Siyasət
Lukaşenko gəldi
Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-də Azərbaycana rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Bakının beynəlxalq aeroportunda ali qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.
Ev dustağı olan sabiq nazir mediaya çıxış istəyir
Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin vəkili Timofey Qridnyov Moskva Şəhər Məhkəməsinə müraciət edib. Novator.az-ın məlumatına görə, vəkil sabiq nazirin jurnalistlərlə ünsiyyətinə imkan verilməsini istəyir. O, məhkəməyə müraciətində qeyd edib ki, kütləvi informasiya vasitələri ...
Yeni hökuməti köhnə baş nazir qurdu
Gürcüstanda yeni hökumətin qurulma prosesi başa çatıb. Novator.az-ın məlumatına görə, dövlət başçısı Georgi Margvelaşvili yenidən Georgi Kvirikaşvilini baş nazir təyin edib. Noyabrın 26-da parlamentdən etimad rəyi almış hökumətin üzvləri isə baş nazirin sərəncamı ilə dünən təyin olunublar. Georgi Kv...
Sərkisyanın hesabat məruzəsindən
“2007-2015-ci illərdə Ermənistan iqtisadiyyatı 29,3 faiz artıb”. Novator.az-ın məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyan lideri olduğu hakim Respublika Partiyasının qurultayında belə deyib. Hesabat məruzəsində qeyd edilib ki, 2006-cı ildə Ermənistanın 985 milyon dollarlıq ixracı olub, 20...
Ana müxalifətin prezidentliyə namizədi bəlli oldu
Fransada ana müxalifəti – sağ və mərkəzçi partiyaları 2017-ci ilin prezident seçkisində təmsil edəcək namizəd seçimi başa çatıb. Novator.az-ın məlumatına görə, namizədlik yarışının noyabrın 27-də keçirilən ikinci turunda sabiq baş nazirlər Fransua Fiyon və Alen Jüpe mübarizə aparıblar. İlkin nəticəl...
Nazarbayev paytaxta onun adının verilməsi ideyasını rədd etdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin paytaxtına onun adının verilməsi ideyasını rədd edib. Novator.az-ın məlumatına görə, Nazarbayev paytaxt Astananın adının dəyişdirilməsi təkliflərinə münasibətini “Rossiya 24” kanalına müsahibəsində açıqlayıb. O, ad dəyişikliyinə ehtiyac görmədiyini ...
Ermənilər Dağlıq Qarabağ üçün pul yığdılar
Dünya ermənilərini birləşdirən “Ayastan” fondu noyabrın 24-də ənənəvi telemarafon keçirib. Novator.az xəbər verir ki, 12 saatlıq telemarafonda 15 milyon 428 min 777 dollar toplanıb. Vəsaitin əsas hissəsi işğal altında olan Azərbaycan torpağı Dağlıq Qarabağın müdafiəsi tədbirlərinə və sosial layihələ...
Fərman: bəzi dövlət qurumlarının statusu dəyişir
Prezident İlham Əliyev dövlət idarəçiliyini təkmilləşdirmək tədbirlərinə fərman verib. Novator.az-ın məlumatına görə, noyabrın 24-də imzalanan fərmanla mərkəzi icra hakimiyyəti orqanı statuslu Mənzil İnşaatı Dövlət Agentliyi, mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanl...
Nazarbayev, Nursultan, ya da Nur-Astana…
Nazarbayev, Nursultan, Nur-Astana. Qazaxıstan paytaxtına bu üç addan biri verilə bilər. Hər üç ad ölkənin hazırkı prezidenti Nursultan Nazarbayevin adından götürülüb. Üçüncü ad (Nur-Astana) hazırkı prezidentin adı ilə paytaxtın hazırkı adının (Astana) birləşməsindən, daha dəqiqi, prezidentin adının ...
Dövlət katibi postuna namizədin bioqrafiyası
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək hökumətində dövlət katibi (xarici işlər naziri) postuna adı ən çox hallanan şəxs Mitt Romnidir. Novator.az onun barəsində qısa arayışı təqdim edir. Mitt Romni 1947-ci ildə Detroyt şəhərində anadan olub. Onun atası Corc Romni 1969-1973-cü illərdə...
Nazir səbəblər göstərir, proqnoz verir, ümid edir
Energetika naziri Natiq Əliyev “Respublika” qəzetinin 24 noyabr sayında “Dünya bazarında neft: reallıqlar və perspektivlər” adlı məqalə ilə çıxış edib. Novator.az-ın məlumatına görə, nazir qeyd edir ki, enerji sektoru iqtisadi, demoqrafik, ekoloji, texnoloji və geosiyasi faktorların təsiri ilə böyük...
Trampın qələbəsi 306 səslə rəsmiləşdi
ABŞ-ın Miçiqan ştatı noyabrın 8-də keçirilmiş prezident seçkisinin nəticələri ilə bağlı hesabat verib. Novator.az-ın məlumatına görə, ştatın dəftərxanası bəyan edib ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu 10 min 704 səs qabaqlayaraq Miçiqanda...
Baş nazir prezidentin partiyasına qoşulur
Ermənistanın baş naziri Karen Karapetyan hakim Respublika Partiyasına üzv olmaq üçün ərizə verib. Novator.az-ın məlumatına görə, Karen Karapetyan bunu noyabrın 24-də bəyan edib. Respublika Partiyasının sədri postunu Ermənistan prezidenti Serj Sərkisyan tutur. 131 yerlik Ermənistan parlamentində Resp...
Amerika İlqar Məmmədova azadlıq istədi
ABŞ Dövlət Departamenti REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsdə qalmasına münasibət bildirib. “Turan” agentliyinin məlumatına görə, Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, ABŞ Avropa Şurası və Avropa İttifaqı kimi Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədovun kassasiya şikayətini ...
Tramp 100 günün vədlərini açıqladı
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət başçısı postunda öncə hansı işləri görəcəyini açıqlayıb. Novator.az-ın məlumatına görə, səlahiyyətlərinin icrasına 2017-ci il yanvarın 20-də başlayacaq Donald Tramp ilk 100 gün ərzində ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasından çıxması ü...
Estoniyada hökumət başına Yuri Ratas gəlir
Noyabrın 21-i Estoniyada yeni hökumət koalisiyası barədə müqavilə imzalanıb. Novator.az-ın məlumatına görə, yeni hökuməti Mərkəzçi, Vətən və Respublika İttifaqı, Sosial Demokrat partiyaları yaradır. Baş nazir postunu Mərkəzçi Partiyanın lideri Yuri Ratas tutacaq. Bu partiyaya 4 nazir postu verilir. ...
Uorlik hara gedir?
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik vəzifədən gedir. O, “Twitter” səhifəsində yazıb ki, səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır. Həmsədrin yazdığına görə, diplomatik fəaliyyəti başa çatdıqdan sonra “Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları” adlı vəkillər bürosunda ç...
ABŞ-da neçə nazirlik var?
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hökumət qurmaq üçün danışıqlar aparır. Novator.az bunu nəzərə alaraq ABŞ hökuməti ilə bağlı qısa arayış hazırlayıb. Birləşmiş Ştatlarda kabinetə Dövlət Departamenti (Xarici İşlər Nazirliyi) və daha 14 nazirlik daxildir: Müdafiə Nazirliyi, Ədliyyə Nazirliy...
10 ilin prezidenti vəfat edib
Yunanıstanın sabiq prezidenti Konstantinos Stefanopulos vəfat edib. Novator.az-ın məlumatına görə, 90 yaşlı sabiq prezident pnevmoniya xəstəliyindən dünyasını dəyişib. O, noyabrın 20-də paytaxt Afinada keçinib. 1926-cı ildə Patrı şəhərində anadan olan Konstantinos Stefanopulos Yunanıstana 1995-2005-...
Merkel hakimiyyətdə qalmaq qərarı verdi
Xristian Demokrat İttifaqının sədri Angela Merkel Almaniya hökumətinin başçısı postunda qalmaq niyyətini qətiləşdirib. Novator.az-ın məlumatına görə, Angela Merkel partiya rəhbərliyinin 20 noyabr iclasında federal kansler postuna namizəd olmaq istədiyini bəyan edib. Namizədlik Xristian Demokrat İtti...