• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bizim Güney

  • 27 Oktyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Vahid Qazi

Şah İsmayıl bu gün özünü iranlı sayardı, ya azərbaycanlı?

…Qəsdim Xətaidən yazmaq deyil, onun siyasi kimliyi ilə işim yoxdur. Toxunmaq istədiyim məsələyə görə sualı belə qoymağa məcburam.

Şah İsmayıl İran dövlətinin – istər şahlıq, istər dini rejim olsun, lap sabah demokratiya qurulsun, fərqi yoxdur – iki ideoloji əsasından (şubiyyə və şiəlik) birini yaratmış, bugünkü iranlı kimliyinin formalaşmasında misilsiz xidməti olan tarixi şəxsdir. Bizə baxmayın, iranlılar (tək farslar deyil) onu belə görür, tanıyır, dəyərləndirir.

Belədirsə, onda biz niyə ona Bakıda heykəl qoymuşuq? Cavab sadədir, çünki biz də özümüzünkü bilib ona sahib çıxmışıq!

***

Bu ay İsveçdə 11-i qadın olan 23 nazirdən ibarət yeni hökumət quruldu. O qadın nazirlərin arasında təbrizli Romina Purmuxtari də var. İsveç tarixinə ən gənc nazir kimi düşən 26 yaşlı Romina Purmuxtari mərhum güneyli siyasi mühacir soydaşımız İbrahim Purmuxtarinin qızıdır.

Bu xəbəri eşidəndə “Feysbuk”da təbrik paylaşdım. O təbrikə yazılan şərhlər çoxdan yarımçıq qalan yazıya yeni nəfəs verdi.

Şərh yazanların bəziləri Romina Purmuxtarinin “Tvitter”də fars kimliyini qabartmasını əsas gətirərək məni özgə birini “özününküləşdirmək”də qınadı. Adına, soyadına söz atanlar da vardı.

Soyu haqda Romina özü belə yazıb: “Qohumlarım İranda yaşayır, yarı azəri, yarı farsdır”.

İsveçdə nəşr etdirdiyi xatirələr kitabında uşaq vaxtı İrana, Təbrizə getməyindən, orada gördüklərindən, adət-ənənələrdən, atasının azərbaycanlı, anasının fars olmasından, atasının siyasi mübarizə yolundan bəhs edib.

Başqaların münasibəti öz yerində, mən onu Güneydən gəlmiş mühacir soydaşımızın İsveç siyasətində ciddi uğur qazanmış qızı kimi təbrik etdim. Özgə yox, özümüzünkü bildim. Rominanı özünü iranlı kimliyin daşıyıcısı sayan milyonlarla soydaşımıza nümunə kimi tanıtmaq istədim. Düşüncəm odur ki, farslarla şərik yaratdığımız tarixə haqlı olaraq sahib çıxdığımız kimi o soydaşlarımızı da özümüzünkü bilməli, uzaq tutmamalıyıq. Sevgi sevgidən doğur – bizim isti münasibətimiz onları düşündürəcək, müstəqil Azərbaycana, onun vətəndaşlarına bir başqa yöndən baxmağa başlayacaqlar.

Milli düşüncənin yolu özünüdərkdən keçir!

***

İstər budəfəki diskussiyadan, istər də Güneylə bağlı başqa müzakirələrdən gəldiyim qənaət odur ki, çoxumuz Güneyi tanımırıq, orada yaşayan soydaşlarımız haqqında çox şey bilmirik, bildiklərimizin də çoxu yanlışdır.

İranda 35-40 milyon soydaşımız yaşayır deyirik, amma bilirikmi onların nə qədəri “milli hökumət” tərəfdarıdır, nə qədəri “İran dövlətçiliyi” təfəkkürünə malikdir? Yox! Çünki bizim Güneyi bir toplum kimi öyrənən mərkəzlərimiz olmayıb. Bizim Güneyə münasibətimiz lirikdir, oradan bilgimiz məişət səviyyəsindədir.

Rəhmətlik Əbülfəz Elçibəy Bütöv Azərbaycan Birliyi adlı təşkilat yaratmışdı. Tədbirlərinə hərdən mən də gedirdim. Tarixçilərin, Güneydən gəlmiş soydaşlarımızın çıxışlarını dinləyirdim. Elə Əbülfəz bəyin tövsiyəsi ilə güneyli milli lider Mahmudəli Çöhrəqanlı ilə bir neçə dəfə görüşmüşdüm. İnsan hüquqları, milli haqlar, demokratiya problemləri barədə nəşr etdiyimiz kitabçaları əski əlifba ilə çap edib İrandakı soydaşlarımız arasında yaymağa imkanımızın olduğunu deyib konkret bölgələrlə əlaqə qurmağa dəstək istəmişdim. Maraqla qarşılamışdı, amma nə səbəbdənsə bu sevda baş tutmadı.

Bütöv Azərbaycan Birliyi Güneyi dərindən öyrənən institut ola bilmədi, diskussiya klubu kimi fəaliyyət göstərdi. Diskussiyalarda səslənənlər də daha çox pafos idi. Bunu İsveçə gələndən sonra bildim. İsveçdə dostlaşdığım neçə güneylidən öyrəndiklərim o vaxt orada eşitdiklərimdən köklü fərqlənirdi. Real vəziyyəti geniş dünyagörüşlü, İranın, İrançılığın mahiyyətini dərindən bilən bu dostlar daha aydın izah edirdilər.

Bizim Güney haqda bilgilərimizin çoxu yanlışdır. Güneyi tanımırıq! Eyni ilə də onlar bizi tanımırlar!

Milli kimlik məsələsində əsas soy deyil, özünüdərkdir. Qanı qanımdan, soyu soyumdan olmaq hələ mənimlə eyni milli şüur daşıyıcısı olmaq demək deyil.

Tarixə baxsaq görərik ki, bugünkü İran dövlətçiliyini fars-türk cütlüyü formalaşdırıb. Bu cütlüyün əsrlərlə qaynayıb-qarışmasında əsas rolu şiəlik oynayıb. Şiəliyin o biri adına “İran islamı” da deyirlər. Onu yaradan farslar olsa da, dövlət siyasətinə türk əsilli şahlar çeviriblər. Ərəb istilası zamanı “İran islamı” yaratmaqla öz identikliyini (şubiyyə) qoruyan farslar əsrlərlə ölkəni idarə edən türk şahların özləri kimi yaratdıqları tarixə də sahib çıxıblar. Əslində isə o Səfəvi, Avşar, Qacar şahları kimi onların yaratdığı tarix həm də bizimdir və ona sahiblənmək haqqımızdır.

İranı dərindən tanıyan dostlarla söhbətdən gəldiyim qənaətə görə, güneyli soydaşlarımızı üç qrupa bölmək olar. Çoxluq təşkil edən birinci qrup İranı öz dövləti kimi görür, bizim Azərbaycanı da İrana birləşdirmək istəyər.

Xeyli bir qismi əhatə edən ikinci qrupun hədəfi milli muxtariyyətə nail olmaqdır.

Azlıq təşkil edən, əsasən xaricdə yaşayan üçüncü qrup isə müstəqil dövlət qurmaq və bizim Azərbaycanla birləşmək istəyənlərdir.

Bu kontekstdə soydaşlarımızı kürdlərlə müqayisə edənlərlə razılaşmaq olmur. İranı öz dövləti sayan, ana dilində məktəb, milli muxtariyyət istəyən azərbaycanlılardan fərqli olaraq kürdlər (şiə kürdlər xaric) milli azadlıq mücadiləsi aparırlar, özü də əldə silah. Sünni olduqlarına görə öz etnik kimliklərini fars basqısından məsafədə saxlamağı bacarırlar. Həm də bu səbəbdən İran hakimiyyəti onların içərisinə öz adamlarını hər vaxt sızdıra bilmir. Bizim milli düşüncəli fəallarımızın qənimi isə adətən öz “İrançı” soydaşlarımız olur.

Bu gün Güneydə yaşayan azərbaycanlıların böyük əksəriyyətinin istəyi başqa xalqlarla əl-ələ verib molla rejimindən qurtulmaqdır. Sonrası Allaha pənah…

Sonrası həm də bizə bağlıdır. Biz, müstəqil Azərbaycan dövləti və xalqı olaraq Güneydəkilərə sahib çıxmalıyıq. Hər mənada.

Bu gün Güneydə milli şüur 30 il əvvəllə müqayisəyə gəlməyəcək qədər inkişaf edib, buna bir səbəb tarixi Azərbaycanın quzeyində müstəqil dövlətin bərpası, ordumuzun Qarabağda qələbəsidirsə, o biri səbəb Türkiyə kanallarının Güneydə də əlçatanlığıdır. Mənim uşaqlarım güneyli dostların balaları ilə Türkiyə türkcəsində danışır. Əvvəl-əvvəl buna sərt reaksiya verirdim, indi sakitəm, əsas odur ki, ünsiyyətləri var. Güneydə məşhur olan “Təbriz, Bakı, Ankara…” şüarı boş yerdə yaranmayıb.

İran böyük dəyişiklik ərəfəsindədir. Bu dəyişikliyə Güneylə yanaşı biz də – müstəqil Azərbaycan da hazır olmalıdır!

Təbriz stadionunda “Traktor” futbol komandasının azarkeşlərinin səsləndirdiyi “Azərbaycan” hayqırtısı qanımızı nə qədər coşdursa da, real vəziyyəti soyuq başla təhlil etməliyik. Milli oyanışa təmkinlə, ardıcıl, real dəstək verməliyik.

Yuxarıda söz açdığım “Feysbuk” statusuma şərh yazan dostlara və onlar kimi düşünən soydaşlarımıza isə ərklə bir söz deyim. 70 illik sovet dövründə dili qorunan, ana dilində məktəbləri, universitetləri, teatrı, kinosu, ədəbiyyatı olan, 30 ildir müstəqil yaşayan biz quzeylilər hələ də rus soyadlarımızdan, rus dilinin əsarətindən qurtula bilməmişiksə, hansı haqla tarixi boyu ana dilində məktəbi olmayan güneyliləri “farsdilli”, “İran təfəkkürlü” olmaqda qınaya bilərik?

***

Şah İsmayıl bu gün özünü iranlı sayardı, ya azərbaycanlı? Siyasi-ideoloji təməlini qoyduğu bugünkü İranın yanında durardı, ya Bakıya gələr, əvvəl öz heykəlinə baş çəkər, sonra Fəxri xiyabana gedib paytaxtı Təbriz olmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvərinin qəbrinə gül düzərdi?

İranı yaxşı öyrənək, Güneyi bir toplum olaraq dərindən tanıyaq, duyaq. Nizamiyə, Şah İsmayıla sahib çıxdığımız kimi Purmuxtari kimilərini də özümüzünkü saymalıyıq. Bu gün İranda yaşayan milyonlarla “qanı qanımdan, soyu soyumdan olan”ı “milli şüuru şüurumdan, hədəfi hədəfimdən”ə çevirə bilərik deyə.

Oktyabr 2022
İsveç

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

Tüstüdən dumana

Şuşa inauqurasiyası, mən, qarğalar…

Qarabağdan danışmaq yasaqlanır?..

Narıncı yarış maşını

17 yaşlı Anarın 40 yaşına

Bədlikdən çıxış

Ağdam qatarı Bakıdan gedir

Tale oxşarlığı

Ağ Rusiyanın qara taleyi

Yaltaqlıq istedadı

Təməldən bir də qurulmaq

Qarışqa yükü boyda

Ofşorda qalan Qarabağ

Rusun iti, Putinin bülbülü və sair

Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)

Qarakəndli Anuşun təbəssümü

Иван, уходи из Карабаха!

Atamın şilləsi, sevgisi və 20 yanvar

Müharibədən sonra…

Güvən mənə, inanım sənə

“Erməni soyqırımı” – 103 yaşlı siyasi oyun aləti

Azadlıq, ya xoşbəxtlik?

Ağıllı Ağdamın kölgəsi

Qaranlığın işığı

Xankəndi (Birinci yazı)

Xankəndi (İkinci yazı)

Şuşadan yaza bilmək

ABBA ilə Stokholmdan Ağdama

Donuq duyğuların canlı xəyalı: Ağdam

Musiqi mozaikasında Azərbaycan

Mən dənizi eşitdim

İsveçin Rusiya qorxusu

Şəxsən tanıdığım Nobel mükafatçısı

Bu ay Azərbaycan nefti nə qədər bahalaşıb?

  • 27 Oktyabr 2022
  • comments

Karantin qalır

  • 27 Oktyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda