Hüquq
Hökumətdə necə ixtisar getdi?
Nazirlər Kabinetinin iki qurumunun statusu dəyişib. Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Dəniz Administrasiyası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə çevrilib. Dövlət Mülki Aviasiya Administrasiyası da eyni nazirlik yanında agentlik statusu alıb...
Qara siyahı 700 nəfərə yaxınlaşıb
Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına 698 nəfərin adı salınıb. Novator.az bildirir ki, bir ildə siyahı 75 nəfər artıb. 2017-ci ilin əvvəlində siyahıda 623 nəfərin adı vardı. Xarici İşlər Nazirliyi işğal altındakı ərazilərə qanunsuz səfər etmiş əcnəbilərin adlarını qara ...
Jurnalistə 6 il həbs verildi
Jurnalist Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü yanvarın 12-də Balakən Rayon Məhkəməsinin hakimi Hümbət Səlimov çıxarıb. Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 3...
Vəkilliyə 2 minə yaxın iddiaçı var
Vəkillərin İxtisas Komissiyası bildirir ki, yanvarın 28-də Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə namizədlərlə yazılı test imtahanı keçiriləcək. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə elan ediləcək. 2017-ci il dekabrın 9...
Prokuror Əfqana 8 il istədi
Yanvarın 12-si Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə proses davam etdirilib. İşə hakim Hümbət Səlimov baxır. 12 yanvar prosesində dövlət ittihamçısı Əfqan Muxtarlıya 8 il həbs cəzası verilməsini təklif edib. Novator.az bildirir ki, Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aş...
Mandatdan məhrum edilmənin yeni qaydaları
Milli Məclis deputatının mandatdan məhrum edilməsinin yeni qaydaları müəyyənləşib. Novator.az bildirir ki, Seçki Məcəlləsində prezident İlham Əliyevin imzası ilə rəsmiləşən yeniliyə görə, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində göstərilən...
Seçkini irəli çəkmək mexanizmi işə düşdü
Prezident İlham Əliyev Seçki Məcəlləsinə 15 dekabr 2017-ci ildə edilmiş dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, qüvvəyə minən əsas yeniliklərdən biri konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə müvafiq olaraq prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkisi...
“Prezident bu hüququndan istifadə edə bilər”
2013-cü ilin oktyabrında 5 il müddətinə prezident seçilmiş İlham Əliyevin səlahiyyət müddəti 2018-ci ilin oktyabr ayında başa çatır. Bu il oktyabrın üçüncü həftəsinin çərşənbə günü – ayın 17-də növbəti prezident seçkisi keçirilməlidir. Bu, Seçki Məcəlləsinin tələbidir. 2016-cı ildə konstitusiyaya ed...
Rəsmi Bakı təəccüblənir və etiraz edir
ABŞ Dövlət Departamenti Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil edib. Novator.az-ın məlumatına görə, qeyd olunub ki, terrorçu qruplar Azərbaycanda mümkün terror aktları barədə düşünürlər: “Terrorçular turizm məkanlarını, nəqliyyat qovşaqlarını, bazarları, ticarət mərkəzlərini, yer...
İndiyədək Gözəl Bayramlının heç bir vəsatəti təmin olunmayıb
Vəkil Elçin Sadıqov AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsinin süni şəkildə uzadıldığı qənaətindədir. Gözəl Bayramlı ötən ilin may ayından həbsdədir. O, mayın 25-i axşam Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunun Şıxlı sərhəd məntəqəsində saxlanıb. Rəsmi məlumata görə, onun üstündən...
Ekoloji yoxlamaların nəticələri
16-29 dekabr 2017-ci ildə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin hesabatı yayılıb. Qeyd olunur ki, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi,...
İtkin alpinistlərlə bağlı mətbuat konfransında nələr deyildi?
Bir qrup jurnalist Quba dağlarında itkin düşmüş alpinistlərin axtarıldığı ərazi ilə tanış olmaq üçün bölgəyə səfər edib. Səfərin təşkilatçısı Fövqəladə Hallar Nazirliyidir. Yanvarın 9-da alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda mətbuat konfransı keçirilib. AZƏRTAC-ın məlumatına görə, fö...
Avropada işsizlik: yeni rəqəmlər
Avropa İttifaqının Statistika Xidməti işsizlik hesabatı yayıb. Novator.az-ın məlumatına görə, bildirilir ki, 2017-ci ilin noyabrında Avropa İttifaqının 28 ölkəsində işsizlik həddi 7,4%-dən 7,3%-ə enib. Bu, 2008-ci ilin oktyabrından bəri ən aşağı göstəricidir. Avropa İttifaqı ölkələrində oktyabr ayı ...
Seçki vaxtı qabaqlasa…
Bu il Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Seçki Məcəlləsinə görə, prezidentin səlahiyyət müddəti başa çatdığı ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. 2018-ci ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü ayın 17-nə düşür. Sonuncu prezident s...
Pasport lideri hansı pasportdur?
Yaşayış yeri planlaşdırılması üzrə ixtisaslaşan “Henley & Partners” beynəlxalq şirkəti vizasız səfər reytinqi açıqlayıb. Novator.az-ın məlumatına görə, 1-ci yerdə Almaniya pasportu dayanır: bu pasportla 177 ölkəyə vizasız səyahət mümkündür. Sinqapur pasportu 2-ci yerdədir, onunla 176 ölkəyə viza...
Oqtay Gülalıyevin müraciəti nəticə verib
Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevin 2017-ci ilin sonunda Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət müsbət nəticə verib. Müraciətində Oqtay Gülalıyev 6 ildir ümumvətəndaş pasportu (xarici pasport) ala bilmədiyini bildirmişdi. Oqtay Gülalıyev 2012-ci ildə, a...
İşsizə pul vermək qaydası
Nazirlər Kabineti “Sığorta ödənişinin verilməsi qaydası”nı təsdiq edib. Novator.az bildirir ki, qaydaya görə, ödəniş almaq hüququna dövlət orqanının və ya hüquqi şəxsin ləğvi və ya işçilərin sayının, ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış ...
Müsavatçı 7 ilədək həbsi nəzərdə tutan maddələrlə ittiham olunur
Müsavat Partiyası Şirvan təşkilatının həbsdə olan sədri Əlikram Xurşidova yeni ittiham irəli sürülüb. Bu, yekun ittihamdır, belə ki, ibtidai istintaq başa çatmaq üzrədir. Əlikram Xurşidovu ötən il noyabrın 22-də Şirvan polisi tutub. İki sutkaya yaxın polis şöbəsində saxlandıqdan sonra ona qarşı Cina...
İtkin alpinistlərdən yeni xəbərlər
Qubada itkin düşmüş “Gilavar” idman klubunun üzvləri Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarış işləri yanvarın 7-də davam edib. Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi axtarış-xilasetmə işlərinə nazirliyin xilasedici dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmə...
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Seymur KAZIMOV İtkin düşmüş 3 alpinistin taleyindən hələ də xəbər yoxdur. Sosial şəbəkələrdə bu şəxsləri yaxından tanıyan, o cümlədən onların axtarışında könüllü fəaliyyət göstərən insanların açıqlamaları yer alır. Bir də, bu axtarışlar zamanı aralarında narazılıq yaranan iki qurum – Fövqəladə...