• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bircə(lər)in cəhənnəmdən keçməsi

  • 28 İyul 2023
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Şeyda Nəsibli

Ədəbiyyat elmi deyir ki, bir əsərin kimə aid olduğunu bilmirsinizsə, öncə onu diqqətlə oxuyun. Əsərin hansı dildə yazıldığına fikir verin. Əsər tərcümə edilibsə, ikinci ipucuna əl atın. Əsərdə keçən yer adlarına (toponimika ədəbiyyatda vacib məsələlərdən biridir), insan adlarına diqqət yetirin. Əgər yer, insan adları da sizə bir bilgi vermirsə, qəhrəmanların mentalitetinə, psixologiyasına, mədəniyyətinə, kitabda cərəyan edən insan münasibətlərinin hansı toplumlara aid ola biləcəyinə fokuslanın. Psixologiya elmi də ədəbiyyatın ayrılmaz parçasıdır.

Bu meyarlar folklor dəyərində olan və ya əsrlər öncə yazılmış əsərlərə aiddir. Hətta tarixi bilgiləri də ədəbiyyat sayəsində tapıb öyrənmək olar. Məsələn, tarixin hansısa səhifəsində savaş olub, amma bu haqda günümüzə çox az bilgi gəlib çatıb. Kim kimlə savaşıb, nələr olub, bilinmirsə, bunu da ədəbiyyatdan öyrənə bilərik. Bu üç düsturu yerinə qoyanda bütün problemlər çözülür, əsərin nəliyi bəlli olur.

Bircənin “Cəhənnəmdən keçmiş mələk” əsərini kosmosda bir kosmonavta oxutsan və desən ki, yer üzündə bu əsərin doğulduğu bölgəni, coğrafiyanı, hansı xalqa aid olduğunu tap, əminəm, teleskopunun istiqaməti müsəlman coğrafiyasına, oradan Qafqaza, oradan da Azərbaycana yönələcək.

“Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanı mənə ingilis yazar Anna Syuelin “Qara inci” əsərini xatırlatdı. Anna da Bircə kimi heç vaxt yazarlıq iddiasında olmayıb, yazmaq xətrinə cızmaqaralarla oxucunu əsarətdə saxlamayıb, bununla belə yazdığı tək əsərlə adını ədəbiyyata möhürləyib.

Anna Syuel XIX əsrin İngiltərəsində heyvan istismarından, Bircə isə XX əsrin Azərbaycanında qadın istismarından yazır. Hələ də dünyada aktual olan bu iki mövzu haqqında yazılan iki şah əsərdən bəhs edirəm. İstismara məruz qalan bütün heyvanların günü Qara incinin gününə oxşadığı kimi, istismar olunan, əzilən qadınların da qisməti Bircənin qismətinə oxşayır. Əsəri oxuyan hansı qadın orada özünü, özündən bir parçanı görməyə bilər? Oxuduqca dönə-dönə “bu, mənim də başıma gəlib”, “taleyimiz necə də bənzərdir”, “lənət olsun, bunu mən də yaşamışam”, “elə bil mənim həyatımı yazıb”, “Azərbaycan qadını, sən nədən bu qədər dəyərsizsən?” kimi ifadələr işlətdim. Heç fərqi yoxdur bu dəyərsizləşdirmə bir kişininmi, qadınınmı, yoxsa bütövlükdə toplumunmu əliylə həyata keçirilir. Qəhrəmanımız doğmaca anası tərəfindən sistematik dəyərsizləşdirməyə məruz qalır. Proses onun doğulmasından başlanır, uzun onilliklər boyu davam eləyir. Bircə kosmosa uçsa belə “hə, nə olsun, uçdum, yenə geri qayıtdım” deyəcək. İçindəki o boşluğu heç nəylə doldura bilməz. Necə ki mən özüm, bacım, qonşumuzun qızı, tanıdığım-tanımadığım minlərcə Azərbaycan qadını o boşluğu doldura bilmir.

Əsər hələlik dörd hissədən ibarətdir: ata evindəki, ər evindəki, yenidən ata ocağındakı, nəhayət, Bakıdakı həyat. Hər şey o qədər tanışdır ki, bütün yaşananlar sənə səni xatırladır. Kənddəki həyat məni məyus eləsə də, Bakı fəsli lap bağrımı yardı, ürəyim ağzıma gəldi. Güllə altında olan kənd Bakıdan daha güvəncliymiş. Bakı sözün həqiqi mənasında insana akulanı xatırladır. İstər qadın ol, istər kişi, böyük şəhərlər kənddən gələn hər kəs üçün təhlükəlidir. Durduğun yerdə başına böyük bəlalar gələ bilər, Bircənin başına gəldiyi kimi. Bakı bölümünü oxuyanda dayana bilmədim, müəllifə mesaj göndərdim. Dedim, məncə, çox şeyi yazmamısan, üstündən keçmisən. Cavabı belə oldu: “Mən də sənin kimi xaricdə yaşasaydım, çox şey yazardım. Hələ bu qədərini yazmışam, qadınlar mənə təşəkkür eləmək yerinə məni linç eləyirlər. Qabırğama döşəmədikləri qalmayıb”.

Bu da həyatın ironiyası. Sən qalx Cəfər Cabbarlının “Sevil” pyesindən 100 il sonra qadınlıq əsəri yarat, səni qadınlar özləri qınasınlar. İnanın, çox qadın öz taleyini yazmaq istər, ən azı buna cəhd göstərər, amma qadın həyatından bəhs edən nadir əsərlər var ki, onları hamı qəbul eləyir. “Anna Karenina”, “Xəz paltolu madonna”, “Sevil” kimi əbədiyaşar əsərlər yüz illər sonra yenə oxunacaq. Ədəbiyyatdan az-çox anlayan biri kimi mən “Cəhənnəmdən keçmiş mələk” romanının sadaladığım əsərlərdən əskik olmadığını, söz sənətinin bütün standartlarına cavab verdiyini, yüz il sonra da aktual olacağını, maraqla oxunacağını düşünürəm. Bu, təkcə Azərbaycanda yox, bütün islam coğrafiyasında, hətta bütün dünyada hər bir qadının oxumalı olduğu bir əsərdir. Müsəlman qadınların çağımızda nə kimi problemlərlə üz-üzə qaldığını dünya ictimaiyyətinin anlaması, anlayıb da bizə daha tolerant yanaşması üçün bu kitab misilsiz bir qaynaqdır.

Bununla yanaşı, yetkin qızların da stolüstü kitabı olmalıdır bu əsər. Bir çox anaların övladına ömür boyu verə biləcəyindən qat-qat çox dərs almaq olar bu kitabdan. Böyük şəhərlərin qəzəbli akula kimi bizi udmasına necə imkan verməməliyik, qadın kimi necə dəyər qazanmalıyıq sayaq həyati vacib məsələləri örnəkləri ilə öyrədir, həyatımıza işıq tutur bu roman.

Bircənin geniş mütaliəsi, öz kültürünə, dilinə, folkloruna, hətta şivəsinə bağlılığı bizə nadir bir ədəbi nümunə bəxş edib. Bizim də vəzifəmiz bu əsəri dünya miqyasına çıxarmaqdır. Roman ən azından ingilis dilinə tərcümə olunmalı, tanıdılmalıdır. Coğrafiya bu əsərin qədəri (taleyi) olmamalıdır.

Bunu da vurğulamadan qeydlərimi bitirmək istəmirəm. Əsərdə çoxlu ləhcə sözü işlənib. Deyəsən, kimsə bunun qüsur olduğunu bildirmişdi. Əslində, bu, yazardan çox bəlkə də redaktorun diqqətsizliyi, yaxud bilərəkdən yol verdiyi bir məsələdir. Mötərizə içində o kəlmələrin ədəbi dildə mənasını da yaza bilərdilər. Amma mən o detallara əsla məhəl qoymadım, onları əsəri anlamağım yolunda maneə saymadım, tam tərsinə, xoşuma gəldi. Eldən gələn məhəlli sözlər romanın dilinə dadlı-duzlu kolorit qatır.

26.07.2023, Belçika


“Cəhənnəmdən keçmiş mələk” romanının birinci bölümü:
1  2  3  4  5  6  7  8  9  10

11  12  13  14  15  16  17

18  19  20  21  22  23

İkinci bölüm:
24  25  26  27  28

29  30  31  32  33

34  35  36  37  38

39  40  41  42  43

44  45  46  47  48

49  50  51  52  53

54  55  56  57  58

59  60  61  62  63

64  65  66  67  68

69  70  71  72  73

74  75  76  77  78

79  80  81  82  83

84  85  86  87  88

Üçüncü bölüm:
89  90  91  92  93

94  95  96  97  98

99  100  101  102

103  104  105  106

107  108  109  110

111  112  113  114

115  116  117  118

119  120  121 122

123  124  125  126

127  128  129  130

131  132  133  134

135  136  137  138

139  140  141  142

143  144

Dördüncü bölüm:
145  146  147  148

149  150  151  152

153  154  155  156

157  158  159 160

161  162   163   164

165   166   167   168

169   170   171   172

173   174   175   176

177   178   179   180

181   182   183   184

185   186   187   188

189   190   191   192

193   194

Romanın müəllifi Bircənin müsahibəsi

Bütün Mələklərin harayı

“Cəhənnəmdən keçmiş mələk”: kitab çıxdı

Varis Diriye, Opra Uinfri və bizim Bircə

“Cəhənnəmdən keçmiş mələk”: ikinci kitab çapdan çıxdı

“Həyat elə iş qurar ki, qadın o bölgəyə ayaq basmadan ölüb gedər”

Bu kitabın yüz il sonra da oxunacağına əminəm

Bircə: “Mənim yazdıqlarımda hər qadının bir tikəsi var”

“Onda öz-özümə dedim ki, nə yaxşı atam ölüb”

Gözlənən ölümün melodiyası

Cəhənnəmi yaradan mələklər

İnflyasiya xəritəsi

  • 28 İyul 2023
  • comments

“Elxan Əliyevin yeganə “təqsiri”

  • 28 İyul 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gender
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda