• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mehman Qələndərovun ölümündən 3 il keçdi

  • 28 Aprel 2020
  • Posted in ManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

Bloqçu Mehman Qələndərovun ölümündən üç il keçir.

Novator.az bildirir ki, Mehman Qələndərov 1977-ci ildə doğulub. Bakı Dövlət Universitetini sosial psixologiya ixtisası üzrə bitirib. 10 ildən artıq orta ixtisas təhsili sistemində (kollec) psixologiya, fəlsəfə, sosiologiya, politologiya fənlərindən dərs deyib.

İctimai-siyasi proseslərdə də fəal olan Mehman Qələndərov 2005-ci ildə Milli Məclisə keçirilən seçkidə 26 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəd olub.

2016-cı il sentyabrın 26-da Mehman Qələndərov Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından olub. Həmin vaxt Gürcüstanda yaşayan Mehman Qələndərov 2017-ci ilin fevralında Azərbaycana qayıdıb. Mehman Qələndərovun qayıtmasının bir səbəbi anasının il mərasimində iştirak etmək, digər səbəbi isə dəfələrlə müraciət etməsinə baxmayaraq beynəlxalq təşkilatların ona Gürcüstanda yaşamaq üçün dəstək verməməsi, humanitar yardım göstərməməsi olub.

Bakıya qayıdandan sonra, fevralın 7-də Mehman Qələndərov “Facebook” səhifəsində gənc məhbuslar Qiyas İbrahimov və Bayram Məmmədovu müdafiə xarakterli fikirlər yazıb (Qiyas və Bayram 2016-cı ildə mərhum prezident Heydər Əliyevin Bakıdakı abidəsinə şüar yazıblar və bundan dərhal sonra narkotik ittihamı ilə tutularaq 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar 2019-cu il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıblar).

Mehman Qələndərov “Facebook”da qeydlərini yazandan bir saat sonra polis əməkdaşları Bakıda kirayədə yaşadığı mənzilə gələrək onu tutublar. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Mehman Qələndərov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib və o, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Əvvəlcə Mehman Qələndərova Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlama) maddəsi ilə ittiham verilib. İstintaqın gedişində isə onun əməlləri 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama) maddəyə tövsif edilib.

O dövrdə 234.1-ci maddədə göstərilən əməllər 3 ilədək, 234.4.3-cü maddədə göstərilən əməllər 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı.

İstintaq hələ başa çatmamış, 2017-ci il aprelin 28-də Mehman Qələndərov Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun həmin il mayın 1-də yaydığı məlumata görə, Mehman Qələndərov saxlanıldığı kamerada özünü asaraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Sonra cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində davam etdirilib.

2017-ci il iyulun 26-da cinayət işinə xitam verilib. Bu, işdə cinayət hadisəsinin olmaması ilə əsaslandırılıb.

Mehman Qələndərov ailəli olmayıb. O, 2017-ci il aprelin 30-da Bakı İstintaq Təcridxanasının yaxınlığındakı qəbiristanlıqda valideynlərinin yanında torpağa tapşırılıb.

İndiyədək bir sıra şəxslər Mehman Qələndərovun ölümündə müəmmaların olduğunu düşünürlər. Lakin səslənən versiyaların, şübhələrin, o cümlədən Mehman Qələndərovun istintaq təcridxanasında təzyiqə, işgəncəyə məruz qalması barədə deyilənlərin heç biri rəsmən təsdiqlənməyib.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin 2017-ci il mayın 1-də keçirdiyi toplantıda Mehman Qələndərov “Demokratiya şəhidi” elan edilib.

Koronavirus: 1221 nəfər sağalıb

  • 28 Aprel 2020

Prezident: “Bizim iki variantımız vardı”

  • 29 Aprel 2020

Son materiallar

comments
Xəbər

Polad Aslanov aclığı dayandırıb

comments
Dünyanın səsiManşetŞərh

Koronavirus və saçların tökülməsi – Yeni araşdırma nəyi üzə çıxarıb?

comments
ManşetXəbər

Bloqçuya və ictimai fəala həbs cəzaları verilib

comments
Xəbər

65 dollardan ucuz…

Rəylər

Do not miss

comments
Xəbər

Polad Aslanov aclığı dayandırıb

Son materiallar

comments
Xəbər

Polad Aslanov aclığı dayandırıb

comments
Dünyanın səsiManşetŞərh

Koronavirus və saçların tökülməsi – Yeni araşdırma nəyi üzə çıxarıb?

comments
ManşetXəbər

Bloqçuya və ictimai fəala həbs cəzaları verilib

comments
Xəbər

65 dollardan ucuz…

comments
ManşetTribunaYazarlar

Qanundan… kənar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“The Telegraph”: “Onlar ölməmiş öz yurdlarını görmək istəyirlər”

comments
ManşetŞərh

Aeroport yox, sürət qatarı

comments
ManşetŞərh

Əli Kərimli: “Hərbçilərə sahib çıxmaq xalqın vəzifəsidir”

comments
Xəbər

Paytaxtın əhalisi

comments
ManşetŞərh

Müddətli xidmət müddəti keçir

comments
ManşetXəbər

2881 şəhid, 28 itkin

comments
Dünyanın səsiManşetŞərhYazarlar

“İskəndər” Bakıya atılıb və göydə vurulub? – Britaniya saytı

comments
ManşetTribunaYazarlar

Ustadlıq missiyası

comments
Dünyanın səsiXəbər

Təqdimat yenə imzalanmadı, amma Qasparyan gedir

comments
ManşetTribunaYazarlar

Çingiz Hüseynov: “Qınamaq istəməzdim, amma susmaq da xəyanətdir”

comments
Xəbər

Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur

comments
ManşetXəbər

Paytaxtın işsizlik statistikası

comments
Dünyanın səsiManşetŞərh

Ermənistan 2018-ci ilə dönür?

comments
ManşetTribunaYazarlar

İşıq dirəyi (hekayə)

comments
Dünyanın səsiManşetŞərh

Paşinyan qələbəliyi nə deməkdir?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda