• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rüstəm İbrahimbəyov vəfat edib

  • 11 Mart 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Nasir, dramaturq, ssenarist və rejissor Rüstəm İbrahimbəyov Rusiyanın paytaxtı Moskvada vəfat edib.

1939-cu il təvəllüdlü Rüstəm İbrahimbəyov uzun illərdir Moskvada yaşayırdı.

Martın 11-də prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və başqa rəsmilərin, ədəbiyyat və incəsənət adamlarının adından yayılan nekroloqda qeyd olunur ki, Rüstəm İbrahimbəyov Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlayıb: “Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov 1967-ci ildə Moskvada ali ssenarist kursunu, 1974-cü ildə ali rejissorluq kursunu bitirib.

Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli simalarındandır. O, çoxcəhətli fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da tanınıb. Nəsrimizin yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan Rüstəm İbrahimbəyov öz səmərəli yaradıcılığı ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynayıb, yarım əsrdən artıq müddət ərzində ədəbi-mədəni mühitin inkişafına töhfələr verib. Sənətkarın sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini həyat həqiqətləri əsasında ustalıqla əks etdirən povestləri və hekayələri, pyesləri və ssenariləri ədəbiyyatımızın və milli kino sənətinin məzmunca yeniləşməsində əhəmiyyətli rol oynayıb. Onun əsərləri əsasında 40-dan çox bədii film və televiziya filmi çəkilib. Mühüm sosial həqiqətlərdən söz açan, rəngarəng və dolğun obrazlarla zəngin bu əsərlər özünəməxsus dəst-xətti ilə seçilən sənətkara böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazandırıb.

Rüstəm İbrahimbəyovun ssenarist və rejissor olaraq kinematoqrafiyanın inkişafında da təqdirəlayiq xidmətləri var. Yazıçının ssenariləri əsasında çəkilən “Bir cənub şəhərində”, “Səhranın bəyaz günəşi”, “İstintaq”, “Ad günü” və bir çox digər film geniş şöhrət tapıb, yüksək mükafatlarla təltif edilib.

Rüstəm İbrahimbəyov eyni zamanda ictimai fəaliyyət göstərib, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, birinci katibi, SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub, 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilib.

Rüstəm İbrahimbəyov 1976-cı ildə əməkdar incəsənət xadimi, 1998-ci ildə xalq yazıçısı fəxri adlarını alıb, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.

Görkəmli yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!”

Ukrayna müharibəsi nə ilə bitə bilər? – “Fin...

  • 11 Mart 2022
  • comments

Dövlət komitəsinin yeni səlahiyyəti rəsmiləşdi

  • 11 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Anım
  • Cəmiyyət
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda