Xəbər
Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?
Fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. Sözügedən qərarı 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti çıxarıb. Rəyasət Heyəti qərarı Penitensiar Xidmət r...
Uşaq ölümünün yeni statistikası
BMT-nin Uşaq Fondu (YUNİSEF) körpə ölümləri hesabatı yayıb. Novator.az-ın məlumatına görə, hesabatda hər il bircə ay belə yaşamamış 2 milyon 600 min körpənin öldüyü bildirilir. YUNİSEF analitiklərinin fikrincə, uşaq ölümlərinin 80%-i üç səbəbdən baş verir: vaxtından əvvəl doğuş, doğuş zamanı ağırlaş...
Rusiya prezidentliyinə namizədlərin reytinqi
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi prezidentliyə namizədlərlə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. Novator.az-ın məlumatına görə, sorğuya qatılanların 69,5%-i müstəqil namizəd, indiki prezident Vladimir Putinə səs vermək niyyətində olduğunu bəyan edib. İkinci yerdə 7,5%-lə Kommunist Part...
Yeni yaşayış kompleksinə köç başlayıb
Tərtər rayonunda məcburi köçkün ailələri 1176 ailəlik yeni yaşayış kompleksinə köçürülür. Xəbəri fevralın 22-də AZƏRTAC yayıb. Mənzillər məcburi köçkün ailələrə püşkatma yolu ilə, ailə üzvlərinin sayına uyğun olaraq verilir. Yaşayış məhəlləsinə Tərtər rayonu ərazisindəki sosial obyektlərdə – m...
Naxçıvan iqtisadiyyatı 1 faiz irəli gedib
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 2018-ci ilin yanvar ayında bölgədə 163,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-...
Sumqayıt bəyanatı
Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu 1988-ci ilin Sumqayıt iğtişaşları ilə əlaqədar birgə bəyanat yayıblar. Bəyanatda deyilir: “1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək zorakılıq ...
Fəttah Heydərova “İstiqlal” verildi
Prezident İlham Əliyev fevralın 22-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova “İstiqlal” ordeni təqdim edib. Fəttah Heydərovun 80 yaşı tamam olur. O, 1995-ci ildən Milli Məclisin deputatıdır. Hazırda 116 saylı Qəbələ dairəsini təmsil edir, partiyasızdır.
Gələn 16,4 faiz artıb, gedən 3 faiz azalıb
Dövlət Statistika Komitəsi turizmlə bağlı yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, qeyd olunur ki, 2018-ci ilin yanvarında Azərbaycana 138 ölkədən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,7 faizi Rusiya, 24,5 f...
Məzənnə cədvəli
Mərkəzi Bank fevralın 22-də ABŞ dollarının (1,7001 manat) və Rusiya rublunun (0,03 manat) məzənnələrini dəyişməyib. Novator.az-ın məlumatına görə, avronun rəsmi kursu 2,0865 manata salınıb. Bahalaşan gürcü larisi banklara 0,69 manata, türk lirəsi 0,4475 manata təklif olunur (Tam siyahı). Dolların in...
1/8 final yarılandı
UEFA Çempionlar Liqasının 1/8 finalında ilk oyunlar arxada qalıb. Novator.az-ın məlumatına görə, fevralın 21-də keçirilən “Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) görüşü qolsuz bitib. “Şaxtyor” (Ukrayna) – “Roma” (İtaliya) matçında isə meydan sahibləri 2:1 hesabı ilə üstün gəliblər. S...
İtkin alpinistlərdən nə xəbər?
Fövqəladə Hallar Nazirliyi Qubanın dağlıq ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar məlumat yayıb. 21 fevral 2018-ci il məlumatına görə, axtarış-xilasetmə işlərini mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 metr yüksəklikdə), çətin meteoroloji şəraitd...
Sədr və yolçəkənlər təltif olundu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov “Şöhrət” ordeni ilə təltif olunub. Sərəncamı fevralın 21-də prezident İlham Əliyev imzalayıb. Təltif Saleh Məmmədovun yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətləri ilə əsaslandırılıb. 60 yaşlı Saleh Məmməd...
Köçkün müavinətində yenilik
Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirməyə sərəncam verib. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır. Novator.az bildirir ki, 2...
İbrahimovların cəzası qüvvədə qaldı
Fevralın 21-i Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun şikayəti üzrə proses başa çatıb. APA-nın məlumatına görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda şikayətin təmin edilmədiyi bəyan olunub. Ötən il dekabrın 18-də Yasamal Rayon Məhkəməsi hazırda həbsdə olan Q...
Sərdar Cəlaloğlunun sənədləri hazırdır
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 11 aprel prezident seçkisində iştirak üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Fevralın 21-də Novator.az-a danışan Sərdar Cəlaloğlu bildirib ki, bütün hazırlıqlar görülüb və MSK-ya təqdim olunası sənədlər qaydasındadır. Demokrat Partiy...
Ukrayna Konstitusiya Məhkəməsində yeni sədr
Ukrayna Konstitusiya Məhkəməsinə yeni sədr seçilib. Novator.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin 21 fevral iclasındakı gizli səsvermədən Stanislav Şevçuk qalib çıxıb. Konstitusiya Məhkəməsinin rəhbəri postu 2017-ci ilin martında sədr Yuri Baulinin səlahiyyət müddəti bitəndən boş idi. 48 ...
YAP 125 dairədə imza yığıb
Yeni Azərbaycan Partiyası prezidentliyə namizəd irəli sürdüyü dövlət başçısı İlham Əliyevin imza kampaniyasını başa çatdırıb. Fevralın 22-də yayılan rəsmi məlumata görə, Seçki Məcəlləsi prezidentliyə namizədin müdafiəsi üçün 40 mindən az olmayan seçici imzası (60-dan az olmayan seçki dairəsinin hər ...
“Kütləvi çıxarış” cəbhə bölgəsinə baş çəkib
“Kütləvi çıxarış” kampaniyası cəbhə bölgəsində yaşayan sakinlərə xidmət göstərib. Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, fevralın 21-də keçirdiyi kampaniyanın ünvanı Ağdamın Qaradağlı, Əfətli, Çəmənli və Sarıcallı kəndləri olub. 220-yə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Qaradağ...
Hərraclarda valyuta satışı 26,3% azalıb
Mərkəzi Bank 2017-ci il üzrə pul siyasəti icmalı açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2017-ci ildə manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun formalaşıb: “Tədiyyə balansının yaxşılaşması, ixracın genişlənməsi və idxalın əvəz edilmə...
Olimpiadanın qızıl hesabatı
Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında Norveç və Almaniya liderlik edir. Novator.az-ın məlumatına görə, fevralın 21-dək hər iki ölkənin idmançıları 11 qızıl medal qazanıb. Kanadanın 9, Niderlandın 6 qızılı var. Fransa və ABŞ idmançıları 5 qızıl medal götürüblər. Zəfər ...