• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Varis Diriye, Opra Uinfri və bizim Bircə

  • 16 Yanvar 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Avtobioqrafik roman müəllifi məchul qadına məktub yerinə

Rejissor Şerri Hormanın 2009-cu ildə çəkdiyi “Səhra çiçəyi” adlı bir film var. Somali əsilli fotomodel, yazıçı, ictimai xadim Varis Diriyenin (Waris Dirie) həyatından bəhs edir.

Barbar ənənələrin hakim olduğu mühitdə qoca kişiyə ərə verilən 13 yaşlı Varis evdən qaçır. Afrika səhrasını keçib paytaxt Moqadişiyə gəlir. Tale küləyi onu Londona atır. Bəxt üzünə gülür, dünya şöhrətli model olur.

“Səhra çiçəyi”

Şöhrətin tam zirvəsindəykən bir gün BBC televiziyasına özünün dəhşətli sirrini açır – uşaqlıqda sünnət olunduğunu deyir və BMT-nin xüsusi səfiri simasında qadın sünnəti kimi vəhşi milli adət-ənənəyə qarşı ümumdünya kampaniyası başladır.

Bircənin “Cəhənnəmdən keçmiş mələk” romanını oxuyanda o film yadıma düşdü.

Başqalarının tabu bilib toxunmadığı, sirr deyib danışmadığı hamıya bəlli həqiqəti öz nümunəsində faş etməkdən çəkinməyən insanlar cəsurdular. Bunu eləməyə ürək gərəkdi, asan iş deyil! İlk dövrlər öz cəmiyyətlərində anlayışla qarşılanmasalar da, sonradan onlar hər kəsin rəğbətini qazanan şəxslərə çevrilirlər.

Bir də, hansı Tanrı elçisi öz vətənində peyğəmbər olub ki!

“Bircə” anonim müəllifin təxəllüsüdü. “Cəhənnəmdən keçmiş mələk” romanı mühafizəkar adət-ənənələrin hakim olduğu Azərbaycan əyalətində bir qadın taleyindən bəhs edir. Belə baxanda kitabda oxuduqlarımız hamımızın gözümüzü açıb gördüyümüz, eşitdiyimizdi. Adət-ənənələrimiz deyib, qəbul etdiklərimizdi.

Söhbət təkcə hüquqsuz qadının zorən ərə verilməsindən getmir. Guya hansımızın nənəsi babamızı görüb-görüşüb, sevib-sevişib ərə gedib ki! Tək-tüklər ola, olmaya.

Elə öz nənəmdən deyim. Rəhmətlik danışırdı ki, babamı ilk dəfə Tiflisdə, “Leyli və Məcnun” operasında görüb. Əmisi arvadı uzaqdan babamı göstərib deyib ki, əmin səni ona ərə verir. “Kimə, o qara kişiyə?”

Atası öləndən nənəm Tiflisdə əmisigildə yaşayıb. Nənəmin, böyük əmimin pasportda yazılan doğum tarixlərinə inansaq, belə başa düşülür ki, o, 15 yaşında ərə verilib. Babam yaşda ondan xeyli böyük, həm də zəhmli kişiymiş. Sonralar bizə gülə-gülə danışırdı bunu. Deyirdi ki, bunu eşidəndə hətta evdən qaçmaq da istəyib, amma ürək eləməyib.

“Cəhənnəmdən keçmiş mələk”

“Ön söz”ün müəllifi İmran Bədirxanlı əsərin qəhrəmanını belə təqdim edir: “Mələk ötən əsrin 70-80-ci illər sovet Azərbaycanında böyüyüb boya-başa çatmış tipik əyalət qadınıdır. Az qala islamaqədərki ərəb dünyasında olduğu sayaq qız övladların arzulanmadığı çoxuşaqlı bir ailədə doğulan Mələk ağlı kəsəndən özünü anasına artıq yük, doğmalarına yad varlıq, qardaşları üçün nəslin adını, şərəfini zədələyə biləsi şübhəli məxluq sanıb”.

Kitab haqda geniş yazmaq fikrim yoxdu, ədəbi tənqidçi deyiləm. Bircə onu deyim ki, Bircənin yazı dilini, təhkiyəsini bəyəndim. İmranla da razıyam, bu “avtobioqrafik roman çağdaş ədəbiyyatımızda bənzəri olmayan sənət nümunəsidir”.

“Özlərində cürət tapıb öz şəxsi hekayələrini danışan bütün qadınlarla qürur duyuram və onlardan ilham alıram. Bu il biz tarixə düşdük”. Bu sözləri o gün “Qızıl qlobus” mükafatı alan Opra Uinfri (Oprah Winfrey) deyib. O, bu mükafatı kinematoqrafiyaya verdiyi töhfəyə görə alıb. Opra aktrisa, teleaparıcı, telemaqnat, ictimai xadimdi.

O, dünyanın ən nüfuzlu qadınları sırasında ön sıralarda gedənlərdəndi. Opra Uinfri ilk qaradərili milyarder qadındı. Sərvəti 2,8 milyard dollardı. Onun radio şəbəkəsi, kinostudiyası, populyar saytı, jurnalı və kabel televiziyası var.

Bunlar indi olanlardı. O vaxt isə…

Opra Uinfri etiraf edib ki, uşaqlığı qardaşlarının, dayısı və onun dostlarının atmacaları, nə bilim, əlləmələri, barmaqlamaları və bu sayaq başqa cinsəl sataşmalarıyla keçib. Belə gözümçıxdı həyata dözməyib, 60-cı illərin üsyankar yeniyetmələri kimi o da etiraz edib – evdən qaçıb, küçəyə sığınıb.

Opra Uinfri

9 yaşında zorlanıb. 14 yaşında uşaq doğub. Uşağı doğuşda ölüb. Bundan sonra doğa bilmək qabiliyyətini itirib.

Bu gün Opra Uinfri ABŞ prezidentliyinə iddiasını dilə gətirir.

Onun uğuru tele-şoularında tamaşaçılarla səmimi ünsiyyət qura, insanlara özünəinam duyğusunu aşılaya bilməsindədi. “Həyatınızda nəyisə dəyişdirin!” çağırışı milyonlarla insana sirayət edib.

Məruz qaldıqları cinsi zorakılığa görə qadınlar yox, bunu edən kişilər utanmalıdılar! Onun bu qətiyyəti ictimai rəydəki ehkamları alt-üst edir. Qadınlara ürək verir, dillərini açır.

Son aylar Hollivud aktrisalarının başlatdıqları hərəkat ümumsükunət içində tornado effekti verdi. Opra Uinfridən ilhamlanmalarına şübhəm yoxdu.

***

Ayıblar qaranlıqda ayıbdılar, gün işığı hər qaranlığı aydınladır. Dünya aydınlıqda gözəldi!

Əsərin bədiiliyi bir yana, Bircənin romanı qadın cəsarətinə misal kimi də qiymətlidi.

Vahid QAZİ
15 yanvar 2018-ci il
Ukulhas adası, Maldiv


Vahid Qazinin başqa yazıları:  

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə  

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı  

Şərm-həyanın qiyməti  

Yolda o(qa)lan yolçuluqlar  

Zəmanələr və talelər toplusu  

“İztirab — vətəndə qərib olmaqdır”  

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir  

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa  

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)  

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)  

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Bölgələrin kredit və əmanət göstəriciləri

  • 16 Yanvar 2018
  • comments

Əli İnsanovun şikayəti təmin edilmədi

  • 16 Yanvar 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gender
  • Hüquq
  • Nəsr
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda