Media
Avropa Məhkəməsi Azərbaycanla bağlı yeni qərarlar açıqladı
Mayın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş üç şikayət üzrə qərarlar elan edib. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev bildirir ki, şikayətlərin birini bir neçə il ölkədən çıxış yasağı ilə üzləşmiş Sevinc Vaqifqızı göndərib. Jurnalist qadağanın götürülməs...
Jurnalist həbs edilib
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi mayın 13-də Azel.tv saytının baş redaktoru Əfqan Sadıqovu həbs edib. Məlumatı vəkil Elçin Sadıqova istinadla “Amerikanın Səsi” radiosu yayıb. Jurnalistin həbsini Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də təsdiqləyib, ancaq detallar açıqla...
Qara yanvar: əvvəl və sonra… yenə əvvəl (1)
Şakir Yaqubov …Arxada qalan illərdə 20 yanvar faciəsi ilə bağlı çox deyilib, çox yazılıb, amma o məşum hadisələrdən uzaqlaşdıqca nağıl danışanların sayı azalmaq əvəzinə daha da çoxalır – hətta bunların arasında yaxından tanıdığın adamlar olanda cızdağın çıxır. Bilmirsən nə edəsən, kimə deyəsən...
Mustafaya həbs xəbərdarlığı
Mayın 13-də “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunub. Novator.az-ın məlumatına görə, Mustafa Hacıbəyli özünün “Facebook” səhifəsində yazır ki, 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona şərti həbs cəzası kəsəndə 322 manat 34 qəpik m...
Jurnalistin cəzası başa çatdı
7gun.az saytının müxbiri Natiq İsbatov azadlığa çıxıb. Novator.az xəbər verir ki, Natiq İsbatov aprelin 9-da Abşeron rayonunda tutulmuşdu. Abşeron Rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası vermişdi. Mayın 9-da cəza müddəti başa çatdığına görə Natiq İsbatov azadlığa buraxılıb. 7gun.az saytını...
Avropa Məhkəməsindən yeni qərarlar gəlir
Avropa İnsan Hüquqları Məhkəməsi mayın 14-də Azərbaycandan göndərilmiş üç şikayət üzrə qərarlarını elan edəcək. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev yazır ki, şikayətlərin birini jurnalist Sevinc Vaqifqızı göndərib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdar...
Avropa Məhkəməsi Azərbaycana cəza kəsdi
Avropa İnsan Hüquqları Məhkəməsi mayın 7-də azərbaycanlı jurnalist Xədicə İsmayılla bağlı növbəti qərarını elan edib. “Turan” bildirir ki, Azərbaycan dövlətinin üzərinə jurnalistə mənəvi ziyana görə 6 min avro təzminat ödəmək öhdəliyi qoyulub. Qərar jurnalistin 2014-cü ildə göndərdiyi şikayəti əhatə...
Parlamentdə yeni sözçü
Milli Məclisə yeni mətbuat katibi təyin olunub: Akif Təvəkküloğlunu (Nəsirov) Ceyhun Əli əvəzləyib. Novator.az-ın məlumatına görə, Ceyhun Əli 1984-cü ildə Salyan şəhərində doğulub. Bakıda böyüyüb, İncəsənət Gimnaziyasını, Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Son təyinata qədə...
Reportyorlar (72)
Firuzə Davudqızı …Özümə gələndə başımın üstə Dilbər xanımı gördüm. O, gözləri yaşlı, həyəcanlı bir səslə: – Qızım! Bax gör kim gəlib. Balan gəlib. Özünü ələ al. Şükürlər olsun Allahıma, onun möcüzəsinə! – bunu deyib Arazı ağuşuma qoydu. – Allah sizi heç vaxt bir-birinizdən ay...
Avropa Məhkəməsi Xədicə qərarı verəcək
Avropa İnsan Hüquqları Məhkəməsi mayın 7-də azərbaycanlı jurnalist Xədicə İsmayılla bağlı növbəti qərarını elan edəcək. Hüquqşünas Xalid Ağalıyevin yaydığı məlumata görə, qərar jurnalistin 2014-cü ildə göndərdiyi şikayəti əhatə edir. Həmin şikayətdə jurnalist qeyd edib ki, hökumətə yaxın media orqan...
Reportyorlar (71)
Firuzə Davudqızı Həbsxana Bir neçə gün sonra Kamal canının ağrıdığını bəhanə edərək nəzarətçini razılığa gətirib gəzintiyə çıxmaqdan imtina etmişdi. Əslində məqsədi Kobra ilə təklikdə danışmaq idi. Söhbətə birbaşa keçdi: – Onunla işin olmasın. – Azəri işarə etdi. – Oğul atanın əməl...
Mükafatlar (Ömürlüyümdən parçalar)
Şakir Yaqubov …İndi deyəcəyim məsələ barədə “Yaddaşımın küncündən…” kitabında (Bakı, Azərnəşr, 2014) yazmışam. 1994-cü ilin iyulunda “Xalq qəzeti”nin akt salonunda Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı təqdim olunurdu. Həmin ilin laureatlarından biri də mən idim. ...
Əli Kərimli yasağında
Jurnalist, “Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangir cərimələnib. Novator.az-ın məlumatına görə, o, “Facebook”da yazır ki, aprelin 28-də AXCP sədri Əli Kərimlinin 55 illik yubileyi ilə bağlı yazı hazırlamaq üçün onun evinə getmək istəyib. Əli Kərimli Bakının Süleyman Rəhimov küçəsində yaşayır. Sə...
Mehman Qələndərovun ölümündən 3 il keçdi
Bloqçu Mehman Qələndərovun ölümündən üç il keçir. Novator.az bildirir ki, Mehman Qələndərov 1977-ci ildə doğulub. Bakı Dövlət Universitetini sosial psixologiya ixtisası üzrə bitirib. 10 ildən artıq orta ixtisas təhsili sistemində (kollec) psixologiya, fəlsəfə, sosiologiya, politologiya fənlərindən d...
Reportyorlar (70)
Firuzə Davudqızı *** Günlər sonra Kobra ona lazım olmayan adamlar gəzinti adıyla kameradan çıxarılandan, yalnız ətrafına topladığı tərəfdarları qalandan sonra üzünü Azərə tutub: – Bu gördüyün yaxçı oğlanların hamısı atanın bir sözünə, tələbinə qurban gediblər. Sənə açığını deyim, agah ol: qanı...
Media azadlığı: Azərbaycan 180 ölkə arasında 168-cidir
Mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı media azadlığı hesabatı yayıb. Novator.az bildirir ki, 180 ölkənin daxil olduğu hesabatda Azərbaycan 168-ci yerdə göstərilir. Estoniya 14-cü, Latviya 22-ci, Litva 28-ci, Gürcüstan 60-cı, Ermənistan 61-ci, ...
Əli Kərimlinin müsahibəsi ünvana çatmayıb
AXCP sədri Əli Kərimlidən aprelin 20-də alınmış müsahibənin videoyazısını əməkdaşlıq etdiyi “Azad Söz” internet kanalına çatdırmaq istəyən jurnalist Teymur Kərimovun döyüldüyü bildirilir. Müsahibəni alan jurnalist Fatimə Mövlamlının yaydığı məlumata görə, yaddaş kartını kanalın rəhbərliyinə çatdırma...
Xətalı xəta
Ələsgər Məmmədli hüquqşünas, media hüququ üzrə mütəxəssis Milli Məclisin rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi yerləşdirilib. İlk oxunuşdan keçmiş layihəyə əsasən, dövlət dili normalarının kütləvi informasiya vasitələrində, internet in...
Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti
Vahid Qazi Jurnalistikada xoşum gələn janr müsahibədir. Əlbəttə, publisistikanı nəzərə almıram, o, ən ürəyəyatan yazı meydanıdır mənim üçün. Üfüqdə sərhədləri özün çəkəcək qədər genişdir o. Jurnalistika haqda təsəvvürü üzdən olanlar elə bilirlər ki, müsahibə asan işdir. Yəni özün əziyyət çəkmirsən, ...
Səs sadəcə təbiətdən gəlir
Gülçin Cəmil Şəhərdəki müəllimimin “Qızım, yazın bu gözəl günlərində evdə oturmaq çox çətindir” mesajından sonra nə qədər şanslı olduğumun fərqinə vardım. Nə etsinlər, bu sıxıntılı günlərdə dörd divar arasında qalmaq şəhər əhli üçün olduqca çətindir. Doğrudan da, kənddə həyat fərqlidir. ...