• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnsanı yoran nədir?

  • 11 Sentyabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

“Düşüncələr” silsiləsindən

Mətanət Natiq

Allahın evi

Çox ziyarətgah var. Bizim bir arzumuz, istəyimiz olanda ziyarətgahlara üz tuturuq. Arzumuz, diləyimiz yerinə yetəndə də ziyarətgaha gedirik.

Ziyarətgahlar müqəddəs və toxunulmazdır. Bəzi insanlar elə başa düşürlər ki, istəyi, diləyi bu ziyarətgahlar yerinə yetirir. Amma hər şeyi edən Allahdır. Ziyarətgahlar isə Allahın evidir. Allahın evini ziyarət edəndə insan mənən təmizlənir, rahatlanır.

Allahın evi insanların etiqad yeridir. Gəlin Tanrıya etiqadımızı itirməyək. Allah hər kəsin ziyarətini qəbul eləsin!

İnsanı yoran nədir?

Bəzən elə yorulursan ki, çıxıb çox uzaqlara getmək istəyirsən. İnsanı yoran nədir? Məişət qayğılarımı, işmi, yoxsa düşüncələrmi? Məncə, insanı ən çox yoran düşüncələridir. Bəli, düşüncələr yorur insanı.

Bəs hər şeyi tərk edib getmək insanı düşüncələrdən xilas edə bilərmi? Yox. Hara getsən düşüncələr səninlədir. Yorğunluğu isə dəf etmək üçün düşüncələrdən qurtulmaq lazımdır.

Mərhəmət

Hər gün işə gedəndə bir qızın küçədə pişikləri yedirtdiyini görürəm. Onları bir-bir sığallayıb yemək verir…

Bir gün də qəssab dükanının qabağından keçəndə bir uşağın kəsilmiş qoyun başına baxıb “Yazıq!” dediyini gördüm.

İnsan elə uşaq xasiyyətdə qalsaydı…

Televiziyada həyətlərdən toyuq-cücə aparmış bir canavarı tutan adamların canavara necə cəza verdiklərini göstərirdilər. Heyvanın əl-ayağını bağlamışdılar. Operator onun üzünü çox yaxından göstərirdi. Canavarın gözlərində qorxu var idi. Bu vəhşi heyvan insanlardan qorxmuşdu, çırpınır, canını qurtarmağa çalışırdı.

Heyvan heyvandır, onun düşünən beyni yoxdur. Bəs insan?..

Dinimizdə belə qayda var ki, heyvanı uşağın gözünün qabağında kəsmək olmaz. Biz kəsirik də, hələ üstəlik, onun qanından uşağın alnına da sürtürük…

Mərhəmətli olsaq, olmazmı?

Birlik

Dayanacaqda avtobus gözləyirdim. Birdən yerdə qarışqalar diqqətimi cəlb etdi. Sırayla yuvalarına azuqə daşıyırdılar. Düşündüm ki, ağıllı canlılardır, birdirlər. Bu balaca həşəratların birliyindən bir az da insanlarda olsa…

Birlik olsa torpaqlarımız geri qayıdar… Haralısan sualını vermərik. Çünki biz azərbaycanlıyıq.

Birlik qalibiyyətdir. Topa çubuğu qırmaq olmur, tək-tək qırmaq olur. Gəlin yumruq kimi olaq, bir olaq. Qarışqalar kimi!

Qürbətdə yaşayanlar

Qürbətdə yaşayan çox azərbaycanlı var. Kimisi işləyir, kimisi oxuyur, kimisi də birdəfəlik xaricdə məskunlaşıb.

Başqa ölkəyə gedib qayıdanda başa düşürsən ki, necə darıxmısan Vətən üçün.

Bizim bacıoğlu Cavid də belələrindəndir. Məzuniyyətə gəlmişdi. O, çox uzaqda – Namibiyada işləyir. İngilis dilini mükəmməl bilir. Elə bu dili mükəmməl bilməsi onu uzaqlara aparıb çıxarıb. Çox darıxmışdı Cavid Vətən üçün, doğmaları üçün. Hər yeri qarış-qarış gəzdi, gecələri yatmadı, dostlarıyla görüşdü.

Azərbaycana gələcəyini heç kəsə deməmişdi, bircə qardaşı Fərid bilirdi. Gəlişi sürpriz oldu. Anası – bacım Şəhla deyir qəfildən onu qarşımda görəndə bilmədim ağlayım, yoxsa gülüm. Təbii ki, belə olacaq, axı anadır.

Gedənə yaxınsa Cavidin üzündə çox hüznlü bir ifadə var idi. Getmək istəmirdi. Amma məcbur idi. Çünki işi ordaydı. Deyirəm heç kim qürbətdə yaşamasın. Onu ora aparıb çıxaran səbəb ingilis dilini bilməsidirmi, yoxsa Vətəndə iş tapmaması? Burada iş tapıb işləsəydi onda analar da rahat olardı, övladlar da. Arzu edirəm ki, qürbətdə yaşayan azərbaycanlılar Vətənə qayıtsın.


Müəllifin başqa yazıları:

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Göz yaşı və biganəlik

Örnək adamlar

Darıxıram, ana

Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar

Təzyiqə necə güc gəlməli?

  • 11 Sentyabr 2018
  • comments

Ukraynada NATO sorğusu

  • 11 Sentyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gender
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda