• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xətalı xəta

  • 18 Aprel 2020
  • comments
  • Novator.az
  • Posted in AnalizManşetTribunaYazarlar

Ələsgər Məmmədli
hüquqşünas, media hüququ üzrə mütəxəssis 

Milli Məclisin rəsmi internet səhifəsində İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsi yerləşdirilib. İlk oxunuşdan keçmiş layihəyə əsasən, dövlət dili normalarının kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında pozulmasına görə inzibati cəza – cərimələr müəyyən edilir. Fiziki şəxslərin 100 manatdan 200 manatadək, vəzifəli şəxslərin 300 manatdan 400 manatadək, hüquqi şəxslərin 500 manatdan 1000 manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur.

Bu, bir neçə aspektdən hüquqa ziddir, ona görə də qəbul edilməməlidir.

Hüquqi baxımdan istənilən öhdəlik qanunda (legitimlik və sosial zərurət, balanslılıq şərtləri çərçivəsində) müəyyən ediləndən sonra məsuliyyət nəzərdə tutula bilər. Dövlət dili ilə bağlı məsuliyyəti nəzərdə tutan qanun isə “Dövlət dili haqqında” qanundur. Onun 19-cu maddəsində məsuliyyət nəzərdə tutulub. Lakin məsuliyyətin subyektini İnzibati Xətalar Məcəlləsi yox, qanun özü müəyyən etməlidir, edib də.

“Dövlət dili haqqında” qanunun doqquz maddəsi (4, 5, 6, 7, 8, 9, 10, 11 və 12-ci maddələr) dövlət dilinin işlənməsinin zəruri olduğu sahələri göstərib. Qanunun həmin maddələrinə əsasən, rəsmi mərasimlərdə; təhsil sahəsində; televiziya və radio yayımlarında; xidmət sahələrində, reklam və elanlarda; xüsusi adlarda; coğrafi obyektlərin adlarında; hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda; beynəlxalq yazışmalarda dövlət dlinin işlənməsi zəruridir, eyni zamanda inzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə olunmalıdır.

Deməli, İnzibati Xətalar Məcəlləsindəki məsuliyyət bu çərçivə ilə məhdudlaşmalıdır. Amma məcəlləyə dəyişikliyi nəzərdə tutan layihədə həmin sahələrin birindən – reklam sahəsindən savayı heç birinə toxunulmur, üstəlik, layihə qanunda olmayan iki önəmli sahəni – kütləvi informasiya vasitələrini və interneti məsuliyyət çərçivəsinə salmağı planlaşdırır.

Diqqət etsək görərik ki, “Dövlət dili haqqında” qanunda (6-cı maddə) kütləvi informasiya vasitələrindən yalnız televiziya və radiolar üçün məsuliyyət nəzərdə tutulub. (Əslində bu da mübahisəlidir, qanun yalnız dövlətin təsis etdiyi və maliyyələşdirdiyi televiziya və radiolarla məhdudlaşmalı idi).

Deməli, geniş şəkildə kütləvi informasiya vasitələri və internet resursları üçün məsuliyyətin müəyyən edilməsi mümkün deyil və buna hüquqi əsas yoxdur.

Dövlət dili normalarının pozulmasına görə bütövlükdə kütləvi informasiya vasitələri və internet resursları üçün inzibati cəzanın müəyyən edilməsi Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə də ziddir.

Düşünün, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qüvvəyə minəndən sonra hansısa internet istifadəçisi və ya KİV nümayəndəsi qəsdən yeni tələbləri pozub cərimələnməyə çan ata bilər. Ölkədaxili hüquq yolunda bu cərimə qanuni hesab olunacaq. Amma cəzalanan adamlar haqlı olaraq Avropa Məhkəməsinə şikayət edib ölkəni minlərlə avro cərimələdə bilərlər. Beləliklə, yeni tələblər bəzi “peşəkarlar” üçün gəlir mənbəyinə çevrilə bilər.

Deputatlara səslənirəm, belə bir yanlış məsuliyyətin İnzibati Xətalar Məcəlləsinə əlavə olunmasına imkan verməyin. Yoxsa ölkənin imicinə də ciddi problem yaranacaq.

Müəllifin başqa yazıları:

İfadə azadlığının hüquqi məhdudiyyətləri və məsuliyyətlər 

KİV: qanunların mənbəyi və daxili qanunvericilik 

Dövlət niyə Allahın nümayəndəsini bəndəyə çox görür?

Barı susun!

Media 2017-də: əyri düzəlişlər

Niyə hədəf mediadır?

Onlayn internet resursları qanuna zidd bloklanır

Cəzanı hamı çəkir

Dəyişikliyə ehtiyacı olan dəyişiklik

Xəbərdarlıq və hüquq

İnformasiya qanunvericiliyinə əlavələr ifadə azadlığını təhdid edir

Cəbhəçiyə 30 sutka

  • 18 Aprel 2020
  • comments

Karantin mayın 4-dək uzadıldı

  • 18 Aprel 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetXəbər

Qarabağ yollarında nəzarət tədbirləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Dolların satış faizi dəyişdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Media hüququ
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetXəbər

Qarabağ yollarında nəzarət tədbirləri

Son materiallar

comments
ManşetXəbər

Qarabağ yollarında nəzarət tədbirləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Dolların satış faizi dəyişdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda