• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)

  • 24 May 2016
20
SHARES
FacebookTwitterPinterest

İbrahimxəlil

Mirzə Qələmə babası da çox deyirdi: – Bala, get stomatologiya oxu, biologiya, antropologiya oxu, nevrologiya, narkologiya, teologiya, urologiya oxu, amma filologiya oxuma. Misilləmə misal üçün, stomatoloqun gözəl imkanları olur. Axı adamın otuz iki dişi var. Hər adamın beş dişini çıxartsan, hərədən sənə beş quruş düşər; həm özünün, həm də balalarının gümrah günü-güzəranı olar. Üstəlik, adamların gülüşünə, təbəssümünə də yardım etmiş olarsan: çünki… əgər dişlərin varsa, gülməyə dəyər! Sözümə baxmadın. İndi get filoloqluğunu elə; get hərfləri, yazıları sevməkdə ol! Qabaq dişlərinisə düzəltdirə bilmirsən: barı bircə dəfə də sən ürəkdən gülərdin!..

…sonra da Fransanın fəxri (elə Əyriqarın da) olan Hüqodan sitat gətirir: “Gülüş – Günəşdir, adamın üzündəki-gözündəki qışı qovur”.

Bəli, söhbət gülüşdən gedir! Ona görə də – etiraf edim ki, daha çox bədii sözə aid olduğum üçün – söz adamlarının təbəssümündən başlamaq istəyirəm.

Yazıçıların çoxu şəkildə gülümsəyir. Şairlər şehli təbəssüm göstərməkdə heç də nasirlərdən geri qalmırlar.

Müşfiqin gülümsəməyi nələrdən xəbər verir? Kimə, nəyə gülümsəyirdi?

Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Vaqif Səmədoğlu, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Vaqif Bayatlı, Elçin Hüseynbəyli…

Vaqiflərin vaqifanə də təbəssümü olur!

Bu bir. İkincisi, ədəbiyyatda ifşaedici, öldürücü gülüşdən – satiradan və islahedici, yumşaq gülüşdən – yumordan istifadə də bəlli məsələdir. Yəni, bu gülüş “formaları” adi gülüşdən fərqlidir. Nə isə… mövzudan kənara çıxmayaq…

…“Nə qədər yaraşır in­sana gülmək!” – köhnə dəbli mahnıda belə oxunurdu. Gülüşün “səhhət bulmaq”da necə böyük əhəmiyyət daşıdığını tibb-məlumat kitabçalarında da görmək olar. İnternet həvəskarlarının iddialarına görə, müxtəlif sayt­larda bu barədə yetərincə xəbər yerləşdirilib.

Qısa rakurs etməklə kifayətlənirəm.

Müasir psixologiyada gülüş terapiyasından geniş istifadə olunur. Gülüşü antidepressiant hesab edənlər də çoxdur.

Platondan tutmuş Kanta və Freydə qədər gülüşün əhəmiyyətindən söz açmışlar.

Viktor Hüqonun (əlbəttə, Fransanın və Əyriqarın fəxri) “Gülən adam” romanı yadınızdadırmı? Kralın gizlin fərmanına görə, zadəganları, habelə qara camaatı əyləndirmək (güldürmək) üçün uşaqları oğurlayıb onları eybəcər hala salırdılar; sifətləri gülüş doğururdu. Vaqif adamlara məlum olan mənası bu idi ki, insanın alçaldılması onu insan simasından məhrum edir.

Tarixi və müasir təlxəklər də bir özgə mövzudur.

Komik aktyorlar da həmçinin… Müxtəsəri, gülüşün nə qədər xeyri var cana!

İnsanın tamaşa və çörək acı olması faciələr doğurub həmişə!

…Ancaq mənim ənənəvi mövzum Mirzə Cəlil “dərsləri”nə aid olduğu üçün Süsən-Sünbüldə yaradılmış “De-gül, çal-çağır” klubundan söhbət açıram.

Onu da bərrü-biyaban bəyan edim ki, elə zənn edirdim ki, “klub” ifadəsi artıq arxivə qatılıb. Çünki təkcə Süsən-Sünbüldə yox, bütün bölgədə klublar fəaliyyətini çoxdan dayandırıb. Sovetlərin yıxılmağı klubları da yıxdı… Mirzə Pirverdinin PEN klubundan başqa!

…Mirzə Qələm Süsən-Sünbülə yaradıcılıq ezamiyyətindən yenicə qayıdıb. Sözü ona verək ki, söhbətimiz canlı olsun.

Mirzə Qələm:

– “De-gül, çal-çağır” klubuna Mirzə Qərənfil (Al­lah Sabit Rəhmana rəhmət eləsin!) başçılıq edir. Klubun giriş qapısına qara hərflərlə, nədənsə Kiril əlifbası ilə yazılıb: “Ağladan yanında oturma, güldürən yanında otur”.

Klub əvvəllər toy işinə baxırmış. Açıqlayım: məsələn, filankəsin toyunu filan sazan­dalar çalmalıdır, filankəsin toyunu filan… Bir dəfə Mirzə Halaypozan qərara gəlir ki, oğlunun toyuna Qaraçöpdən musiqiçilər dəvət etsin. Kənddə az qalır ki, qan düşə. Çünki klubun “rəyinə” görə sa­zandalar hökmən Başkeçiddən olmalı idi.

Klubun hazırkı işi nədən ibarətdir? Ayıları Müdafiə Komitəsi yaradıblar. Deyirəm, ay Mirzə Qərənfil, axı bizdə daha ayı yoxdur, meşələrimiz, özümüz gül kimi təmiz, fikirlərimizdə, necə deyərlər, dan yeri sökülür. Yaxşısı budur insan haqlarını qoruyaq; hüquq əsridir!

Cavabında üç diplomunu göstərir; yəni yolunla düz get, özüm öyrətməyə adam axtarıram.

Onu da deyim ki, klub gələn ayın başında “Gəh-gəh, cəh-cəh” adlı iyirmi dörd səhifəlik qəzet buraxmağa hazırlaşır.

Son olaraq bildirirəm ki, Süsən-Sünbüldə iki nəfər göyçəli didərgin də  yaşayır. Üzlərini gülən görən olmayıb hələ; sanki gülüşü yadırğayıblar. Göyçə tərəflərə baxmaqla, gözlərinin kökünü saraltmaqla əhvalmı, ovqatmı düzəltmək olar?

P.S. Mən bunları “hekayə anlat­maq üçün” yazmadım. Olsa-olsa… olanları deməyə çalışdım.

Mirzə Ələkbərdə necədirsə, onu göstərməyi də borc bilirəm:

“– Gülmə!
 – Pəkey, şamu səhər ağlaram”.

Mirzə Cəlil isə belə deyir­di: “Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.

Bu yerdə Mirzə Qələm demiş: gülümsə qarşıla ayrılıqları…

Amma bütün hallarda, hətta göz yaşı içində də olsa, qismətiniz təbii, ürəkdən gələn gülüş, təbəssüm olsun!..


Müəllifin başqa yazıları:  

  • Bu dağların Abbası (retro)
  • Təkayaq (izomorfizm)
  • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
  • Bilbaoda Bayraq günü (olimpias)
  • “Kor xəlifə” Tiflisdə (antipod)
  • Oturduqca oyun oynamaq (reaksiya)
  • Bizim mizantrop Hökumət (təzkirə)
  • Mükafat marafonu (praemium)
  • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
  • Emin Elsevərin baş keçidi (retro)
  • İbrahimxəlil süfrəsi (inversiya)
  • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
  • Neyron yuvaları nişangah altında (innovasiya)
  • Əyriqarın qardaşı (ucqar havası)
  • Borçalı butaforiyası (debüt)
  • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
  • Can (aqape)
  • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
  • Letargiyada erməni latayırları (kontrast)
  • Bulfüzul “burun”u (otolarinqologiya)

İstintaqa yalan ifadə verən Senat sədri məsuliyyət...

  • 24 May 2016

Bu il əhalinin sayı 0,3 faiz artıb

  • 25 May 2016

Son materiallar

comments
ManşetTribuna

“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”

comments
ManşetTribunaYazarlar

“Xosrov və Şirin” yeni libasda

comments
ManşetTribunaYazarlar

Hazır olmalı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Niyə Rusiya-Çin əlaqələri demokratik ölkələri narahat edir?

Rəylər

Do not miss

comments
ManşetTribuna

“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”

Son materiallar

comments
ManşetTribuna

“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”

comments
ManşetTribunaYazarlar

“Xosrov və Şirin” yeni libasda

comments
ManşetTribunaYazarlar

Hazır olmalı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Niyə Rusiya-Çin əlaqələri demokratik ölkələri narahat edir?

comments
ManşetTribunaYazarlar

Yapışmaz damğa

comments
ManşetTribunaYazarlar

Qan içməyə şərait

comments
ManşetTribunaYazarlar

Hekayəmi İstanbulda xatırladım…

comments
ManşetTribunaYazarlar

İslahat şansı

comments
ManşetTribunaYazarlar

“Gör nə günlərə qaldın”ın sözlərinin həmmüəllifi kimdir?

comments
ManşetTribunaYazarlar

Yaralı ayı

comments
ManşetTribunaYazarlar

Büdcə cərrahiyyəsi

comments
ManşetTribunaYazarlar

Turist hara gəlsin?

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Makron Ukrayna ilə riskli oyun oynayır – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Dalandan çıxış

comments
Dünyanın səsiManşetTribunaXəbərYazarlar

Rusiya yıxılıb. Amma bu hələ son deyil – “Nyu-York Tayms”

comments
TribunaYazarlar

“Ah, bu sevgi əsdi-keçdi meh kimi!” (Lorkanın şeirləri)

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“Vladimir heç vaxt bunu bacarmayıb” – Həyat yoldaşının yazısı

comments
ManşetTribunaYazarlar

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

comments
ManşetTribunaYazarlar

Savaşdan sonra

comments
ManşetTribunaYazarlar

Rusiyanı nə dayandırar?

comments
ManşetTribunaYazarlar

Könlüm kiçik Kərbəladı… (Şeirlər)

comments
ManşetTribunaYazarlar

Şeytan söz meydanında

comments
ManşetTribunaYazarlar

Axı necə olur?

comments
ManşetTribunaYazarlar

Başqa Rusiya

comments
ManşetTribunaYazarlar

“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetTribunaYazarlar

İnsan işğalı

comments
ManşetTribunaYazarlar

Möcüzəsiz çarə

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda