Xəbər
Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni verildi
Prezident İlham Əliyev şeyxülislam Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif edib. Avqustun 26-da imzalanan sərəncam Allahşükür Paşazadənin Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətləri i...
Pensiya sistemində yenilik
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 200 manat müəyyən olunur. Hazırda minimum pensiya 160 manatdır. Pensiyaların indeksləşdirilməsi qaydası da dəyişir. ...
Əhali hesabatı
2019-cu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,4 faiz artaraq iyul ayının 1-nə 10 milyon 19 min 575 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır, hər 1000 kişiyə 1003 qadın düşür. Hesabata əsasən, yanva...
İqtisadiyyat 2,5%, orta maaş 8,2% artıb
Dövlət Statistika Komitəsi sosial-iqtisadi göstəricilər açıqlayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda 44 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Əhalin...
Klub turnirləri: 136 komanda ələnib
UEFA Çempionlar Liqası və Avropa Liqasında bir ələmə mərhələsi qalır. Novator.az bildirir ki, 2019-2020-ci illər mövsümünə vəsiqə almış 237 komandadan (Çempionlar Liqasına 79, Avropa Liqasına 158 klub buraxılıb) 136-sı əvvəlki raundlarda mübarizəni dayandırıb. Lixtenşteyn, Albaniya, Şimali Makedoniy...
Bakının makroiqtisadi göstəriciləri
Bakı Şəhər Statistika İdarəsi paytaxtın yarım illik makroiqtisadi göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, sənaye müəssisələri və fərdi sahibkarlar 2019-cu ilin yanvar-iyun aylarında 19,9 milyard manatlıq və ya əvvəlki ilin ilk yarısı ilə müqayisədə 0,7 faiz çox sənaye...
Mərkəzi Bankın yeni hesabatları
Mərkəzi Bank yeni hesabatlar açıqlayıb. Novator.az bildirir ki, rəsmi bilgiyə görə, avqustun 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 962,8 milyon dollar olub. Pul bazasını Mərkəzi Bank avqustun 1-nə 10 milyard 574,3 milyon manat göstərir. Statistikaya əsasən, iyulun 1-nə kreditlərin məbləği 13 mily...
Klub turnirlərində 137 komanda qalır
UEFA-nın hər iki klub turnirində üç raund arxada qalıb. Novator.az bildirir ki, 2019-2020-ci illər mövsümünə vəsiqə almış 237 komandadan (Çempionlar Liqasına 79, Avropa Liqasına 158 klub buraxılıb) 100-ü mübarizəni dayandırıb. Albaniya, Şimali Makedoniya, İslandiya, Cəbəllütariq, Kosovo, Farer adala...
“Bir Fəsil” çıxır
“Bir Fəsil” adlı yeni ədəbi-bədii jurnalın ilk sayı çapa hazırdır. Jurnalın təsisçisi “Bir Qələm” nəşriyyatıdır. Redaksiya heyətində Səbinə Hüseyn, Akşin Xəyal, Ümüd Abbas Nihani və Yasin Burjaliyev təmsil olunurlar. Redaksiyadan Novator.az-a verilən məlumata görə, “Bir Fəsil” incəsənətə, ədəbiyyata...
Manatın satış faizi dəyişdi
Mərkəzi Bankın İdarə Heyəti iyulun 26-da uçot dərəcəsini 8,25%-ə düşürüb. Novator.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir. 2018-ci il 9,75%-lə bitib. Bu il fevralın 1-də uçot dərəcəsi 9,25%-ə, martın 15-də 9%-ə, aprelin 26-da 8...
İlham Əliyev “Yüksəliş” müsabiqəsi təsis etdi
İyulun 26-da sərəncam imzalayan prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsi təsis edib. Müsabiqənin məqsədinin intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək ol...
Rəsmi Bakıdan etiraz və xəbərdarlıq
Ermənistandan Azərbaycanın işğal olunmuş ərazisinə yeni yol çəkmək qərarı verilib. 2020-ci ilədək tikilməsi nəzərdə tutulan yolun 150 kilometr uzunluğunda olacağı bildirilir. 1988-ci ilin fevralından başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonl...
Yeniliklərin tətbiqi: Azərbaycan 129 ölkə arasında 84-cüdür
ABŞ-ın Kornell Universiteti, Fransanın Biznes Məktəbi və Tədqiqat İnstitutu (İNSEAD) BMT-nin Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı ilə birgə “Qlobal innovasiya indeksi” tərtib edib. Novator.az-ın məlumatına görə, 129 ölkəni əhatə edən reytinq 82 göstəriciyə əsaslanıb, innovasiya yönümlü fəaliyy...
Qələbə rəsmiləşir
Ukraynanın Mərkəzi Seçki Komissiyası iyulun 21-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrini təsdiqləyib. Parlament 450 yerlikdir. Ali Radanın 225 deputatı majoritar üsulla (dairələrdən), 225 deputatı proporsional sistemlə (partiya siyahıları üzrə) seçilir. Ərazilərin bir hissəsi işğal edild...
Aclıq edən müsavatçıdan yeni məlumat
Bakı İstintaq Təcridxanasında saxlanan müsavatçı Azad Həsənov aclıq aksiyasını davam etdirir. Müsavat Partiyasının üzvü Azad Həsənov 2014-cü ilin fevralında Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci ilin payızında o, ağır xəstələnən atasına baş çəkmək ü...
Əlilliyi olan şəxslərə büdcə hesabına göstərilməyən tibbi xidmətlər
Nazirlər Kabineti əlilliyi olan şəxslərə dövlət tibb müəssisələrində büdcə hesabına həyata keçirilməyən tibbi xidmətlərin növlərini təsdiqləyib. Novator.az siyahını təqdim edir: xəstəliklərin anonim diaqnostikası (insan immun çatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit “B” və hepatit “C”...
Dövlət satınalmaları: qanunda nə dəyişdi?
Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, əsas yeniliyə görə, birinci instansiya məhkəmələrində kargüzarlıq üçün dəftərxana ləvazimatlarının satın alınmasına dövlət büdcəsində nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin bank hesabı...
Kurs yenilikləri
İyulun 26-da ABŞ dolları (1,7) və Rusiya rublunun (0,0269 manat) rəsmi məzənnələri sabit qalıb. Dəyər artıran avro banklara 1,8951, Türkiyə lirəsi 0,2981 manata təklif olunur. Mərkəzi Bank ucuzlaşan Çin yuanına 0,2471, Gürcüstan larisinə 0,5836, İngiltərə funt sterlinqinə 2,1161 manat qiymət qoyub (...
“Rus silahı” susdu
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən komandalar ikinci mərhələyə start verib. Novator.az-ın məlumatına görə, “Neftçi” iyulun 25-i Rusiyanın Tula şəhərində yerli “Arsenal”ı 1:0 hesabı ilə yenib. Öz meydanında Gürcüstan paytaxtının “Dinamo” klubunu qəbul edən “Qəbələ” isə məğlub olub – 0:2. C...
Qərargahda qəza müşavirəsi
Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələri iyulun 25-də təyyarə qəzasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qərargahına baş çəkib. Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-ü...