• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qubad İbadoğlu: kitab əngəli var

  • 10 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı İstintaq Təcridxanasında saxlanan iqtisadçı alim, siyasətçi Qubad İbadoğluya kitab ötürmək mümkün olmur. Məhbusun qardaşı Qalib Toğrul avqustun 10-da Novator.az-a deyib ki, dəfələrlə cəhd göstərsələr də, təcridxana əməkdaşları Qubada aparılan kitabları qəbul etməyib: “Heç bir mövzuda kitaba yiyə duran yoxdur. Hətta sırf iqtisadi, elmi-nəzəri xarakterli kitabları da geri qaytarır, səbəbini isə izah etmirlər. Qubad İbadoğlu alim, hər gün mütaliəyə ehtiyac duyan pedaqoqdur, istədiyi kitabları əldə edə bilməməyi onu çox məyus edir”.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna görə, həbs edilmiş şəxsin ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan istifadə etmək, həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək hüququ var. Müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan, habelə pornoqrafiya xarakterli nəşrlər istisnadır.

Qubad İbadoğlu London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir. Onu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Məlumata görə, Türkiyədə terrorçu şəbəkə sayılan FETÖ-yə bağlı şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan Anar Əliyev Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. Bakıda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə aparılır.

Bu iş üzrə iqtisadçı alim Fazil Qasımov da həbsdədir. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsi Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımov barəsində 3 ay 12 günlük həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı

Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib

Bəraət istəyi

Qubad İbadoğlu həbsdə qaldı

Ev dustaqlığına yox deyildi

Azadlıq cəhdləri

Qubad İbadoğlu yenə həbsdə saxlandı

Qubad İbadoğlunun səhhəti pisləşir

Qubad İbadoğlu: cinayət işi böyüyür

Tofiq Yaqublu: daha bir iş Avropaya getdi

  • 10 Avqust 2023
  • comments

Neftsiz ixracın yeddi ayı

  • 10 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda