• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Son nöqtə

  • 17 İyul 2023
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Novator.az saytı iyulun 17-si 65 yaşını tamamlayan şair, nasir, tərcüməçi Mahir N. Qarayevin “Son nöqtə” şeirini oxucuların diqqətinə çatdırır.

Son nöqtə

Hər şey hədərmiş –
bu gün də, bu həftə də,
bu şerin sonluğuna
bir azdan qoyacağım nöqtə də.

Bu siqarın tüstüsü,
bu qapının cəftəsi,
bu divarın güzgüsü, bu çiçəyin ətri də;

o çərtdiyin qələmin,
o yortduğun dəftərin
əyri-üyrü cizgisi, qara-qura xətti də –

hər şey,
hər şey hədərmiş…

Ən qısa şeir də,
ən uzun nəsr də,
ən yorucu şəhər də,
ən üzücü fəsil də bitərmiş.

Yetərmiş –
gec-tez sona yetərmiş
min birinci gecə də,
min ikinci küçə də;

yorulduğun o döngə,
burulduğun bu tin də,
oturduğun o kətil, yatdığın bu mitil də…

Heç bir fərqi yoxmuş
gecin, ya tezin;
heç bir sirri yoxmuş
gedər-gəlməzin –

gedənlər
bir daha gəlməzmiş geri,
gələnlər gedərmiş…
hər şey hədərmiş.

Sevgi dedikləri
bir qara həvəsmiş, bir qara qanmış;
Ömür dedikləri
bir quru nəfəsmiş, bir quru canmış –

o da buracanmış, bura qədərmiş…
hər şey hədərmiş.

İtərmiş
hər şeyin mənası,
Kədərmiş
əvvəli, sonrası.

Günü günə calasan da
gün çatmayan ötən günlər,
əl çatmayan,
ün yetməyən
bütün aylar, bütün illər
unudulub gedərmiş…
hər şey hədərmiş.

Hər şey alın yazısı,
hər şey qədərmiş –

keçdiyin yol
seçdiyin yol deyilmiş;
seçdiyin yol
keçdiyindən betərmiş –

hər şey,
hər şey hədərmiş…

***

Hədər olmayan
yalnız bircə sözdü, bircə sətirdi –
o da nə yazılmış, oxunmuş nə də;

Qalan hər şey hədərdi –
son nöqtənin önündəki bu misra,
bu misranın sonundakı nöqtə də!

                  Mahir N. Qarayev

Hüseyn Məlik partiyadaşına zəng vurub

  • 17 İyul 2023
  • comments

Əhəd Abıyev postdan getdi

  • 17 İyul 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın reytinqi: 92 faiz də var, 3 faiz də

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Azərbaycan yeni geosiyasi reallıq yaradır – “Yerusəlim Post”

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Nəsr
  • Poeziya
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın reytinqi: 92 faiz də var, 3 faiz də

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda