə də sifariş etmək olar.
“Qanun” bildirir ki, çatdırılma paytaxtın “20 Yanvar” metro stansiyasının çıxışına pulsuzdur, digər metro stansiyalara 1 manat, ev və ofislərə isə 2 manatdır.