• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qanun”un çap etdiyi yeni kitablar

  • 21 Aprel 2022
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.

Aqata Kristi, “Üçüncü qız”

Norma Restarik adlı gənc qız tanınmış detektiv Erkül Puaronun məsləhətini almaq üçün ona müraciət edir. O, Puaroda özü haqda əsəbi, müvazinətsiz və qorxaq xanım təəssüratı yaradıb. Ona elə gəlir ki, adam öldürüb. Lakin o, nə qurbanın adını, nə qətlin hallarını, nə də hadisə yerini xatırlaya bilir.

Zərrələrlə lazımi məlumatları yığarkən qızın həyat şərtləri ilə və ətrafdakı adamlarla tanış olan, hadisələrin məntiqli xəttini quran Erkül Puaro… qətl axtarır.

Qız günahkardırmı, məsumdurmu, yoxsa dəlidirmi? Puaronun bu suallara cavab tapmağı üçün sağlam fakt­lara ehtiyacı var…

Əsəri Tatyana Kryuçkina tərcümə edib.

Kitabın satış qiyməti 10.99 manatdır.

Salla Simukka, “Qan kimi qırmızı”

Romanın qəhrəmanı təhlükə dolu hadisələri keçib məqsədinə çatır. Bəs bu qəhrəmanı fərqləndirən cəhət nədir? O, zərif cinsin nümayəndəsidir!

Əsərdə ifrat feminizm hiss olunmur. Lakin müsbət kişi obrazı yoxdur. Bütün kişilər cəzalanır: məktəbdən qovulur, həbsə gedir, ölür, yataqda əl-qolu bağlanaraq gülünc hala salınır. Qalib gələn isə yalnız İKİ RƏFİQƏdir. Buna görə romanı feminist adlandırmaq olar.

Bədii baxımdan “Qan kimi qırmızı” müasir romançılığın yaxşı nümunəsidir. Detektiv, macəra, insan, təbiət, qorxu,
zəfər, şəhvət və sevgi kimi anlayışlar bir-biri ilə uğurlu şəkildə çulğaşaraq maraqlı əsərə çevrilir.

Kitabın satış qiyməti 10.99 manatdır.

Sidney Şeldon, “Güzgüdəki naməlum adam”

Zaman insanı necə məğlub edir? O, taleyimizdə hansı izləri buraxır? Öz faniliyini dərk etməyən insan üçün bu suallar əhəmiyyətsizdir. Su kimi axıb gedən zaman artıq ikinci plandadır. Hədəf şöhrət, məşhurluq və göz qamaşdıran dəbdəbədir.

“Amerika cənnəti” Hollivudda baş verənlər əslində insanın nəfsi ilə imtahanıdır. Təsadüfən şöhrət zirvəsinə qalxanlar bir gün hər şeyini itirərək zamana məğlub olurlar.

Roman çılğın şöhrət düşkünlərinin xəyal qırıqlığından bəhs edir. O adamlar ki, güzgüdəki simalarını belə tanıya bilmirlər…

Kitabın satış qiyməti 12.99 manatdır.

Adam Faver, “Ağlasığmaz”

Bir səhər yuxudan oyanan kimi ağlına illərdən bəri gör­mədiyin dostun gəlir. Bir saat sonra onunla küçədə rast­la­şır­san. Səncə, bu, təsadüfdürmü?

Heç lotereyada udmusan? Yox? Amma udanlar var. Həm də davamlı! Onlar səndən daha şanslıdırmı? Ümumiyyətlə, şans deyə bir şey varmı?

Sənə sirli şəkildə tanış gələn predmet və hadisələr necə? San­ki əvvəllər hardasa görmüsən. Bu, keçmişdir, yoxsa gə­lə­cək? Yuxudur, yoxsa gerçəklik?

Bütün bu suallara cavab tapmaq istəyirsənsə “Ağlasığmaz” romanını mütləq oxu.

Bu, insanı düşündürən, riyazi nəzəriy­yə­lərlə macəranı birləşdirən bir kitabdır.

Romanın sonunda bir tərəfdən şizofreniyanın həqiqi səbəbləri haqqında dü­şü­nəcək, o biri tərəfdən adi bir hərəkətin insan həyatını necə dəyişdiyinə təəccüblənəcəksən.

Əsəri Sevinc Natiq tərcümə edib.

Kitabın satış qiyməti 12.99 manatdır.

Xose Orteqa-i- Qasset, “Universitetin missiyası”

Məşhur ispan filosofu və kulturoloqu Xose Orteqa-i-Qassetin “Universitetin missiyası” adlı fun­da­mental əsəri universitet təhsilinin səciyyəvi mədəni və sosial təcrübə kimi öyrənilməsinə həsr olunmuş klassik tədqiqatdır.

Bu kitabın nəşrindən keçən yetmiş il ərzində orada ifadə edilmiş fikirlər nəinki əhəmiyyətini itirməyib, hətta aktuallığını daha da artırıb.

Əsərin dilimizə tərcüməsi ali təhsilin müasir vəziyyətinin, eləcə də onun gələcək inkişafının mümkün yollarının dərk olunmasında mühüm bir addım hesab oluna bilər.

Kitab universitet təhsili problemləri ilə məşğul olan tədqiqatçılar, ali təhsil müəssisələrinin müəllimləri, təhsil sistemi menecerləri, yeni təhsil sistemlərini layihələndirən mütəxəssislər üçün nəzərdə tutulub.

Əsəri İnam Əsədov tərcümə edib.

Kitabın satış qiyməti 12.99 manatdır.

Prezident Qarabağdadır

  • 21 Aprel 2022
  • comments

Fransada seçki: yeni sorğunun nəticələri

  • 21 Aprel 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda