Estoniyada yeni baş nazir 14 gün ərzində təyin olunmalı, sonrakı iki həftə ərzində hökumət qurulmalıdır.
Ölkə parlamenti baş nazir Taavi Rıyvası noyabrın 10-da istefaya göndərib. 101 yerlik parlamentdə qərarı 63 deputat dəstəkləyib, 28 deputat istefanın əleyhinə çıxıb.
Hökumətə etimadsızlıq təşəbbüsünü 41 müxalif deputat irəli sürüb. Bu təşəbbüsə hakim koalisiyadan Sosial Demokrat Partiyası, Vətən və Respublika İttifaqı da tərəfdar çıxıb.
Novator.az bildirir ki, 37 yaşlı Taavi Rıyvas 2014-cü il martın 26-dan baş nazir idi. Ondan əvvəl iki il sosial məsələlər naziri olub. İslahatçı Partiyanın lideri olan Taavi Rıyvas 2007-ci ildən Estoniya parlamentinin üzvüdür.