• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Polemika qeydləri

  • 14 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

Rövşən Ağayev

1918-ci ildə fizika sahəsində Nobel mükafatı alan Maks Plank Almaniyanı gəzib dolaşır, müxtəlif auditoriyalarla görüşür. Hara dəvət olunsa, kvant fizikası barədə eyni çıxışı edir. O qədər təkrar danışır ki, çıxışı əzbərləyən sürücüsü deyir: “Professor, eyni çıxışı etməkdən yorulmuş olmalısınız. Münhendəki çıxışı sizin əvəzinizdən mən edim. Bu, ikimiz üçün də dəyişiklik olar. Siz mənim sürücü şapkamla ön sırada oturarsınız”.

Təklifi çox əyləncəli görən Plank razılaşır. Beləcə sürücü Münhendə çox seçkin bir qrupun qarşında həmin uzun çıxışı edir. Çıxışdan sonra bir elm adamı sual verəndə sürücü hazırcavablıqla deyir: “Münhen kimi inkişaf etmiş bir şəhərdə belə bəsit bir sualla qarşılaşacağımı heç düşünməzdim. Bu sualı cavablandırmağı sürücümdən rica edirəm”.

Plankın bu hekayəsinə sonradan mütəxəssislər belə bir yozum verdilər: iki cür bilgi var: gerçək bilgi – bu bilgiləri qazanmaq üçün adam illərini və zehni enerjisini xərcləyir; “sürücü bilgisi” – Münhendəki nümunədə olduğu kimi başqasına çoxlu qulaq asaraq bir mətni əzbərləməklə əldə olunan mexaniki bilgi.

Uzun müddətdir sosial şəbəkələrdə müşahidə elədiyim durumu bu fenomen çox yaxşı izah edir. Əslində sosial şəbəkələr polemika üçün geniş imkanlar açdığı halda bəzən “sürücü bilgisi” ilə silahlanmış adamlar bu polemikanı pozur.

Polemika həm bir mədəniyyətdir, həm də bilgi əldə etmək mənbəyi, qarşılıqlı öyrənmə prosesidir. İstənilən bir sahənin bilicisi ilə müzakirədən çox şey öyrənmək olar. Xüsusən sosial platformalar bunun üçün geniş imkanlar yaradır.

Müzakirələrdə sahə bilici olan şəxsin fikirləri ilə razılaşmamaq hər kəsin haqqıdır – əslində polemika da elə razılaşmamaqdan yaranır. Yəni “filankəs filan sahənin ən dəyərli bilicisidir, nə deyir haqlıdır” düşüncəsində olmaq yanlışdır. Amma əgər birisi danışılan mövzuya aid biliyi olmaya-olmaya yalnız kənar şəxslərdən eşitdiyi səthi informasiyalarla qarşısındakı şəxsi aşağılayırsa, onun səhv olduğunu nəzakətlə deyil, təhqirlə deyirsə, bu, polemika deyil, söymək üçün bəhanə axtarmaqdır.

Təcrübə göstərir ki, “sürücü biliyi” ilə daha üstün olduğuna özünü tam inandırmış şəxslərlə yazışmanın əhəmiyyəti yoxdur. Ən mədəni yol “blok”dur.

Profilinizi açıq, amma təmiz saxlamaq ən doğru yoldur.

Müəllifin başqa yazıları:

Pensiya yaşı artsınmı?

Gedən pul gələn pulu yeyir

Aclıq, yoxsa yoxsulluq həddi?

Gerçək SSRİ və gerçək Rusiya…

İdxal azaldı: manat dinclik tapa bilərmi?

Büdcə: dəyişən nədir, dəyişməli olan nə?

Dollar pəhrizi

Pambığın ağır yükü

Ucuz manat niyə ixraca yol açmır?

Zənginlərin pulunu necə saymalı?

Milli gəlirdən kimə nə çatır?

Dərmanın çarəsi

Qalan 4 ayda manatı nə gözləyir?

Məşğulluq niyə leqallaşmır?

Nazirin dedikləri və gerçəklik

İşsizləri udan sirli mənbə

Sadə verginin çətin məqamları

Bahalıq tarifləri

Qara qutunu ağardanda…

Minimum təkliflər

Uşaq pulu təklifləri: çıxış yolu nədir?

Statistika islah edilməlidir. Kökündən

Böyük pullar kimlərin işinə yarayıb?

Artan idxalın cavabsız sualı

İslahat mübahisələri: gerçək islahatlar necə olur?

Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar

Vətəndaşın səsi – rifaha yol

İş yeri statistikasından doğan suallar

Niyə tıxacdayıq?

Büdcəni necə müzakirə etməli?

Ümidsizliyin çarəsi

Avtomobil parkımız niyə köhnəlir?

Dərdə dərman

Qazaxıstanla fərqimiz

Milyardların ünvanı

Qərar müşkülünün çözümü

Birjamız olsa…

Həm işsiz, həm müdafiəsiz

Əriyib yoxa çıxmaq

Sual və əsl sual

Qanundan… kənar

Mühit olsun

Təhsil uçurumu

Biz və övladlarımız

Bir nəfər yox, toplum

Bizim tullantı

Kotan-xış dövründə ilişib qalmaq

…Gedən Avropa

Satınalmalar qaranlığı

Böyük dalan

Dörd sütundan məhrum

Qaydalı büdcənin qaydası

Asan seçimin müşkülü

Gənclər Gününə sözardı

Yol işinin yolu

İslahatla xilas

  • 14 Fevral 2022
  • comments

İqtisadi artım göstəricisi açıqlandı

  • 14 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda