• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi

  • 10 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetMediaTribunaYazarlar

Seymur Kazımov

Jurnalistləri Müdafiə Komitəsinin (JMK) məlumatına görə, 2018-ci ilin bu gününədək dünyada 50 jurnalist öldürülüb. Onların arasında sui-qəsdə məruz qalan, hərbi əməliyyatları işıqlandırarkən və müxtəlif redaksiya tapşırıqlarını yerinə yetirərkən qətlə yetrilənlər də var. Bu ilin media tarixində ən səs-küylü qətl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçı ilə bağlıdır. Onun həyatda olmadığı dəqiqləşsə də, cəsədi hələ tapılmayıb.

Jurnalistika bir neçə ildir ki, “dünyanın ən təhlükəli peşələrindən biri” trendini saxlayır. JMK-nın hesabatına görə, bu il jurnalistlər əsasən ABŞ, Yəmən, Suriya, Əfqanıstan, Meksika, Somali, Hindistan, Kolumbiya, Mərkəzi Afrika Respublikasında öldürülüblər. Rusiyada yaşayan və işləyən azərbaycanlı jurnalist Orxan Camal da bu siyahıdadır. O, bu ilin iyulunda Mərkəzi Afrika Respublikasında redaksiya tapşırığını yerinə yetirərkən həyatını itirib.

Jurnalist harada yaşayıb-işləməyindən asılı olmayaraq fiziki təhlükə və psixoloji basqı altında olur. Jurnalistika həm də sevilməyən peşələrdəndir. Doğrudur, bu amil onların təzyiqə məruz qalması, qətlə yetrilməsinə əsas vermir, amma reallıq budur ki, jurnalistin uğradığı təhdidlər ona fiziki təsir göstərməyəndə belə psixoloji cəhətdən mənfi təsirini göstərir.

Jurnalist yanında baş vermiş qorxulu hadisənin fərqinə varmır, amma bir müddət sonra narahatlıq onu izləyir. Psixologiyada neqativ hadisələrin xatırlanmasına Posttravmatik Stress Pozuntusu (PTSP) deyilir. Hər hansı bir zədələnmə sonra həssaslığın və fobiyanın yaranmasına da səbəb olur. Nəticədə jurnalistlərdə psixi və fiziki şok reaksiyası əmələ gəlir. Jurnalistlər travmatik situasiyanın yalnız iştirakçısı deyil, şahidi olanda da PTSP-yə düçar olurlar.

Azərbaycanda jurnalistləri PTSP-yə aparan hallar:

  • Hərbi münaqişə zonasında çalışan reportyorlar. Fiziki cəhətdən sağ və salamat olsalar da, psixoloji cəhətdən çox zaman bunun əksi baş verir. Cəsəd, qan, mərmi və partlayış səsləri, dağıntılar, müharibədən əziyyət çəkənlərin fəryadını görən jurnalistin düşdüyü vəziyyəti təsəvvür etmək çətin deyil;
  • Fövqəladə hallar – zəlzələ, daşqın, uçqun zonasında çalışanlar;
  • Etiraz aksiyalarını və mitinqləri işıqlandıranlar;
  • Konkret qrup və şəxslərin təzyiqinə mərzu qalan, daim həbslə üzləşəcəyini “gözləyən” jurnalistlər.

Bu halların hər biri Azərbaycan üçün xarakterikdir və bu şərtlər altında çalışan, travma alan xeyli jurnalist var ki, onların psixoloji durumunun reabilitasiyası üçün tədbirlər planı, mərkəzlər yoxdur. Beynəlxalq təşkilatlar da Azərbaycandan olan jurnalistlərlə yetərincə işləmir.

Psixoloqlara görə, PTSP-nin əlamətləri müxtəlif cürdür: bir müddət öncə şəxsin yanında baş vermiş bir hadisənin onun beynində canlanması, həmin mənfi hadisəni xatırladacaq məkan və insanlardan uzaqlaşmaq cəhdləri, emosional boşluq, “həyatın mənasızlaşması”, yuxusuzluq, iştahasızlıq, səbəbsiz yorğunluq, tez özündən çıxmaq, əsəbilik və s. Belə vəziyyətlər vaxtında aşkarlanıb müalicə olunmadıqda ciddi fəsadlara gətirib çıxarır –  narkotikə və içkiyə qurşanmaq kimi.

Çıxış yolu çox sadədir: hər bir redaksiya öz əməkdaşının qayğısına qalmaq üçün onu mütəmadi psixoloq, sosial işçi, ehtiyac yaranacağı tədqirdə psixoterapevtlə təmin etməlidir. Jurnalistlərə PTSP haqqında bilgilər vermək, xüsusi təlimlər keçmək də tədbirlər planının bir hissəsidir. Digər istiqamət kimi, Avropada yalnız jurnalistlərlə işləyən bu tip mərkəzlərin fəaliyyəti ilə tanış olmaq, onların proqramlarını yerli redaksiyalarda tətbiq etmək mümkündür.


Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

Sosial medianın qanuni yollarla inhisara alınması

Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması

Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?

Məsuliyyətsiz jurnalistika

Vətəndaşın “informasiya aclığı” problemi

KİV-lə işin düzgün qurulması təlimatı

Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri

Natamam jurnalistika, məlumatlı əhali

İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir

Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?

Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə

ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?

Milli çempionatlarda nə yenilik var?

  • 10 Dekabr 2018
  • comments

Rusiyada orta pensiya nə qədərdir?

  • 10 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Səhiyyə
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda