Hüquq
“Kanal 13”ün direktoruna 6 il iş kəsildi
Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucova hökm oxunub. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib. Əziz Orucov dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli ...
Arif Hacılını nəyə çağırmışdılar?
Dekabrın 15-də Müsavat Partiyasının başqanı Arif Hacılı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub. Bastainfo.com-un məlumatına görə, idarədən çıxandan sonra mediaya açıqlamasında Arif Hacılı deyib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılma...
Qiyas və Həsən İbrahimovların işi: prokuror cəza təklifini açıqlayıb
Dekabrın 15-də Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun işi üzrə növbəti proses keçirilib. “Report”un məlumatına görə, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 6 ay həbs verilməsini təklif edib. İstintaq Qiyas və Həsən İbrahimovları Cinayət Məcəl...
Əli Kərimlinin bacanağı beynəlxalq axtarışa verildi
Baş Prokurorluq dekabrın 14-də Rauf Hüseynov adlı şəxsin İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi haqda məlumat yayıb. Məlumatda bildirilir ki, onun barəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya istifadə...
Sabiq nazir məhkəmə zalında həbs edildi
Dekabrın 15-də Moskvanın Zamoskvoretski Rayon Məhkəməsində Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin işi üzrə proses başa çatıb. Novator.az-ın məlumatına görə, Aleksey Ulyukayev 8 il müddətinə azadlıqdan məhrum edilib, məhkəmə zalında həbs olunub. Bundan başqa sabiq iqtisadi inkişa...
Müsavatın qərargahı əlindən alına bilər
Əmlak Məsələləri Dövlət Komitəsi Müsavat Partiyasına xəbərdarlıq edib. Komitə sədrinin müavini Rafiq Cəlilovun imzaladığı xəbərdarlıq məktubu partiyaya dekabrın 14-də təqdim olunub. Müsavat başqanının müavini Gülağa Aslanlının Bastainfo.com-a verdiyi məlumata görə, məktubda partiyaya müqavilə əsasın...
İlqar prosesi işə düşdü
Avropa Şurası Nazirlər Komitəsinin məhbus siyasətçi İlqar Məmmədovla bağlı 5 dekabr qərarı üzrə ilk addımlar atılıb. Novator.az-ın məlumatına görə, Nazirlər Komitəsinin sorğusu dekabrın 11-də Avropa İnsan Hüquqları Məhkəməsinə daxil olub. Məhkəmə dekabrın 14-də açıqlama yayaraq bildirib ki, sorğu il...
“Hesablama Palatası haqqında” qanun ilk oxunuşdan keçdi
Parlamentin 15 dekabr iclasında “Hesablama Palatası haqqında” qanun ilk oxunuşda qəbul olunub. Novator.az-ın məlumatına görə, 40 maddəlik layihə Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü ...
52 min nikah, 12 min boşanma
Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ölkə əhalisinin sayı 2017-ci ildə 0,7 faiz artaraq noyabrın 1-nə 9,8 milyon nəfərə çatıb. Əhalinin 49,9 faizi kişi, 50,1 faizi qadındır. Bu ilin 10 ayı ərzində Ədliyyə Nazir...
Təzələnmiş rüsumlar
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər imzalanıb. Prezident İlham Əliyevin imzası ilə rəsmiləşən yeniliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Novator.az-ın məlumatına görə, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən pasportların itirilməsi və ya korlanması ilə əlaqədar yeni...
Borc cəzaları təsdiqlənib
Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanunlar prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlarla rəsmiləşib. Novator.az bildirir ki, Cinayət Məcəlləsinə əlavə edilən yeni maddə daxili və xarici borcalma qaydasını pozmağa görə məsuliyyət müəyy...
Yeni təhsil proqramı
Prezident İlham Əliyev sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı proqramını təsdiqləyib. 2018-2024-cü illəri əhatə edən proqramın icrasını əlaqələndirmək dekabrın 14-də imzalanan sərəncamla Təhsil Nazirliyinə həvalə olunub. Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ...
Yalçın Qocayevin ölüm işi: hökm oxundu
Şair Fikrət Qocanın oğlu Yalçın Qocayevin ölüm işi üzrə tutulan şəxslərə hökm oxunub. Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosedə Elnur Nəhmədov 5 il, Ruslan Məmmədov 2 il 6 ay, Pərviz Hüseynov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. No...
Əfqan Muxtarlı qəfəsdə, jurnalistlər qapı ağzında, şahidlər dinləmədə
Dekabrın 14-ü Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə proses başlayıb. Azadliq.info-nun məlumatına görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Vəkillər Nemət Kərimov və Elçin Sadıqov vəsatət qaldıraraq bildiriblər ki, qanuna görə, şahidlə...
Noyabrın miqrasiya pozuntuları
Dövlət Miqrasiya Xidməti bu ilin noyabr ayında qanunvericiliyin tələblərinin pozulmasına görə 1434 qərar qəbul edib. Rəsmi məlumata əsasən, qərarlardan 205-i ölkədə yaşamağın leqallaşdırılmasını, 780-i cəriməni, 407-si ölkə hüdudlarından kənara çıxarılmaqla cəriməni, 23-ü ölkə ərazisinə gəlişi məhdu...
Azərbaycan və dini radikalizm: faktlar açıqlanıb
Dekabrın 14-ü Bakının Nizami rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminar-müşavirə keçirilib. “Report”un məlumatına görə, seminar-müşavirədə Di...
“Ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil”
“Təhlillər göstərir ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 10 Dekabr Ümumdünya İnsan Hüquqları Gününə həsr edilmiş konfransda belə deyib. AZƏRTAC-ın məlumatına görə, Hicran Hüseyno...
İkili vətəndaşlıqla iki ölkənin vətəndaşlığının fərqi nədir?
Azərbaycan vətəndaşı hansı hallarda eyni zamanda başqa ölkənin vətəndaşı ola bilər? Novator.az bu sual ətrafında kiçik araşdırma aparıb. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna görə, vətəndaşın ikili vətəndaşlığı olduqda (yəni Azərbaycan vətəndaşı eyni vaxtda digər dövlətin vətənda...
Müsavatçılar 6 şəhərdə aksiyalar keçirmək qərarına gəlib
Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) dekabrın 23-də Avropanın bir neçə şəhərində etiraz aksiyaları keçirmək qərarına gəlib. Qurumun təmsilçilərindən olan Əhməd Cəlaloğlu Bastainfo.com-a deyib ki, aksiyalar həm eyni gündə, həm də eyni saatda keçiriləcək. Altı şəhərdə təşkil olunacaq aksi...
Gözəl Bayramlı ilə bağlı bəyanat araşdırılacaq
Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi olub. “Azadlıq” radiosu bildirir ki, dekabrın 13-də keçirilən prosesdə Gözəl Bayramlı təqsiri olmadığını deyərək şahidlər dindiriləndən sonra ifadə verəcəyini bəyan edib. Vəkil Elçin Sadıqov vəsatət qaldıraraq deyib ki, hadis...