Xəbər
Qırğızıstanda hökumətin səlahiyyəti rəsmiləşdi
Novator.az xəbər verir ki, Qırğızıstan prezidenti Almazbek Atambayev noyabrın 11-də Sooronbay Jeenbekovun baş nazirliyi ilə qurulan yeni Nazirlər Kabinetinin üzvlərini təyin edib. Yeni hökumətin strukturunu və proqramını Qırğızıstan parlamenti noyabrın 9-da təsdiqləyib. Hökuməti Sosial Demokrat, Qır...
Yaponların 85%-i edam cəzasının tərəfdarıdır
Yaponiyada daha bir ölüm hökmü icra edilib. Soyğunçuluğa və iki nəfərin qətlinə görə məhkum olunmuş Keniti Tadziri asılıb. Novator.az-ın məlumatına görə, 2016-cı ildə əvvəlki ölüm hökmü martda həyata keçirilib. Son 4 ildə Yaponiyada 17 nəfər edam edilib. Beynəlxalq hüquq müdafiəsi təşkilatları Yapon...
Estoniya yeni baş nazir axtarışında
Estoniyada yeni baş nazir 14 gün ərzində təyin olunmalı, sonrakı iki həftə ərzində hökumət qurulmalıdır. Ölkə parlamenti baş nazir Taavi Rıyvası noyabrın 10-da istefaya göndərib. 101 yerlik parlamentdə qərarı 63 deputat dəstəkləyib, 28 deputat istefanın əleyhinə çıxıb. Hökumətə etimadsızlıq təşəbbüs...
Vergi cərimələrinin məbləği 8,5 dəfə azalıb
2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə azdır. Vergiler.az-da yerləşdirilmiş yazıda bildirilir ki, Vergilər Nazirliyi kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət ...
Dollar 1 manat 70 qəpiyə doğru gedir
Mərkəzi Bank noyabrın 11-də ABŞ dollarını yenə bahalaşdırıb. Novator.az-ın məlumatına görə, dolların məzənnəsi 1,6782 manatdan 1,6869 manata qalxıb. Bu, 2016-cı ildə qeydə alınmış ən yuxarı rəsmi qiymətdir. Avronun da kursunda artım var. Ötən gün 1,8336 manata təklif olunmuş avro indi 1,8397 manata ...
Azərbaycan Vyanada Qarabağ bəyanatı verdi
ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri təşkilatın Daimi Şurasına bir illik fəaliyyət hesabatı təqdim ediblər. Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov noyabrın 10-da keçirilən müzakirələrdə ölkənin Dağl...
Nazir vergi məmurlarına cəzalar tələb edib
Vergilər Nazirliyində prezidentin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il sərəncamında verilən tapşırıqların icrası istiqamətində görülən işlərə həsr edilmiş kollegiya iclası keçirilib....
Dövlət Sərhəd Xidmətinin oktyabr hesabatı
Dövlət Sərhəd Xidməti 2016-cı ilin oktyabr ayı ilə bağlı hesabat yayıb. Qeyd olunur ki, ötən ay dövlət sərhədini pozan 25 nəfər tutulub. Onların 13 nəfəri Azərbaycan, 3 nəfəri Gürcüstan, 3 nəfəri Özbəkistan, 2 nəfəri Tacikistan, 2 nəfəri Rusiya, 1 nəfəri İran, 1 nəfəri Türkiyə vətəndaşıdır. Sərhəd ...
Bakı Amerikanın yeni rəhbərindən nə gözləyir?
“Amerika xalqı öz seçimini etdi və Donald Trampı prezident seçdi. Bu, Amerika xalqının seçimidir və bu seçimə dünya birliyinin bütün üzvləri kimi Azərbaycan da hörmətlə yanaşır, Trampla əməkdaşlığa ümid edir. Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampa prezident seçilməsi ilə əlaqədar təbrik...
Bu il 252 Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzil alıb
Neftçala rayonunda inşa edilən 10 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Noyabrın 10-da rəsmi məlumat yayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, yaşayış evlərinin 6-sı Qarabağ müharibəsi əlillərinə, 4-ü şəhid ailələrinə təqdim olu...
Konqresin tərkibi necə dəyişib?
Noyabrın 8-i ABŞ-da prezidentlə yanaşı Konqresin (parlament) bəzi üzvləri də seçilib. Prezident seçkisində Respublikaçılar Partiyasından Donald Tramp qalib gəlib. O, əsas rəqibi, Demokratlar Partiyasından Hillari Klintonu geridə qoyaraq ABŞ-ın 45 prezidenti olub. ABŞ Konqresi Nümayəndələr Palatası (...
Poroşenko Saakaşvilini yola saldı
Ukrayna prezidenti Pyotr Poroşenko noyabrın 10-da Mixail Saakaşvilini Odessa vilayətinin qubernatoru postundan azad edib. Novator.az-ın məlumatına görə, Pyotr Poroşenkonun sərəncamı ilə Mixail Saakaşvili prezidentin ştatdankənar müşaviri vəzifəsindən də çıxarılıb. Mixail Saakaşvili Odessa vilayətini...
Parlament hökumətə yaşıl işıq yandırdı
Qırğızıstan parlamenti yeni hökumətin strukturunu və proqramını təsdiq edib. Novator.az-ın məlumatına görə, noyabrın 9-da keçirilən səsvermədə 120 deputatın 112-si hökuməti dəstəkləyib. Sooronbay Jeenbekovun baş nazir olduğu hökuməti Sosial Demokrat, Qırğızıstan və Bir Bol partiyalarının parlament f...
Dollar və rubl yuxarı, avro aşağı yol alıb
Noyabrın 10-da ABŞ dollarının rəsmi kursu dəyişib. Novator.az-ın məlumatına görə, son iki gündə 1,6686 manata satılmış dolların məzənnəsi 1,6782 manata yüksəlib. Rusiya rublu da bahalaşıb. Mərkəzi Bank rublun kursunu 0,0262 manatdan 0,0264 manata qaldırıb. Avronun məzənnəsi isə düşüb. Noyabrın 8-dən...
Ali məktəblərin sayı 52-yə çatdı
Prezident İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universitetinin yaradılmasına sərəncam verib. Noyabrın 8-də imzalanan sərəncamda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək v...
Azərbaycanın və qonşuların bayramı
Azərbaycanda istirahət verilən 11 bayram var. Bunun 2-si dini bayramdır. Həm Ramazan bayramı, həm də Qurban bayramı 2 gün qeyd edilir. Novruz bayramı 5 gün (20-24 mart) çəkir. Yeni il 1-2 yanvarda, Qadınlar Günü 8 martda, Qələbə Günü 9 mayda, Respublika Günü 28 mayda, Milli Qurtuluş Günü 15 iyunda, ...
Nazirlikdə kollegiya iclası
Noyabrın 8-i Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətinin rəsmi məlumatına görə, iclasda bildirilib ki, bu ilin 9 ayında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub, ötən ilin analoji dövrü ilə müqayisədə göstərici 3,3 fai...
Vergilər Nazirliyi 10 aylıq hesabat verib
Bu ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1 faiz əməl edilib. Novator.az-a verilən rəsmi məlumatda bildirilir ki, qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 310 milyon 845 min man...
Nikah müayinəsi üzrə yeni rəqəmlər
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu gündən bu ilin oktyabr ayının sonuna qədər 207731 nəfər müayinədən keçib. Ailə Məcəlləsində yeniliyə əsasən, 2015-ci il iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər müvafiq icr...
Dövlət fondu nə qədər əcnəbi qeydə alıb?
Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 5493 nəfər əcnəbiyə şəxsi hesab açılıb. Rəsmi hesabata görə, 1 noyabr 2016-cı ilə sistemdə fərdi şəxsi hesabı olan xarici ölkə vətəndaşlarının sayı ilin əvvəli il...