• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ev dustaqlığına yox deyildi

  • 01 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avqustun 1-də Nərimanov Rayon Məhkəməsi iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun həbsinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatətə baxıb. Novator.az-ın məlumatına görə, vəsatət təmin olunmayıb.

Vəkilləri vəsatəti Qubad İbadoğlunun şəkərdən və hipertoniyadan əziyyət çəkməsi, qapalı şəraitdə saxlanmasının səhhətindəki problemləri artıra biləcəyi ilə əsaslandırmışdı.

Cinayət-Prosessual Məcəlləsi ev dustağı üçün yaşayış yerini, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək kimi vəzifələr qoyur.

Qubad İbadoğlunu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Daxili İşlər Nazirliyi bəyan edib ki, Türkiyədə terrorçu şəbəkə kimi tanınan FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan Anar Əliyev Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.

Məlumata görə, Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. Bakıda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, ofis kimi istifadə olunan mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə aparılır. Bu ittiham 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İyulun 28-də Bakı Apellyasiya Məhkəməsi həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Bakı İstintaq Təcridxanasında saxlanan Qubad İbadoğlunun dörd vəkili var: Zibeydə Sadıqova, Bəhruz Bayramov, Fəxrəddin Mehdiyev, Şəhla Hümbətova.

1971-ci il təvəllüdlü Qubad İbadoğlu London İqtisadiyyat Məktəbinin professoru, dövlət qeydiyyatında olmayan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı

Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib

Bəraət istəyi

Qubad İbadoğlu həbsdə qaldı

Həbsdən şikayət verilib

  • 01 Avqust 2023
  • comments

Sərhədin bir ayı

  • 01 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0
comments
Xəbər

Makroiqtisadi göstəricilər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə bir sual

Son materiallar

comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda