• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlin və illərin yükü

  • 05 Yanvar 2023
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Rövşən Ağayev

2023-cü il ərəfəsində iqtisadiyyatla bağlı iki məqam diqqət çəkdi. Mərkəzi Bankın 2023-cü il üzrə pul siyasəti bəyanatında rəqəmlər üzərindən makroiqtisadi proqnoz və gözləntilər açıqlamağa üstünlük verilmədi. Sənəd maksimum konservativ və ehtiyatlı hazırlanıb. Bu, qlobal iqtisadiyyatda volatilliyin yüksək olacağı ilə izah edilir.

Məsələn, Mərkəzi Bank inflyasiyanın tədricən 2-6 faizə doğru hərəkət edəcəyini vurğulayır, amma ikirəqəmli inflyasiyadan can qurtarmağın mümkün olub-olmayacağına dair hər hansı işarə yoxdur. Əlbəttə, 2022-ci illə müqayisədə hətta 0,1 faiz azalma belə hədəf diapazonuna daha yaxın olmaqdır, amma bu, kəskin inflyasiya təzyiqinin azalması baxımından nə rol oynaya bilər? Elə bəyanatda əksini tapan “inflyasiya təzyiqlərinin azalması gözləndiyindən daha uzun çəkə bilər” qeydi də qlobal iqtisadi proseslərdəki qeyri-müəyyənliyin proqnozlaşdırmanı çətinləşdirdiyini göstərir.

“İnflyasiya proseslərinə məzənnənin ötürücülük potensialı 2023-cü ildə də nəzərə alınacaq” qeydi məzənnə sabitliyinin bu il də maksimum qorunacağını deməyə əsas verir.

Ötən ilin pul siyasəti bəyanatından fərqli olaraq builki sənəddə tədiyyə balansının profisiti və iqtisadi artım göstəriciləri üzrə də rəqəmli proqnozlar əksini tapmayıb.

İkinci diqqəti çəkən məqam dövlət başçısının 2022-ci ilin son günündəki bayram müraciəti idi. Çıxışda iqtisadi məsələlərə az yer ayrıldı. Əslində bu, 2020-ci ildən müşahidə olunur. Hökumətə Qarabağ mövzusunda danışmaq daha rahatdır.

Amma yaxın illərdə ölkə üçün ən ciddi məsələ iqtisadiyyat olacaq və postpandemiya dövründə kəskinləşən problemlər bunun əsas göstəricisidir. Hələlik qlobal amillər səbəbindən yüksək enerji qiymətlərinin yaratdığı “morfi effekti” problemlərin kəskinliyini hiss etməyə imkan vermir.

Ötən il yüksək inflyasiya yoxsullaşmanı sürətləndirdi. Şübhəsiz ki, obyektiv və etibarlı statistika olmadığı üçün yenə ənənəvi yoxsulluq göstəricilərini görəcəyik. Halbuki hətta rəsmi statistika illik qida inflyasiyasının 20 faizi ötdüyünü göstərir, bu da istər əhalinin ümumi gəlirlərinin, istərsə də orta əməkhaqqının artım tempini az qala üstələyir. Real gəlirlərin azaldığı şəraitdə yoxsulluğun genişlənməsi qaçılmazdır.

Hökumətin ötən ilin başlanğıcında 300 manata qaldırdığı minimum əməkhaqqı il ərzində alıcılıq qabiliyyətini ən azı 20 faiz itirdi. Minimum maaşa işləyən 10 minlərlə insanın maddi durumunu göz önünə gətirin. 2023-cü ildə minimum maaşın artımına dair hər hansı siqnal yoxdur və deməli, ilin sonuna qədər ikirəqəmli inflyasiya adamların gəlirlərinin bir hissəsini də yeyəcək.

İqtisadiyyatı ölkənin ən əsas problemi kimi qəbul edib davranmasalar, sonra gec olacaq. Yüksək neft-qaz qiymətlərinin və inflyasiyanın şişirtdiyi nominal göstəricilərin (xüsusilə də büdcə və valyuta ehtiyatları) gözlərinizi qamaşdırmasına imkan verməyin…

Müəllifin başqa yazıları:

Pensiya yaşı artsınmı?

Gedən pul gələn pulu yeyir

Aclıq, yoxsa yoxsulluq həddi?

Gerçək SSRİ və gerçək Rusiya…

İdxal azaldı: manat dinclik tapa bilərmi?

Büdcə: dəyişən nədir, dəyişməli olan nə?

Dollar pəhrizi

Pambığın ağır yükü

Ucuz manat niyə ixraca yol açmır?

Zənginlərin pulunu necə saymalı?

Milli gəlirdən kimə nə çatır?

Dərmanın çarəsi

Qalan 4 ayda manatı nə gözləyir?

Məşğulluq niyə leqallaşmır?

Nazirin dedikləri və gerçəklik

İşsizləri udan sirli mənbə

Sadə verginin çətin məqamları

Bahalıq tarifləri

Qara qutunu ağardanda…

Minimum təkliflər

Uşaq pulu təklifləri: çıxış yolu nədir?

Statistika islah edilməlidir. Kökündən

Böyük pullar kimlərin işinə yarayıb?

Artan idxalın cavabsız sualı

İslahat mübahisələri: gerçək islahatlar necə olur?

Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar

Vətəndaşın səsi – rifaha yol

İş yeri statistikasından doğan suallar

Niyə tıxacdayıq?

Büdcəni necə müzakirə etməli?

Ümidsizliyin çarəsi

Avtomobil parkımız niyə köhnəlir?

Dərdə dərman

Qazaxıstanla fərqimiz

Milyardların ünvanı

Qərar müşkülünün çözümü

Birjamız olsa…

Həm işsiz, həm müdafiəsiz

Əriyib yoxa çıxmaq

Sual və əsl sual

Qanundan… kənar

Mühit olsun

Təhsil uçurumu

Biz və övladlarımız

Bir nəfər yox, toplum

Bizim tullantı

Kotan-xış dövründə ilişib qalmaq

…Gedən Avropa

Satınalmalar qaranlığı

Böyük dalan

Dörd sütundan məhrum

Qaydalı büdcənin qaydası

Asan seçimin müşkülü

Gənclər Gününə sözardı

Yol işinin yolu

Polemika qeydləri

Sərvət və aqibət

Axı necə olur?

Xoşbəxtliyin açarı

Zülmətdən çıxmaq

Büdcənin yükü: bir Naxçıvan deyil…

ADR Partiyasında yeni təyinat

  • 05 Yanvar 2023
  • comments

Neft Fondunun büdcəsi, planı

  • 05 Yanvar 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda