• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Teyyub Qurban vəfat edib

  • 22 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Fevralın 22-də şair, dramaturq, publisist Teyyub Qurban vəfat edib.

Bastainfo.com xəbər verir ki, Teyyub Qurban 1934-cü ilin dekabrında Bakının Bülbülə qəsəbəsində anadan olub. 1959-cu ildə indiki Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib.

Bakı Pioner və Məktəblilər Sarayında ədəbi yaradıcılıq dərnəyinin rəhbəri (1958-1976), Azərbaycan Xalq Nəzarəti Komitəsində tərcüməçi (1963-1976), komitənin təşkilat şöbəsində təlimatçı (1976-cı ildən), komitənin metodika kabinetinin rəhbəri (1976-1992), Azərbaycan Yazıçılar Birliyinin “Oğuz eli” assosiasiyasının işlər müdiri (1992), Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini (1992-1993), Bakı və Kəndlər Birliyinin mətbuat xidmətinin rəhbəri (1994-1996) vəzifələrində çalışıb.

1996-cı ildən ədəbi yaradıcılıqla məşğul olub.

Ədəbi fəaliyyətə 1950-ci illərdən başlayan Teyyub Qurban “Mənim gəncliyim”, “Dostluğun gücü”, “Unudulmayan”, “Yanğı”, “El yolu”, “Gözəllik yarışı”, “Ömrün gənclik yazı”, “Dönməzlik”, “Sara”, “Məcra”, “Düşmənlərindən güclü şəxsiyyət”, “Müqəddəs məkanda Qüdsümüz vardır” və s. kitabların müəllifidir.

Onun Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Yaşayan ömür” pyesi 1993-cü ildə Azərbaycan Dövlət Gənclər Teatrında tamaşaya qoyulb.

Teyyub Qurban Müsavat Partiyasının üzvü idi.

Allah rəhmət eləsin!

 

Seçkiyə getməyənlərin planı

  • 22 Fevral 2018
  • comments

Qızıl medal sıralaması

  • 22 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan mənfi saldoda

GLOBALS:0

Tags

  • Anım
  • Ədəbiyyat
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda