Ramazan təqvimi: 2021
Novator.az saytı Qafqaz Müsəlmanları İdarəsinə istinadla 2021-ci ilin Ramazan təqvimlərini təqdim edir. Təqvimləri Qafqaz Müsəlmanları İdarəsi ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası birgə hazırlayıb. Təqvimlər ölkənin bütün şəhər və rayonlarını əhatə edir. 2021-ci ildə Ramaza...
Avropa futbol çempionatının təqvimi
2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınmış 16-cı Avropa futbol çempionatının final mərhələsi 2021-ci il iyun-iyul aylarında Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Dublin, Kopenhagen, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq şəhərlərində keçiriləcək. Novator.az çempionat...
“Azadlıq ibadəti” satışdadır
Mərhum jurnalist Aynur Mirhəsənin “Azadlıq ibadəti” kitabı satışa çıxarılıb. Novator.az xəbər verir ki, kitabı “Qanun” nəşriyyatının mağazasından, “Əli və Nino” şəbəkəsinin, “Azərkitab”ın dükanlarından, “Baku Book Center”dən əldə etmək mümkündür. Kitabın satış qiyməti 9.99 manatdır. “Qanun”un mağaza...
Qara yanvar: əvvəl və sonra… yenə əvvəl (4)
Şakir Yaqubov …Artıq axşam 10-un yarısıdır. Redaksiyanı tərk edirik. Mən əməkdaşları vəziyyətdən xəbərdar etmək üçün qapıya kiçik bir elan yapışdırıram: “Redaksiya bağlıdır. Fövqəladə vəziyyət götürülməyincə qəzet çıxmayacaq”. (Evə gələndən sonra, balalarımın narahat baxışları ilə üz-üzə qalan...
Qara yanvar: əvvəl və sonra… yenə əvvəl (3)
Şakir Yaqubov Yanvarın 22-də letuçkafason yığıncaqda Rəfail Nağıyev qəti fikrimizi elan etdi: “Kommunist”i buraxmaqdan söhbət gedə bilməz, ona görə “Səhər”i hazırlayacağıq. Dəfn mərasimini xüsusi qrup işıqlandıracaq – rəhbəri Vaqif Bəhmənlidir. İkinci qrup – redaksiyada qalanlar respublikanın müxtəl...
Qara yanvar: əvvəl və sonra… yenə əvvəl (2)
Şakir Yaqubov Bütün bunlar dəryada damla idi. Daha bir variant ağıla gəldi: SSRİ-nin hansı şəhərində kimin tanışı varsa, zəng vuraq, həqiqəti deyək. İndi sovet mətbuatının, SSRİ mərkəzi televiziyası və radiosunun həmin axşam Qorbacovun deyəcəyi sözlərdən savayı bir söz deməyəcəyi yəqin idi. Burasını...
Qara yanvar: əvvəl və sonra… Yenə əvvəl (1)
Şakir Yaqubov …Arxada qalan illərdə 20 yanvar faciəsi ilə bağlı çox deyilib, çox yazılıb, amma o məşum hadisələrdən uzaqlaşdıqca nağıl danışanların sayı azalmaq əvəzinə daha da çoxalır – hətta bunların arasında yaxından tanıdığın adamlar olanda cızdağın çıxır. Bilmirsən nə edəsən, kimə deyəsən...
Şakir Yaqubovun yeni kitabı
Görkəmli jurnalist Şakir Yaqubovun “Bir az da futbol(umuz)dan” kitabı çapdan çıxıb. Novator.az-ın məlumatına görə, “3 saylı Bakı Mətbəəsi” ASC-də buraxılan kitabda jurnalistin dünya və Azərbaycan futbolunun bir çox nümayəndəsi haqqında oçerkləri, portret yazıları, dünya futbolunun və milli futbolun ...
Yaddaşımın küncündə bu anlar da yaşayır… (10a)
Şakir YAQUBOV Yaxşı qəzet buraxmaq üçün texniki məsələlərin həlli də az əhəmiyyətli deyil. “Həyat”da işin bu tərəfi sanki unudulmuşdu. Təsəvvür edin ki, hər növbəti nömrəsi gecə saat 2-3-də çapa imzalanan qəzetin işçilərini evlərinə aparmaq üçün avtomaşın ayırmaq heç yada da düşmürdü. İçində qız-qad...
Ortacala cazibələri (manuskript)
İbrahimxəlil “Cümləmizin Cavid qapısı”nda da yazmışdım: qədim-qayım Tiflisin müxtəlif adda tarixi şəhər-qala qapıları olub: Meydan qapısı, Rabat qapısı, Qars qapısı və sairə… Bizim könül verdiyimiz ədəbiyyat varlığın bədii-obrazlı inikası olduğundan yazıçı-şair xəyallarımızda, duyğularımızda T...
Yaddaşımın küncündə bu anlar da yaşayır… (7a)
Şakir Yaqubov …Toyumuzdan üç-dörd gün sonra yaxın-uzaq kəndlərdən ayrı-ayrı tanışlar, qohumlar bizi – məni və gələcək uşaqlarımın anasını evlərinə, necə deyərlər, ayaqaçdıya dəvət eləməyə başladılar. Belə dəvətlər kifayət qədər yaddaqalan və macəralı oldu. Məsələn, paytaxtdan səmimi münasibətd...
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3a)
Şakir Yaqubov …Məktəb illərindən yazı-pozu ilə məşğul olmağım, kəndçilərimin diliylə desəm, müxbirlik eləməyim başıma xeyli iş açıb. İkisini qeyd etməliyəm. Lap birincisi budur ki, Azərbaycanın istisnasız olaraq bütün rayonları bir yana, hətta SSRİ-nin ən müxtəlif guşələrindən müxtəlif yaşlı a...
Adamlar, sevgi hekayətləri, qəbir daşı və dostluq
“Düşüncələr” silsiləsindən Mətanət Natiq Adamlar Sözə Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri”ndəki bir cümləsiylə başlamaq istəyirəm: “Torpaq hər şeydən öncə adamlarıyla vətəndir!” Bəli, adamlarıyla! Çox doğrudur. Son zamanlar narkomaniyanı təbliğ edən bir mahnı haqda çox danışıldı. Bəzi qızların o...
Kamal Abdullanın tədarükü
Aysel Əlizadə Bir az uzun olacaq, ancaq maraqlı olacaq. Yaxın oturun. Bir misal var: “Tanımadım, varlı olacaqsan”. Varlanandan sonra adamları tanımaq olmur deyə xalqın dilinə belə bir deyim düşüb. Həmişə vəzifəsi olub onun. Heç vaxt öyrəşdiyimiz “kreslo adamı”na çevrilməyib. Altern...
“Çox yorğunam, məni gözləmə, kapitan…”
(ağ gəmidən – ağ ata, ağ atdan – ağ gəmiyə) İbrahimxəlil Ümidlərin tükəndiyi bir çağda dirilişin adı olan Ərtoğrula baxıram – “Diriliş: Ərtoğrul” filminə. Film 2014-cü il dekabrın 10-da ekranlara çıxsa da ötən ilin payızından baxıram. Səbəbi arazbarı qarlı-qubarlı tarixçə olduğundan toxunmuram. Sadə...
Dərslik, yoxsa dərs vəsaiti? Həm də necə?..
Şakir Yaqubov, iki dəfə “Əməkdar mədəniyyət işçisi” İki-üç il əvvələ qədər təhsil sahəsində ölkə ictimaiyyətini narahat edən əsas məsələ dərsliklərin məzmunu, daha doğrusu, məzmun baxımından keyfiyyətsizliyi idi. Bu işdə söz davası ən çox Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ar...
Mən təqaüd almıram, pensiya alıram!
Şakir Yaqubov Mən bir dəfə bu mövzuda yazmışam, şifahi şəkildə dediyimin isə sayı-hesabı yoxdur. Ən azı jurnalistlərə deyirəm: əzizlərim, yaşına görə, əlilliyinə görə və s. dövlətdən alınan vəsaitin adı TƏQAÜD DEYİL, PENSİYADIR. PENSİYA!!! Təqaüdü verirlər tələbələrə, nə bilim, gənc yazarlara, artis...
Tiflisdə serotonin sevdası (senzitiv)
İbrahimxəlil İçimdəki “duyğular imperiyası”ndan və “tanrı krallığı”ndan çıxıb təalipərvər Tiflisin akklimatizasiyaları üzdən oxunan Azadlıq meydanına düşürəm. Biz tərəflərdə “mart çıxdı – dərd də çıxdı” deyirlər. Martın çıxmağına hələ var: ayın əvvəlləridir. Amma hava günəşlidir. Zəng gəlir. Allahve...
Dünyanı verək uşaqlara…
Şakir YAQUBOV Dünyayı verelim çocuklara hiç değilse bir günlüğüne… Böyük Nazim Hikmətin bu misraları yayın ilk günündə daha aktual səslənir. Bu da səbəbsiz deyil: məhz bu gün dünyanın əksər ölkələrində Beynəlxalq Uşaqlar Günü (İnternational Children”s Day) qeyd olunur. Keçmiş SSRİ ərazisində, ...
99-la 100 arası
(Çabua Amirecibinin xatirəsinə) İBRAHİMXƏLİL Bu yerdə arazbarı sözün təkrarına bir də qayıtmaq lazım gəlir: deyilənə görə, Stendalın cənazəsinin dalınca beş-altıca nəfər gedirmiş; amma… o “beş-altıca”nın biri böyük Balzak imiş! Və XIX əsrdən bu günə qədər davam edən bu “Parissayağı dəfn” məsə...
- 1
- 2