Siyasət
Cavid Osmanovun deputatlığı rəsmiləşdi
İyulun 5-də Konstitusiya Məhkəməsinin Plenumu 90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkinin nəticəsini təsdiqləyib. APA-nın məlumatına görə, bununla Yeni Azərbaycan Partiyasından Cavid Osmanovun deputat statusu rəsmiləşib. Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, Cavid Osman...
Ərdoğan: “Terror aktı ilə bağlı 30 nəfər tutulub”
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan iyulun 5-i İstanbulda bayram namazından çıxarkən jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı İstanbulun Atatürk Hava Limanında baş vermiş terrordan danışıb. İyunun 28-də 3 terrorçu İstanbulun hava limanında əvvəl camaatı gülləyə tutub, sonra özləri...
Bu il 686 mindən çox Azərbaycan vətəndaşı Gürcüstana səfər edib
2016-cı ilin ilk yarısında 686 min 102 Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz çoxdur. Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze jurnalistlərə deyib ki, Azərbaycan vətəndaşları Gürcüstana səfər edənlər arasında birinc...
Prezident “Taleyin acığına” oxuyur
Qırğızıstan prezidenti Almazbek Atambayevin mahnısına klip çəkilib. Novator.az xəbər verir ki, mahnının sözləri də Atambayevindir. O, mahnının sözlərini rusca yazıb, musiqisini bəstələyib və özü də oxuyur. Mahnı “Taleyin acığına” (rusca: “Судьбе назло”) adlanır. Almazbek Atambayev bildirir ki, bu on...
Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticəsini ləğv etdi
İyulun 1-də Avstriya Konstitusiya Məhkəməsi prezident seçkisinin ikinci turunun yenidən keçirilməsinə qərar verib. Novator.az-ın məlumatına görə, mayın 22-də keçirilmiş ikinci turun nəticələri uduzan tərəfin iddiası əsasında ləğv olunub. Avstriyada prezident seçkisinin ikinci turunu 50,3% səslə Yaşı...
Çexiya prezidenti Avropa İttifaqı və NATO ilə bağlı referenduma çağırdı
Çexiya prezidenti Miloş Zeman ölkəsinin Avropa İttifaqında və NATO-da qalıb-qalmaması ilə bağlı referendum keçirməyə çağırıb. Ölkə konstitusiyasına əsasən, Çexiya prezidentinin referendum təyin etmək hüququ yoxdur. Novator.az-ın məlumatına görə, iyulun 1-də referendum çağırışı yayan Miloş Zeman deyi...
Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıb
Azərbaycan prezidentinin mətbuat xidməti bildirir ki, iyunun 30-da ABŞ-ın dövlət katibi Con Kerri ölkə başçısı İlham Əliyevə zəng edib. Söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Pet...
ATƏT sədri: “Regionda sülh yaratmalıyıq”
“Aprel hadisələrindən sonra bizə kompromis və təkliflər daha çox lazımdır. İstəyirik ki, Dağlıq Qarabağ münaqişəsi konstruktiv şəkildə həll olunsun. Münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanması məqsədilə ciddi müzakirələr aparmalıyıq”...
Senat komitəsi Azərbaycana 10,9, Ermənistana 24,1 milyon dollar ayrılmasını istəyir
ABŞ Senatının təxsisatlar komitəsi bu ölkənin 2017-ci il büdcəsindən Azərbaycana 10,9 milyon dollar, Ermənistana isə 24,1 milyon dollar maliyyə yardımı ayrılmasını tövsiyə edib. Transparency.az xatırladır ki, prezident Barak Obamanın administrasiyasının 2017-ci ilin büdcəsi ilə bağlı layihəsi bundan...
ATƏT sədri separatçıların başçısı ilə görüşüb
Ermənistana səfər edən ATƏT sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer iyunun 30-u Yerevanda Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb. Novator.az-ın məlumatına görə, görüşdə Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsi müzakirə olunub. Bako Saakyan deyib ...
Türkiyə-Rusiya barışığı kimlərin xeyrinədir?
Türkiyənin keçmiş xarici işlər və baş naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” nəzəriyyəsinin banisi olsa da, reallıqda bu nəzəriyyəni həyata keçirə bilmədi, tam əksinə – Ankaranın bir çox ölkə ilə münasibətləri obyektiv və subyektiv səbəblərdən gərginləşdi. Suriya ilə münasibətlərin ...
Cavid Osmanovun deputatlığı MSK mərhələsini keçdi
Mərkəzi Seçki Komissiyasının 29 iyun iclasında 90 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkinin nəticəsi təsdiqlənib. Yekun protokola görə, Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov deputat seçilib. İyunun 18-də keçirilmiş seçkinin ilkin nəticələrində Cavid Osmanovun 85,6% səs topl...
Kreml rəhbəri Ərdoğana nə söz verib?
Kremlin yaydığı rəsmi məlumata görə, Rusiya və Türkiyə prezidentlərinin 29 iyun danışığında ikitərəfli iqtisadi əlaqələrin bərpası istiqamətində fikir mübadiləsi aparılıb. Rusiya prezidenti qeyd edib ki, hökumətə Türkiyənin müvafiq strukturları ilə bu haqda müzakirələrə başlamaq tapşırığı verib. O q...
Terrorun bəzi detalları açıqlanıb
Azərbaycan Respublikası prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyev iyunun 29-da Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana zəng edib. Dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı nəticəsində çoxlu insanın həlak olması ilə əlaqədar Türkiyə p...
Putinlə Ərdoğan nədən danışıblar?
İyunun 29-da Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğana zəng vurub. Dövlət başçıları Rusiya-Türkiyə münasibətlərinin hazırkı durumunu müzakirə ediblər. Vladimir Putin həmkarına İstanbulun Atatürk Hava Limanında iyunun 28-də törədilən terror aktı ilə bağlı başsağlığını ç...
Ukrayna qırğınlarında həlak olanların sayı 9 mini ötüb
Ukraynada 2014-cü ildən bəri davam edən silahlı münaqişədə azı 9 min 449 nəfər həlak olub, 21 min 843 nəfər yaralanıb. BMT baş katibinin köməkçisi İvan Şimonoviç İnsan Haqları Şurasının 29 iyun toplantısında belə açıqlama verib. Novator.az-ın məlumatına görə, Şimonoviç Ukraynadakı toqquşmalarda həla...
İstintaq Fuad Qəhrəmanlının “Facebook” statuslarını bəyənmiş adamları dindirib
“Fuad Qəhrəmanlının “Facebook” statuslarını bəyənmiş adamları istintaqa çağırıb şahid qismində dindirərək ifadələri sübut kimi təqdim ediblər”. Vəkil Yalçın İmanov “Azadlıq” radiosuna belə deyib. AXCP sədrinin müavini olan Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də hakimiyyətin zorla ələ keçirilməsinə...
Ən sabit və qeyri-sabit ölkələrin reytinqi
Mərkəzi qərargahı ABŞ-da olan Sülh Fondu Kövrək Dövlət İndeksi adlı hesabat yayıb. “Azadlıq” radiosunun məlumatına görə, 178 ölkəyə dair hesabat 12 ictimai, iqtisadi və siyasi indikator əsasında hazırlanıb, müharibələrin, təbii fəlakətlərin, siyasi hərəkatların ölkələrin taleyində rolunu təhlil edir...
Prezident danışıqların detallarını açıb
“Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb. Onların heç biri qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz”. Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev iyunun 25-i Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasına b...
23 iyun referendumunun nəticəsi dünyaya nə vəd edir?
Böyük Britaniyadakı 23 iyun referendumunun nəticəsi dünyanın siyasi-iqtisadi arenasında nə dəyişikliklər yarada bilər? Azərbaycanlı ekspertlər bu mövzuda şərhlər yayıb. İyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatıl...