• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qəbiristanlıq yolunda qaz əhvalatı

  • 30 Yanvar 2018
28
SHARES
FacebookTwitterPinterest

Rüfət RÜSTƏMOV
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor

Həmişə olduğu kimi işə vaxtında gəlmişdim. Çalışdığım otaqda səliqə-sahman yaradıb, internetdən xəbərləri oxumağa başladım. Xəbərlərin çoxu ürəkaçan deyildi. Saytları çevirdikcə maşın qəzasından, intihardan, nə bilim, atristlərin bir-biri ilə münaqişəsindən və s. yazırdılar. Dünyada gedən çirkin oyunların geniş vüsət alması, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı elan etməsi, nələr və nələr…

Beş dəqiqə keçmiş ağsaqqal qardaşım – İzzət müəllim mənə zəng etdi. Qardaşım nə vaxt zəng etsə çox sevinirəm, arada zarafatlaşıram, çalışıram heç vaxt bikef olmasın, gülsün, danışsın. Bu dəfəki zəngində əvvəlcə mənimlə maraqlandı, nə ilə məşğul olduğumu soruşdu. Gördüm ki, sözlü adama oxşayır:

– Bir hadisəmi baş verib, sözlü adam kimi danışırsan.

– Qardaş, doğru deyirsən, əmimiz qızının oğlu Xəzayil müəllim rəhmətə gedib.

Bu acı xəbəri eşidərkən gözümün qabağından onun gülər üzü, gur səsi gəlib keçdi. Bir anlığa fikrə daldım. İzzət müəllim telefonun o biri başında məndən cavab gözləyirdi. Özümü toparlayıb dedim:

– Mərasimə gedəcəkmisən?

– Əlbəttə, gedəcəm.

– Gözlə gəlirəm.

İzzət müəllimlə maşına oturub, Xəzayil müəllim yaşayan ünvana getdik. Camaatımız sağ olsun, eşidib-bilən gəlirdi.

Əli müəllimin bütün övladları son dərəcə nəcib insanlar idi. Əli Rəsulov vaxtilə raykom katibi, maarif şöbəsinin müdiri vəzifələrində çalışmışdı. Böyük oğlu görkəmli filosof, ictimai xadim kimi Mərkəzi Komitədə işləmişdi.

Başqa bir qardaşı vaxtilə “AZİ” adlandırılan institutun dosenti idi, Allah onlara rəhmət eləsin. Bacıları da ailə qurmuşdular. Rəhmətlik Xəzayil müəllim həyat yoldaşını erkən itirmişdi. Həyatının sonuna qədər Texniki İnstitutda dosent vəzifəsində işləmişdi. İş yoldaşları Xəzayil müəllimi doğmaları qədər sevirdilər. Yas mərasiminə gələn insanlar onu xoş xatirələrlə anırdılar. Atalar yaxşı deyib, nə əkərsən, onu da biçərsən.

Bu hadisə gələn qohum-əqrəbaya çox təsir etmişdi. Onun ölümünə heç kəs inanmırdı. İzzət müəllim Xəzayil müəllimin oğlunu yanına çağırıb bir az öyüd-nəsihət verdi. Harada dəfn olunacağını soruşdu. Oğlu, “Binəqədidə” – dedi. Binəqədi rayonu (vaxtilə Kirov rayonu adlanırdı) şəhər mərkəzindən hardasa on kilometr aralıdır. Bu rayonun əsas iri sənaye müəssisələrindən biri vaxtilə neft-qaz çıxarma ilə məşğul olub.

Molla cənazə namazı qılınacağını elan etdi. Rəhmətliyin cənazəsini mollanın məsləhət bildiyi yerə qoydular. Molla mərasim iştirakçılarına müraciət etdi:

– Xahiş edirəm sakitlik yaradın, indi cənazə namazı qılınacaq. Siz cərgə ilə mənim arxa tərəfimə keçin.

