Yaponiyada daha bir ölüm hökmü icra edilib. Soyğunçuluğa və iki nəfərin qətlinə görə məhkum olunmuş Keniti Tadziri asılıb.
Novator.az-ın məlumatına görə, 2016-cı ildə əvvəlki ölüm hökmü martda həyata keçirilib. Son 4 ildə Yaponiyada 17 nəfər edam edilib.
Beynəlxalq hüquq müdafiəsi təşkilatları Yaponiyanı ölüm hökmünün ləğvinə çağırır. İctimai rəyi sorğuları isə göstərir ki, ölkə əhalisinin 85%-i edam cəzasını dəstəkləyir.
Hazırda Yaponiya həbsxanalarında ölümə məhkum olunmuş 130 məhbus var.