AXCP sədri Əli Kərimli məhbus partiyadaşı, fevralın 7-dən bəri aclıq aksiyası keçirən Zamin Salayevə müraciət edib. Siyasətçi partiyanın Ali Məclisinin onu aclığı dayandırmağa çağırdığını vurğulayır: “Aclığı dayandır, bəy. Sən yaşamalısan, bundan sonra da Azərbaycanın xilası uğrunda mübarizədə sözünü demək üçün yaşamalısan. Bəli, rejim sənin ölməyini istəyir. Elə vəziyyət yaradır ki, aclıq aksiyan intiharla nəticələnsin. Rejim maraqlıdır ki, onu ifşa edən mübarizlərin, cəsur insanların sırası seyrəlsin.
Sən də inadına yaşa. Hər kəs sənin necə güclü bir iradə sahibi olduğunu, əqidən, amalın üçün ölə də biləcəyini bilir, görür. Ancaq sən əqidədaşlarını eşidib dayan, yaşa və mübarizə apar. Biz sənin və digər qanunsuz həbs edilmiş cəbhəçilərin, digər həmvətənlərimizin azadlığını tələb etməkdən bir gün də vaz keçməyəcəyik”.
AXCP Salyan şöbəsinin sədri Zamin Salayev Bakı İstintaq Təcridxanasında saxlanır. O, fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparır.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi fevralın 20-də qərarı qüvvədə saxlayıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir, buna görə səhhəti kəskin pisləşib.
AXCP sədrinin və başqa partiyadaşlarının israrlı çağırışlarına baxmayaraq Zamin Salayevi aclığı dayandırmaq istəmir.
Cəbhəçi 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?
Əli Kərimli Zamin Salayevə müraciət edib
Vəkil Zamin Salayevə baş çəkib