Molla üzünü qiblə tərəfə tutaraq cənazə namazına başladı. Fatihə verildikdən sonra cənazəni qaldırdılar. Bir müddət çiyinlərdə apardıqdan sonra cənazəni maşına qoydular. Cənazə karvanı Binəqədi tərəfə yol almışdı. Yol boyu keçmişdən-gəlmişdən söhbət edirdik. Yolda tıxac vardı, vaxtın tez keçməsi üçün dostlardan biri bizə Binəqədi barədə geniş məlumat verməyə başladı və bir əhvalat danışdı. Arada and da içdi: “Allaha and olsun, hadisəni olduğu kimi danışıram”.

Dedi ki, cavanlığında institutu bitirəndən sonra Binəqədidə neft buruqlarına nəzarətçi işləyib: “İndi gedəndə görəcəksiniz. O buruqların yerində ev tikiblər. Mənim işlədiyim dövrdə buruqların çoxu boşu-boşuna işləyirdi. Neft çox azalmışdı. Quyulara texniki su vururdular ki, bəlkə neft çıxdı. Bu da dövlət üçün əlavə xərc idi. Bu səbəbdən də buruqların bir hissəsi sökülürdü. Dostlar, sizə otuz il bundan qabaq olan bir hadisəni danışacam. Vaxtilə çox işlək olan bir termin vardı: “gecəqondu”. Bir də baxırdın ki, sən gözünü açıb yumana qədər sökülmüş buruqların yerində ev tikirlər. Əvvəl balaca birotaqlı ev tikir, sonra onu böyüdürdülər. Bilirsiniz də, almanlar əvvəl tualet tikirlər, sonra ev. Bizimkilər isə əvvəl evi tikirlər, sonra tualeti.

Uzaq dağ rayon­larından Bakıya fəhləlik etməyə gəlmiş bir qardaşımız ev tikmək üçün hazırlıq görür. Özü də çox yaxşı bənna imiş. Dostlarının köməyi ilə bir gecədə birotaqlı ev tikir. Yaxşı yeyir, içirlər, hərə öz evinə gedir. Sadiq çox fikirləşir ki, tualeti harada tiksin. Gözünə ağzı açıq quyu görünür. Quyuya yaxınlaşır görür ki, hazırca quyudur. Fikirləşir ki, tualet quyusu qazmaq çox da asan deyil. Vaxt itirmədən tualetin hazırlığını görür. Bir aylı gecədə tualeti hörür və suvağını da vurur. Tualetin içinin betonunu tökmək və qapısını qoymaq qalır. Sadiq bu işin uğurlu olduğuna çox sevinir. Artıq o da ailəsini gətirib, yeni bir həyata başlayacaqdı. Tualetin betonunu tökdü, qapısını asıb, ailəsini gətirmək üçün yaşadığı rayona getdi. Sözün doğrusu, Sadiq özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi. Kirəkeş olmaqdan canı qurtarmışdı. Bir gün kənddə dincəldikdən sonra ailəsini, bir oğlunu da götürüb Bakıya gəlir. Onlar şəhərə gələndə hava qaralmışdı.

Sadiq işıq çəkdirməmişdi. Evdə lampa yandırırdı. O, yolda gələrkən bir neçə dənə şam alır. Nəhayət, ailəsi ilə birlikdə təzə evə daxil olurlar. Sadiq bir kibrit, bir şam götürüb tualetə tərəf yollanır. Şamı yandırır, çox ehtiyatla tualetə daxil olmaq istəyir ki, güclü partlayış baş verir. Tualetə yığılan qaz o qədər dəhşətli partlayır ki, təzə tualetdən əsər-əlamət qalmır. Partlayışın səsinə ilk özünü çatdıran Sadiqin həyat yoldaşı olur. Sadiq yerdə uzanmış halda nə baş verdiyini ağlına belə gətirə bilmirdi. Üzü, başı, paltarının bir hissəsi yanan kimi olmuşdu. Mən də ilk köməyə gələn­lərdən biri idim. Onu xəstəxanaya apardıq. Həkimlər ilk yardımlarını etdilər.

Evə qayıdarkən Sadiq məndən soruşdu ki, Cavanşir, qardaş, ürəyim partlayacaq, de görüm nə baş verib? Məni gülmək tutdu. Qardaş, sənin anan na­maz üstəymiş, yaxşı ki, içəri girib yandırmamısan, yoxsa o partlayışdan qur­tara bilməzdin. Bilmirsənmi, sizin evlərin ətrafındakı neft quyularının hamısı qaz buraxır. Sən də gedib neft quyusunun üstündə tualet tikirsən. Sadiq səhvini başa düşüb, başını qaldırmadı”.

Cavanşir olmuş bu hadisəni elə danışdı ki, qəbiristanlığa çatdığımızdan xəbərimiz olmadı.

Müəllifin başqa yazıları:

Zarafat (Hekayə)

Ruhlar da danışır

Ziyanın yarısından qayıtmaq qəniməti

Yaşamaq stimulu

Amerika Rusiyaya sanksiya müharibəsi elan edir

  • 30 Yanvar 2018

Nazirlik qəbul statistikası açıqlayıb

  • 30 Yanvar 2018

Son materiallar

comments
ManşetXəbər

Jurnalist əfvə düşdü

comments
ManşetXəbər

Saleh Rüstəmov azadlığa çıxır

comments
ManşetXəbər

Əfv sərəncamı

comments
ManşetXəbər

“Ağıllı kənd”də

Rəylər

Do not miss

comments
ManşetXəbər

Jurnalist əfvə düşdü

Son materiallar

comments
ManşetXəbər

Jurnalist əfvə düşdü

comments
ManşetXəbər

Saleh Rüstəmov azadlığa çıxır

comments
ManşetXəbər

Əfv sərəncamı

comments
ManşetXəbər

“Ağıllı kənd”də

comments
ManşetXəbər

Azərbaycan komandalarının potensial rəqibləri

comments
ManşetXəbər

Subsidiyanın sualı

comments
ManşetŞərh

Gömrük yükü

comments
ManşetTribunaYazarlar

Savaşdan sonra

comments
AktualManşetXəbər

Beş ayın və beş ilin populyar adları

comments
AktualManşetXəbər

Çempionlar Liqasına buraxılan bütün komandalar

comments
Dünyanın səsiManşetXəbər

Sabiq prezident ev dustağı oldu

comments
Dünyanın səsiManşetXəbər

Şoltsun fikrincə, Putin yalnız bir halda gerçək danışıqlara gedər

comments
Dünyanın səsiManşetXəbər

Antonio Quterreş: “Nüvə təhlükəsi yenidən reallığa çevrilib”

comments
AktualDünyanın səsiManşetXəbər

Parlament 40 yaşdan yuxarı şəxslərin orduya çağırılmasına səs verdi

comments
ManşetTribunaYazarlar

Rusiyanı nə dayandırar?

comments
AktualManşetŞərh

İnhisarçı basqı

comments
ManşetXəbər

Səlim Müslümov evə buraxılıb

comments
ManşetXəbər

ABŞ Azərbaycana yeni səfir göndərir

comments
ManşetXəbər

Siftə “Roma”nın

comments
AktualManşetXəbər

Bölgələrdə orta maaş

comments
ManşetTribunaYazarlar

Könlüm kiçik Kərbəladı… (Şeirlər)

comments
AktualManşetXəbər

Harada nə qədər pensiya alırlar?

comments
AktualManşetXəbər

Ölümün çox olduğu bölgələr

comments
Dünyanın səsiManşetŞərh

“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?

comments
ManşetTribunaYazarlar

Şeytan söz meydanında

comments
ManşetTribunaYazarlar

Axı necə olur?

comments
ManşetTribunaYazarlar

Başqa Rusiya

comments
ManşetXəbər

AXCP üzvü azadlıqda

comments
ManşetXəbər

Yeni təyinatlar

comments
AktualManşetXəbər

Deputatların təvəllüdü

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda