Xəbər
1/8 final cütlükləri
Fevralın 23-də UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Novator.az nəticələri təqdim edir: “Latsio” (İtaliya) – “Dinamo” (Ukrayna) “Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya) “Atletiko” (İspaniya) – “Lokomotiv” (Moskva, Rusiya) SSKA (Rusiya) – “Lion” (Fransa) “Marsel” (Fransa) – “Atlet...
Dişin evini nələr yıxır?
Meyvə çayı və ətirli su kimi turş içkilər dişlərin yeyilməsinə və diş minasının zədələnməsinə səbəb olur. Novator.az-ın məlumatına görə, Londonun Kral Kollecinin mütəxəssislərinın “British Dental Journal”da dərc etdirdikləri məqalədə belə deyilir. Tədqiqatçılar bildirir ki, yemək arasında turş içki ...
Qapanan və açılan iş yerlərinin hesabatı yayılıb
2017-ci ildə 47,6 min iş yeri bağlanıb. Bağlanmış iş yerlərinin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi müəssisə və təşkilatların fəaliyyəti dayandırması, 17,8 faizi isə ixtisarlarla əlaqədar qapanıb. Dövlət Statistika Ko...
Parlament şəxsiyyət vəsiqəsi rüsumlarını yenilədi
Milli Məclis fevralın 23-də “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklərə səs verib. Novator.az-ın məlumatına görə, yenilik Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumlarını belə müəyyənləşdirir: on gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat; üç i...
Finişə doğru qızıl reytinqi
Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunları başa çatmaq üzrədir. Novator.az-ın məlumatına görə, fevralın 23-dək Norveç və Almaniya idmançıları 13 qızıl medal qazanıblar. Kanadanın 10, ABŞ-ın 8, Niderlandın 7 qızıl medalı var. İsveç, Fransa, Avstriya 5 qızıl əldə edib. Cənubi K...
Rusiya: namizədlərin nə qədər xərci çıxıb?
Rusiyanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin fevralın 20-dək kampaniyaya ümumilikdə 781 milyon rubldan bir qədər çox sərf etdiyini açıqlayıb (1 milyon rubl 30 min manatdır). Novator.az xəbər verir ki, seçkiqabağı kampaniyaya ən çox Liberal Demokrat Partiyasının namizədi Vladimir Ji...
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradıldı
Nazirlər Kabineti Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılmasına qərar verib. Şuraya akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə sədrlik edəcək. İbrahim Quliyev (akademik, Milli Elmlər Akademiyasının vitse-prezidenti) şuranın sədr müavini təyin olunub. Nova...
“Avroviziya 2018”: 27 iştirakçı bəllidir
Novator.az bu ilin mayında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı yenilənmiş siyahını təqdim edir. Fevralın 23-dək 27 ölkənin təmsilçisi bəllidir: Albaniya – Yevqent Buşpepa Almaniya – Mixael Şulte Avstraliya – Cessika Mauboy Avstriya – Sezar Sempson A...
Azərbaycanın cinayət statistikası
Dövlət Statistika Komitəsi hüquqpozmalar hesabatı yayıb. Novator.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinə istinadla bildirilir ki, ötən il ölkədə 26113 cinayət faktı qeydə alınıb. Onların 56,8 faizi az ağır, 29,8 faizi böyük ictimai təhlükə törətməyən, 13,4 faizi ağır və xüsusilə ağır cinayət...
Mərhələni keçənlər
UEFA Avropa Liqasında 1/16 final yekunlaşıb. Novator.az-ın məlumatına görə, fevralın 22-də keçirilən cavab oyunlarından sonra Rusiyanın “Zenit” və “Lokomotiv” (Moskva) klubları, Ukraynanın “Dinamo” komandası mərhələ adlayıb. 1/8 finala keçən digər komandalar bunlardır: “Sportinq” (Portuqaliya), “Atl...
Valyutalar həftəni tamamladı
Fevralın 23-də bir çox valyuta bahalaşıb. Novator.az-ın məlumatına görə, avro 2,0914 manata, Rusiya rublu 0,0301 manata, türk lirəsi 0,4488 manata yüksəlib. Kursu enən gürcü larisi banklara 0,6891 manata satılır. Mərkəzi Bank ABŞ dollarının (1,7001 manat) məzənnəsini dəyişməyib (Tam siyahı). Dolları...
Son artımlar
Prezidentin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilir. Fevralın 22-də imzalanmış fərmanda artım ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sos...
Vəkillik sərəncamında nələr var?
Prezident İlham Əliyev vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlərə sərəncam verib. Novator.az-ın məlumatına görə, fevralın 22-də imzalanan sərəncamla Nazirlər Kabinetinə iki ay müddətində Vəkillər Kollegiyasını Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görmək tapşırılıb. Hökum...
Korrupsiya Qavrama İndeksi: Azərbaycan 180 ölkə arasında 122-cidir
“Transparency İnternational” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi 2017-ci il üçün Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib. Hesabata görə, Azərbaycan KQİ-də 31 balla 180 ölkə arasında 122-ci sırada yer alır. Reytinq 0-100 ballıq qiy...
“MTN işi”: prokuror 10 nəfərə cəza istədi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş idarə və idarə rəisləri olmuş general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natəvan Mirvətova, eləcə də həmin idarələrin digər zabitləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eş...
Tələbələrin köçürülməsi: nəticələr məlum olub
Tələbələrin ölkədə və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə nəticələr məlumdur. Edu.gov.az bildirir ki, bu il bakalavriatura və...
52 faiz Avropa İttifaqına, 43 faiz NATO-ya hə deyir
Ukraynanın “Reytinq” sosioloji qrupu ölkənin Avropa İttifaqı və NATO-ya üzv olmaq niyyətinə münasibəti araşdırıb. Novator.az xəbər verir ki, sorğunun nəticələrinə görə, Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı mümkün referendumda respondentlərin 52%-i bu təşəbbüsü dəstəkləməyə hazırdır. Sorğu ...
Qızıl medal sıralaması
Norveç idmançıları Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında yenidən önə çıxıblar. Novator.az-ın məlumatına görə, fevralın 22-dək bu ölkənin idmançıları 13 qızıl medal qazanıb. Almaniya 12 qızılla ikincidir. Kanadanın 9, ABŞ-ın 8, Niderlandın 6 qızıl medalı var. Fransa, İ...
Teyyub Qurban vəfat edib
Fevralın 22-də şair, dramaturq, publisist Teyyub Qurban vəfat edib. Bastainfo.com xəbər verir ki, Teyyub Qurban 1934-cü ilin dekabrında Bakının Bülbülə qəsəbəsində anadan olub. 1959-cu ildə indiki Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib. Bakı Pioner və Məktəblilər Sarayında ədə...
Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?
Fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. Sözügedən qərarı 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti çıxarıb. Rəyasət Heyəti qərarı Penitensiar Xidmət r...