Energetika Nazirliyinin 4 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 87,81 dollara satılır. Bu, ayın start qiymətindən 5,93 dollar yuxarı qiymətdir.
Neft ixracatçılarını birləşdirən OPEK+ koalisiyasının aprelin 3-də əldə etdiyi razılaşmaya görə, may ayından gündəlik xam neft hasilatı 1,6 milyon barrel azaldılır.
Koalisiyaya OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və qeyri-OPEK ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) daxildir.
Novator.az bildirir ki, 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88 dollarla başlayıb.
Gündəlik xam neft hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel göstərilib.
Beynəlxalq razılaşmaya əsasən, gündəlik hasilat 684 min barreli ötə bilməz.