Hüquq
İlqar Məmmədov hakimiyyətin təklifinə cavab verdi
Dekabrın 11-də vəkil Fuad Ağayev Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində məhbus siyasətçi İlqar Məmmədovla görüşüb. Novator.az-ın məlumatına görə, Fuad Ağayev sosial şəbəkədə yaydığı açıqlamasında bildirib ki, görüşdə prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun İlqar Məmm...
Fələstini hansı ölkələr tanıyır?
ABŞ prezidenti Donald Trampın dekabrın 6-da Yerusəlimi (Qüdsü) İsrailin paytaxtı kimi tanıdığını bəyan edərək ölkəsinin səfirliyini Tel-Əvivdən həmin şəhərə köçürmək qərarı imzalaması Fələstin probleminə diqqəti artırıb. 1947-ci ildə yaradılmış İsrail Dövləti 1949-cu ildə Yerusəlimi özünün paytaxtı ...
Xəbərin saxtası: müzakirə
Dekabrın 9-da Novator.az yanlış, qeyri-dəqiq, saxta xəbərlərə həsr edilən dəyirmi masa keçirib. Tədbiri aparan jurnalist Gültəkin Həsənova deyib ki, heç vaxt kütləvi informasiya vasitəsi indiki qədər kütləvi olmayıb: “Bunun səbəbi aydındır – internet yaranıb, onun sayəsində qəzet-jurnallar, ra...
Jurnalist atasının ölüm işi üzrə ifadədə nələr dedi?
Dekabrın 8-i Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən AZAL-ın işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib. Novator.az-ın məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə ...
Borc problemi, problemli borc
2017-ci il noyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 889,6 milyon manat olub. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank dekabrın 8-də belə hesabat yayıb. Ay ərzində problemli kreditlər 32,5 milyon manat artıb. Oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 857,1 milyon ma...
Ukrayna prezidenti Saakaşvilidən danışdı
Litva səfərində olan Ukrayna prezidenti Pyotr Poroşenko dekabrın 8-i paytaxt Vilnüsdə keçirdiyi brifinqdə Yeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşvili ilə bağlı sualı cavablandırıb. Novator.az-ın məlumatına görə, Pyotr Poroşenko Saakaşvili ilə bağlı məsələyə qarışmayacağını bəyan edib: “Mən bu...
Yeni sədr planlarından danışdı
Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən gələn ildən fiziki şəxslərin məhkəmə proseslərinə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Ali Məhkəmədə nümayəndənin iştirakı tam yasaqlanır. Birinci instansiya və apellyasiya məhkəmələrində hüquqi şəxslərin adından prosessual hərəkətləri əsas iş yeri həmi...
Məhbub Zülfüqarov azadlığa çıxıb
İctimai fəal, “Gündəm-xəbər” qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarov dekabrın 6-da azadlığa çıxıb. Məlumatı hüquq müdafiəçisi Oqtay Gülalıyev yayıb. Məhbub Zülfüqarov İmişlidə yaşayır. İmişli Rayon Məhkəməsi onu “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin cənub ərazi idarəsinin di...
Hakimiyyətin İlqar Məmmədova təklifi necə qarşılanır?
Dekabrın 7-də Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin azərbaycanlı siyasətçi İlqar Məmmədovla bağlı qərarına münasibət bildirib. O deyib ki, Azərbaycan qanunvericiliyinə edilmiş son dəyişikliklər İlqar Məmmədova 2017-ci il ...
İradə Cavadova: “Bizə şərait yaradılmadı”
Vəkillər Kollegiyasının dekabrın 7-də “Bulvar Hotel”də keçirilən konfransında qurumun Rəyasət Heyətinə yeni sədr, sədr müavinləri və üzvlər də seçilib. Vəkil Anar Bağırov Rəyasət Heyətinin sədri, Aydın Axundov və Pərviz Ələkbərov sədr müavinləri olub. Rəyasət Heyətinə seçilən digər vəkillər bunlardı...
Vəkillər Kollegiyasına yeni sədr seçildi
Dekabrın 7-si Bakıda Vəkillər Kollegiyasının konfransı keçirilib. Konfransda Anar Bağırov qurumun Rəyasət Heyətinin sədri seçilib. Novator.az bildirir ki, Rəyasət Heyətinin əvvəlki sədri Azər Tağıyev vəzifədən sentyabrın 27-də öz müraciəti əsasında çıxarılıb. O vaxtdan sədrin səlahiyyətlərini sədr m...
Azərbaycan ABŞ-ın Qüds qərarını rədd etdi
“Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır”. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a belə deyib. Rəsmi Bakının sözçüsü əlavə ed...
Həbsdə olan müsavatçı ilə bağlı müzakirə aparılıb
Dekabrın 6-da Müsavat Partiyası Şirvan təşkilatının həbsdə olan sədri Əlikram Xurşidovun hüquqlarını müdafiə komitəsinin ilk iclası keçirilib. Müdafiə komitəsinin sədri Gülağa Aslanlıdır. Bastainfo.com xəbər verir ki, Müsavat Partiyasının qərargahında keçirilən toplantıda Gülağa Aslanlı Əlikram Xurş...
“Nardaran işi”: 12 nəfərə hökm oxundu
Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı tutulan şəxslərin 3-cü qrupuna hökm oxunub. “Report” xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə “Müsəlman birliyi” adlı hərəkatın üzvləri Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əli...
Ekoloji cəzaların statistikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Ətraf Mühitin Mühafizəsi Departamentinin 16-30 noyabr araşdırmalarında atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsi...
Hökumət üzvlərinin stajı
Novator.az bildirir ki, 2017-ci il dekabrın 5-də vergilər naziri postundan çıxarılan Fazil Məmmədov 22 il hökumətdə yer alıb. 1995-ci ildən o, Dövlət Gömrük Komitəsi sədrinin müavini olub, 1999-cu ildə Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilib, 2000-ci ildən vergilәr naziri postunu tutub. ...
Nazirliyə 22 milyondan çox elektron müraciət daxil olub
İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərə ümumilikdə 22 milyon 200 min dəfə müraciət olunub. Bu, “Elektron hökumət” portalına daxil olan müraciətlərin 38 faizi deməkdir. Novator.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2017-ci il...
Saakaşviliyə üç maddə ilə iş qaldırılıb
Yeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşviliyə Ukraynada Cinayət Məcəlləsinin üç maddəsi ilə iş qaldırılıb. Novator.az-ın məlumatına görə, bu, dekabrın 6-da açıqlanıb. Saakaşvili axtarışa verilib. Yeni Qüvvələr Hərəkatının liderinə cinayətə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət t...
Avropada Azərbaycana qarşı xüsusi proses başladı
Dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib. Buna Azərbaycanda həbsdə olan siyasətçi İlqar Məmmədovun işi səbəb olub. Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarları var. Avropa Şurasının Nazirl...
Puçdemontun həbs qərarı ləğv edildi
İspaniya Ali Məhkəməsi dekabrın 5-də Kataloniya vilayətinin keçmiş başçısı Karles Puçdemontun və onun dörd müşavirinin həbs orderlərini ləğv edib. Novator.az xatırladır ki, Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referendumda bölgənin müstəqil dövlət elan olunmasına səs verilib. Bu...