• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həbsdə olan müsavatçı ilə bağlı müzakirə aparılıb

  • 06 Dekabr 2017
  • Posted in Xəbər
2
SHARES
FacebookTwitterPinterest

Dekabrın 6-da Müsavat Partiyası Şirvan təşkilatının həbsdə olan sədri Əlikram Xurşidovun hüquqlarını müdafiə komitəsinin ilk iclası keçirilib.

Müdafiə komitəsinin sədri Gülağa Aslanlıdır.

Bastainfo.com xəbər verir ki, Müsavat Partiyasının qərargahında keçirilən toplantıda Gülağa Aslanlı Əlikram Xurşidovun hüquqlarının müdafiəsi istiqamətində vəkil Nemət Kərimlinin və Müsavat Partiyasının gördüyü işlərdən danışıb.

O bildirib ki, müdafiə komitəsinin hazırkı tərkibində Osman Kazımlı, Elman Fəttah, Razim Əmiraslanlı, Nemət Kərimli, Fərəc Kərimli, Fəridə Ələsgərova, Mustafa Hacıbəyli, Saday Hacılı, Kəmalə Bəhlulova, Əbülfəz Sadıqbəyli, Tofiq Yaqublu, Hidayət İsmayılov və Xuraman Bağırova var.

Gülağa Aslanlı komitənin tərkibinin açıq olduğunu, Əlikram Xurşidovun müdafiəsində fəal iştirak etmək istəyən hər kəsin bura qəbul oluna biləcəyini qeyd edib.

Yığıncaqda Müsavat başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, hüquq müdafiəçisi Samir Əsədli, vəkil Osman Kazımlı, müdafiə komitəsinin üzvləri Saday Hacılı, Elman Fəttah və Mustafa Hacıbəyli çıxış ediblər.

Çıxışlarda Əlikram Xurşidovun fəal müxalifətçi mövqeyinə görə siyasi sifarişlə həbs olunduğu vurğulanıb, onun tezliklə azadlığa buraxılması üçün görülməli olan işlər barədə təkliflər irəli sürülüb.

İclasda iştirak edən Əlikram Xurşidovun anası Əntiqə Xurşidova oğlunun fədakar mübarizəsi ilə qürur duyduğunu söyləyib.

Novator.az bildirir ki, Əlikram Xurşidovu noyabrın 22-də Şirvan polisi tutub. İki sutkaya yaxın polis şöbəsində saxlandıqdan sonra ona qarşı xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. Noyabrın 24-də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət işi Cinayət Məcəlləsinin 221.2.2-ci və 221.3-cü maddələri ilə aparılır.

Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törədilməsi barədədir. Maddəyə əsasən, bu əməl 2 ilədək müddətə islah işləri və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

221.3-cü maddə silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi barədədir. Bu əməl 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əlikram Xurşidov hazırda Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanır.






Evdə Qarabağ

  • 06 Dekabr 2017

Azərbaycan ABŞ-ın Qüds qərarını rədd etdi

  • 07 Dekabr 2017

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

comments
Xəbər

Yeni turizm kompleksinin təməli qoyulub

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın ən varlı 10 qadını

comments
ManşetXəbər

Seçki qurumu seçim ərəfəsində

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

comments
Xəbər

Yeni turizm kompleksinin təməli qoyulub

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın ən varlı 10 qadını

comments
ManşetXəbər

Seçki qurumu seçim ərəfəsində

comments
Dünyanın səsiManşetXəbər

Sərhəddə gərginlik, Ermənistana xəbərdarlıq

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə əhali

comments
Xəbər

İki tibb müəssisəsində həbslər

comments
Xəbər

Hüseyn Abdullayevin səhhəti pisləşib

comments
Dünyanın səsiManşetXəbər

Ukraynaya dəstək çağırışı

comments
Xəbər

Bank sektoru üzrə statistika

comments
ManşetXəbər

Kredit, əmanət, problemli kredit

comments
Xəbər

31733 aktiv xəstə var

comments
Xəbər

“Qarabağ”, ya “Neftçi”?

comments
Dünyanın səsiManşetXəbər

Rusiya səfərbərliyə hazırlaşır? – “Bild” yeni məlumat əldə edib

comments
Xəbər

2889 şəhid, 24 itkin

comments
Xəbər

Hasilat da azalıb, ixrac da

comments
Xəbər

Büdcənin üç ayı

comments
Dünyanın səsiXəbər

Separatçılar geri dönür

comments
ManşetXəbər

Gömrükdə xəta: Konstitusiya Məhkəməsi yeni qərar çıxardı

comments
Dünyanın səsiManşetXəbər

Neftsiz ixracın lider ünvanları

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda