Siyasət
Xorvatiya parlamenti özünü buraxdı
İyunun 20-də Xorvatiya parlamenti (Sabor) özünü buraxılmış elan edib. Novator.az xəbər verir ki, parlamentin buraxılması təşəbbüsünü 151 deputatdan 137-si dəstəkləyib. Qərar iyulun 15-də qüvvəyə minəndən sonra növbədənkənar parlament seçkisi təyin olunmalıdır. Seçkinin sentyabrın 4-nə və ya 11-nə tə...
90-dakı qələbə hakim partiyanın deputatlarının sayını 72 nəfərə çatdırır
Hakim Yeni Azərbaycan Partiyası parlament təmsilçilərinin sayını artırmaq üzrədir. 90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkidə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov qalib gəlir. İlkin nəticələrə görə, Cavid Osmanov iyunun 18-də keçirilmiş seçkidə 85,6% səslə önə çıxıb. Bunu...
İlham Əliyevin Sankt-Peterburqa səfəri başlayıb
İyunun 20-də prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Sankt-Peterburqun “Pulkovo-1” hava limanında dövlət başçısını şəhərin qubernatoru Georgi Poltavçenko və digər rəsmi şəxslər qarşılayıblar. Xəbəri AZƏRTAC yayıb. İlham Əliyev Sankt-Peterburqda rusiyalı həmkarı Vladim...
Milli Şura üzvlərinin sayını sessiyada dəqiqləşdirəcək
Üç ildir fəaliyyət göstərən Demokratik Qüvvələrin Milli Şurasının hazırda neçə üzvü var? Transparency.az bu sualla təşkilat rəhbərliyinə müraciət edib. Sorğuya cavabda qeyd olunub ki, Milli Şura toplanmaq çətinliyi ilə üz-üzədir və üzvlərin son siyahısını da yaya bilmir. Məlumata görə, son vaxtlar M...
90 saylı dairədəki təkrar seçkinin ilkin nəticələri
Mərkəzi Seçki Komissiyası Milli Məclisə 90 saylı Ağdaş dairəsi üzrə təkrar seçkinin ilkin nəticələrini açıqlayıb. Transparency.az bildirir ki, rəsmi məlumata görə, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov seçilmiş lider namizəddir. YAP-ın namizədi olan 41 yaşlı Cavid...
Putin parlament seçkisi təyin etdi
Rusiya prezidenti Vladimir Putin parlamentin aşağı palatası olan Dövlət Dumasına seçkini sentyabrın 18-nə təyin edib. Novator.az xəbər verir ki, seçki qarışıq sistemlə keçiriləcək: 225 deputat proporsional, bir o qədəri də majoritar sistem üzrə seçiləcək. Dövlət Dumasında 450 deputat yeri var. Parl...
Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb
Tokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyası yaradılıb. Bu işin təşəbbüskarı olan Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının fəxri prezidenti Əlibəy Məmmədov təşkilatın rəhbəri seçilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat...
Laçın Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olundu
İyunun 16-da prezident İlham Əliyevin sərəncamı ilə Aqil Nəzərli Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Laçın Rayon İcra Hakimiyyətinin başçısı postu martın 3-dən, Akif Səlimov bu vəzifədən azad olunandan vakant idi. Aqil Nəzərli həmin gündən icra başçısının səlahiyyətlərini icra edir...
Seçicilərə dair yeni statistika
Mərkəzi Seçki Komissiyası seçicilərə dair statistika açıqlayıb. Transparency.az-ın məlumatına əsasən, hesabatda 2009-cu ildə ölkədə 4 milyon 769 min 149 nəfər seçicinin qeydiyyatda olduğu bildirilir. 2010-cu ildə seçicilərin sayı 60 min 739 nəfər artaraq 4 milyon 829 min 888 nəfərə çatıb. 2011-ci il...
Rusiya Xəzər dənizində hava hücumundan müdafiə təlimi keçirib
Rusiyanın Xəzər Donanması Həştərxan və Mahaçqala istiqamətində hava hücumundan müdafiə üzrə təlimlər keçirib. Novator.az saytı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadla bildirir ki, təlimdə 20 gəmi və təyyarələr iştirak edib. Təlimə “Tatarıstan”və “Dağıstan” raket gəmiləri, “Uqliç”, ...
Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunu açıqladı
Maliyyə Nazirliyi xarici dövlət borcu barədə məlumat açıqlayıb. Qeyd olunur ki, 1 aprel 2016-cı ilə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 448,7 milyon ABŞ dolları (11 milyard 486,6 milyon manat) həcmindədir. Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 21 faizdir...
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
İbrahimxəlil Mirzə Cəlildə belədir: məsələn, iki uşaq güləşir, biri o birisini basır, basılan özünü sındırmamaqdan ötrü cəld durur ayağa və yalandan xəbər verir: “bay, bir fındıq tapdım”. Bir vaxt İrəvandan kirvə tuturduq və deyirdik ki, kirvə kirvənin damının üstünə çıxmaz ki, torpaq tökülər…...
Prezident sərhəd gözətçi gəmisinə və sürətli qayıqlara baxış keçirib
İyunun 13-də prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisinə və yeni istifadəyə verilən sürətli qayıqlara baxış keçirib. Dövlət Sərhəd Xidmətinin ...
Azərbaycandan baxanda kim sərfəli və şanslı görünür?
Bu il noyabrın 8-i ABŞ-da prezident seçkisi keçiriləcək. Prezidentliyə iki əsas iddiaçı var: Respublikaçılar Partiyasından Donald Tramp, Demokratlar Partiyasından Hillari Klinton. Onlar ştatlardakı ilkin seçki yarışlarından qalib çıxıblar. Namizədliklə bağlı yekun qərarlar qurultaylarda veriləcək. R...
Timoşenkonun partiyası rəy sorğusunda önə çıxıb
Ukraynanın “İmic Kontrol” Tədqiqat Mərkəzi siyasi partiyaların reytinqini müəyyən etmək üçün paytaxt Kiyevdə keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb. Novator.az-ın məlumatına görə, sorğu iyunun 4-5-də 1134 nəfər paytaxt sakini arasında aparılıb. Sorğunun nəticələrinə görə, yaxın vaxtlard...
Göyçayın icra başçısı dəyişdi
İyunun 10-da Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev tutduğu vəzifədən azad olunub. Prezident İlham Əliyev belə sərəncam imzalayıb. Transparency.az bildirir ki, Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Ucar rayonunun Məlikumudlu kəndində doğulub. Azərbaycan Texnologiya İnstitutunu biti...
Peruda yeni prezident
Peruda prezident seçkisinin rəsmi nəticəsi açıqlanıb. Novator.az-ın məlumatına görə, Seçki Prosesləri üzrə Milli Büro iyunun 5-də keçirilmiş ikinci turda Pedro Kuçinskinin qalib gəldiyini bəyan edib. Onun 50,12% səs topladığı bildirilir. Sabiq prezident Alberto Fuximorinin qızı Keyko Fuximori seçici...
Elçibəyi prezident səlahiyyətindən məhrum etmiş qərar
1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırdı. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyam siyasi hakimiyyətin dəyişməsi ilə nəticələndi: baş nazir Pənah Hüseyn, parlamentin sədri İsa Qəmbər istefa verdilər, Heydə...
Milli Şura xalqa müraciət edib
İyunun 9-da Demokratik Qüvvələrin Milli Şurası xalqa müraciət edib. Azadliq.info-nun məlumatına görə, müraciətdə deyilir: “Ölkəmiz ağır sosial, iqtisadi, mənəvi problemlər altında olsa da, hökumətin Azərbaycan xalqı, xüsusən də onun əqidəli, yüksək təhsilli, ölkəyə müsbət dəyişiklik gətirmək istəyən...
Üç ayda Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 milyon dollar sərmayə yatırıb
2016-cı ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırıb. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, siyahıda Azərbaycandan sonra 57 milyon dollarla Türkiyə, 44 milyon dollarla Böyük Britaniya yer alır. Gürcüstan iqtisa...