• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tuğ kilsəsində ibadət

  • 18 Aprel 2022
0
SHARES
FacebookTwitterPinterest

Fəxri Uğurlu 

Xristian dini icmalarının təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə aprelin 14-də Xocavənd rayonuna səfərə çıxanların arasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı kimi mən də vardım. Pasxa bayramı ərəfəsində haqq dərgahına ünvanlanan dualar göylərə Qarabağın işğaldan qurtarılmış məbədlərindən bülənd olacaqdı.

Əvvəlcə Hünərli kəndindəki kilsəyə döndük, kəndə enməmiş yol qırağından Hadrutun tamaşasına durduq. Qəsəbə də, kənd də miskin haldaydı, evlərin çoxuna on illərlə əl gəzdirilmədiyi ilk baxışdan görünürdü. Əcəba, “qalib” xalq beləmi yaşayıb? Bir Hünərli kəndinin gününə baxmaq yetər ki, anlayasan: bu otuz ildə qələbə anlayışı ermənilərin kollektiv təhtəlşüurunda heç vaxt legitimlik qazanmayıb. Özünü yaşadığı yerin əbədi sakini, şəriksiz yiyəsi sayan bəndə üstündə bəsləndiyi torpağın nazıyla oynamazmı? Evlər cəhənnəmə, öz allahının hüzuruna (o başqa məsələ ki, körpələri, qocaları qətlə yetirəndən sonra hansı üzlə) çıxdığı məbədinə əl gəzdirməzmi?

Mənim uşaqlığımda belə bir mif dolaşırdı ki, guya ən yaxşı usta erməni ustasıdır. Hətta bir qondarma zərb-məsəl də uydurmuşdular: “Erməni aşığının dilini, müsəlman ustasının əlini kəsəsən”. İşğal illərində bu yalançı ehkam da puça çıxdı: olmaya bütün Azərbaycan boyu yayılmış topdağıtmaz evləri erməni ustaları tikib başa gətirib? Millətdə aşağılıq kompleksi yaradan belə saxta ehkamlar uzun müddət başımızdan basıb…

Hünərli kilsəsində xristian ruhanilər müsəlman icması ağsaqqallarının iştirakıyla ölkəmizin, xalqımızın dincliyi, rifahı, xoşbəxtliyi üçün dua elədilər, bir ağızdan dönə-dönə “Allah Azərbaycanı sevir” dedilər. Xristian ruhaniləri xristian məbədində bəşəriyyətin ATAsından İsa peyğəmbər xatirinə Azərbaycana səadət dilədilər. Mənə elə gəlirdi dünənəcən (qismən elə bu gün də) ermənilərin torpaq oğurluğunu xristian-müsəlman savaşı kimi qələmə verənlər, sadə azərbaycanlıların, elə sadə ermənilərin də sümüklərindən özlərinə qala quranlar gizləndikləri kolun dalından bu möhtəşəm mənzərəyə yana-yana tamaşa eləyirlər. Hələ də belə düşünənlər var, onlara da görk olsun!

Sonra Tuğ məbədinə döndük. Tuğ – Azərbaycanın ən qədim kəndlərindən biri. Burada yüz illərlə iki xalq, iki dil, iki din iç-içə yaşayıb. Azərbaycan türklərinə aid nə varsa, hamısını ya dağıdıblar, ya da zədələyiblər. Xüsusən də bir əsr yarıma yaxın yaşı olan qocaman Tuğ məktəbi bu barbar münasibətə heç layiq deyil.

Səkkizinci sinfə adlayana qədər mənim uşaqlığım, yeniyetməliyim Bakının yeddinci mikrorayonunda keçib. Beş mərtəbəli, səkkiz bloklu binamızda talışdan, ləzgidən, rusdan, tatardan, yəhudidən, ermənidən, gürcüdən, tatdan, kürddən belə hər millətdən yaşayan vardı. Hamısıyla yoldaşlıq eləmişik, cürbəcür oyunlar oynamışıq. Məktəbdə də eləcə. Heç vaxt heç kim bizi hansısa xalqın balalarına qarşı körükləməyib, filankəsin uşağı filan millətdəndir deyə ona qoşulma deməyib. İndi Tuğun dağılmış evlərini gördükcə düşünürdüm: necə ola bilər ki, sənin gözünün qabağında uşaqlıq dostunun, sinif yoldaşının xanimanına od vuralar, sən də buna qulağının ardıyla baxasan?

Mənə elə gəlir artıq Ermənistanı idarə eləyənlər də “Dağlıq Qarabağ məsələsi”nin erməni xalqının boynundan asılmış dəyirman daşı olduğunu anlayıblar. O daşı boynundan atmayınca ermənilərə rahatlıq, azadlıq, çörək yoxdur…

Tuğ kilsəsində də ruhanilər Tanrının hüzuruna çıxdılar, Tanrının İsa dilində Azərbaycana dinclik, şəfqət dilədilər. Onlar dua elədikcə bəzi İncil ayələri başımda dolanırdı.

Əsgərlikdən yeni qayıtdığım vaxtlar olardı, keçmiş Hüsü Hacıyev küçəsiylə üzü Azdramaya gedəndə bir kitabçının masası üstündə Matfeyin İncilini gördüm. Kitabı aldım ki, evdə oxuyaram (ondan əvvəl Kraçkovskinin tərcüməsində Quranı da almışdım), ancaq evə gedib çıxana hövsələm çatmadı, özümü Füzulinin heykəlinin dövrəsindəki skamyalardan birinə yıxıb İsa peyğəmbərin kəlamlarını gözümə təpməyə başladım.

Sonradan Əhdi-Cədidin o biri bölmələrini də tapıb oxudum, Məryəm oğlu mənim həyat ideallarımdan birinə çevrildi. İndi İsa yolunun yolçuları Tuğ kilsəsində özlərinə dalıb dualarını göylərə uçurduqca Yəhyanın müjdəsində təsvir olunmuş bir məqam gözümün qarşısına gəlirdi. Sonuncu şam süfrəsində şagirdlərinə son öyüdlərini, son tapşırıqlarını verən Müəllim vəsiyyətini bu sözlərlə bitirir: “Bu dünyada sizi çox sınaqlar gözləyir, ancaq haqdan dönməyin. Mən şərə qalib gəldim!”

Mənbə: Yeniazerbaycan.com


Müəllifin başqa yazıları:

Atalı-analı yetimlər

Dünyaya çıxmaq

Klassik irsin üzünü köçürmək

Zamanın çağırışını dinləmək zamanı

Hansı qadın?

Universal zamanın sahilində

Rüstəm İbrahimbəyovun dönüşü

Hörmüzdün səltənətinə xoş gəldiniz!

Fərrux dağında məşqlər

Varlığımızın evini abadlaşdıraq 

Tarixi əfsanəyə çevirən şəhər

Dili yuxudan oyatmaq

Xocalıdan Buçaya çəkilən yol

Janrın yaddaşı, fikrin əcdadı 

Təsir, yoxsa oğurluq?

Üç ayın tərəfdaşları

  • 18 Aprel 2022

Azərbaycandan neft alan ölkələr

  • 18 Aprel 2022

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

Rəylər

Do not miss

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
ManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

comments
ManşetXəbər

Aytən Məmmədova: “Araşdırma davam edir”

comments
ManşetXəbər

Rəsmilərin maaşında yenilik təklifləri

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
ManşetXəbər

Bankların beş ayı

comments
ManşetXəbər

Büdcədə yeniliklər ilk oxunuşdan keçdi

comments
ManşetXəbər

Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı

comments
AktualManşetXəbər

Tərs artımlar

comments
AktualManşetXəbər

Erməni professorun Mustafa Hacıbəyliyə məktubu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrin itkiləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda