• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Göz yaşı və biganəlik (Düşüncələr)

  • 03 May 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Mətanət Natiq

 Göz yaşı və biganəlik

Metrodaydım. “28 May” stansiyasında bir qız vaqona mindi. Düz gəlib mənimlə üzbəüz dayandı. Qızın üzünə baxdım və ürəyimdə “Ay Allah, nə qəşəng qızdır, Allah saxlasın” dedim.

Birdən o gözəl gözlərdən yaş süzülməyə başladı. Əvvəl elə zənn etdim ki, yanılıram. Gördüm, yox, həqiqətən ağlayır. Sonra isə sakit göz yaşı hönkürtüyə çevrildi. Qız əlləriylə üzünü tutub ağlayırdı. Hamı ona baxırdı. Tez əlimi çantaya salıb salfet çıxardım və qıza müraciətlə “Xanım, bunu alın” dedim. Qız başını qaldırıb baxdı, “Sağ olun, varımdır” dedi. Yenə ağlamağa davam etdi. Elə ağlayırdı ki, adamın ürəyi paralanırdı. “Xanım, sizə yardım edə bilərəm?” soruşdum. Qız bir daha başını qaldırıb “Sağ olun” dedi.

Niyə ağlayırdı, bilmədim. Amma mən çox mütəəssir olmuşdum. Ətrafdakı insanların bu göz yaşlarına biganəliyi də məni sarsıtmışdı. Biz niyə bir-birimizə belə biganə olmuşuq? Bu heç nəyi vecinə almamaq hardandır bizdə?

Bayram

Novruz bayramını çox sevirəm. Bayram günlərindən birində doğulub boya-başa çatdığım, Bakı kəndlərindən olan Maştağa kəndinə getdim. Bacım da mənimlə idi.

Kəndə ara-sıra gedirik. Amma bayram ərəfəsində, həm də Novruz bayramında getməyin öz ləzzəti var. Kəndə gedib yaxınlarımızın qəbirlərini ziyarət etmək, qohumlarla görüşmək adətimizdir.

Kəndin girəcəyində avtobus dayandı və adamlar avtobusa doluşdular. Avtobusda hamı bir-biriylə bayramlaşır, gülüb-danışırdı. Kənd camaatı çox sadədir. Əkib-becərməklə, heyvandarlıqla məşğul olurlar. Çörəyə çox yüksək qiymət verirlər. Əgər yerə çörək düşübsə, götürüb, öpüb, təmiz bir yerə qoyarlar. Kəndimizdə böyüklərə, ata-anaya, ziyalılara hədsiz hörmət var. Şəhərdən gələnlərə də ayrıca hörmət edirlər.

Kəndin mərkəzində insanlar qaynaşır, bazarlıq edirdilər. Hər yerdə səmənilər, gül-çiçək görürdün. Avtobus irəlilədikcə kənd yolu uzanırdı. Bu yolla məktəbə getdiyim günlər yadıma düşürdü.

Kənddə hamı bir-birini tanıyır. Burada heç vaxt adını soruşmazlar, “Kimlərdənsən?” deyərlər. Adamı babasının adı ilə tanıyırlar.

Adam özünü bu sadə camaatın içində o qədər rahat hiss edir ki. Hər kənddə olduğu kimi Maştağa camaatının da seçilən bir ləhcəsi var. Hərdən darıxıram o ləhcə üçün.

Burada ata axşam evə gəlməyincə süfrəyə oturmazlar. Mütləq ata süfrə başında oturmalıdır. Bunu uşaqlıqdan bilirəm.

İnsanlar çox sadə geyinirlər. Qadınların baş örtükləri var. Təbii ki, orta yaşlı qadınlar kələğayı örtürlər. Çadralı qadınları da görmək mümkündür. Mənim anam kələğayı örtərdi.

Kəndə getməyim məni xatirələrə apardı. Uşaqlıq illərim ən gözəl günlərimdir. Həyatda hər şeyin bir sonu var: sevginin, dostluğun, kədərin. Amma bir şeyin sonu yoxdur: yaddaşda qalan xatirələrin.

Tərbiyə

Tərbiyə əvvəlcə ailədən, sonra məktəbdən, sonra da cəmiyyətdən gəlir. Azərbaycanlı ailələrin əksəriyyətində tərbiyəli uşaqlar yetişir. İndi gənclərimiz müasir və çox sərbəstdirlər. Sərbəstlik hər şeydə özünü göstərir, təhsildə də, davranışda da.

Bir gün avtobusda üç gənc – iki qız, bir oğlan söhbət edir, zarafatlaşırdılar. Qızlardan biri çox bərkdən danışır, gülür, oğlanı dümsükləyir, boş, mənasız zarafatlar edirdi. Ətrafdakılar da başını bulayıb, heç bir söz demirdilər. Mən də həmçinin. Bu qıza baxıb ürəyimdə düşünürdüm: niyə belə edir? Hanı o qızlara xas olan zəriflik, incəlik? Hanı o abır-həya? Axı insanı gözəl edən ədəbdir. Ədəbsə həmin insanı başqalarına sevdirən, bəyəndirən səbəbdir. Bəlkə o qız buna adi bir şey kimi baxır, amma kənardan heç də yaxşı görünmürdü. Kobud hərəkətlər yaraşmırdı ona.

Elə bunu fikirləşirdim ki, birdən qızın səsi məni fikirdən ayırdı. Mənə müraciətlə: “Xanım, mənə neçə yaş verərsiniz?” soruşdu. Sözün doğrusu, heç gözləmirdim, çaşıb qaldım. Yadıma Məşədi İbadın “Heç hənanın yeridir?” sözü düşdü. Qıza yenə baxdım, cavab vermədim. Qız yenidən soruşdu: “Mənim iyirmi beş yaşım var. Yaşlı görünürəm?” Dedim: “Yox”. Təbii ki, etikaya görə elə dedim. Məsələ onun verdiyi sualda deyil, sualın harada verilməsindədir.

Məncə, bu, sərbəstlik deyil, boşboğazlıq, diqqəti özünə cəlb etməkdir. Qızlarımızı heç belə görmək istəməzdim. Bizim qızlar öz zərifliyi, abır-həyasıyla həmişə seçiliblər. Mən müasir gənclərimizə, xüsusilə də qızlarımıza bu xüsusiyyətləri itirməməyi, qoruyub saxlamağı arzulayıram. Harada olursa olsun, hərəkətlərinə, sözlərinə fikir versinlər, ədəbli davransınlar. Belə daha yaxşıdır. Kimin buna şübhəsi var?

“Düşüncələr” silsiləsinin əvvəli: 

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Ən təmiz hava haradadır?

  • 03 May 2018
  • comments

Novruz Məmmədovun gəlişi rəsmi portalı dəyişdirdi

  • 03 May 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda