• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gec də olsa…

  • 11 Fevral 2022
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Mətanət Natiq 

Gec də olsa…

Vaxtilə atam, qardaşlarım onun haqqında hörmətlə, sevə-sevə çoxlu əhvalat danışardılar. Bacımla mən həmin əhvalatlara elə maraqla qulaq asardıq ki… Elə bilərdim o adam bizim Maştağa kəndindəndir.

Qardaşım Natiqin ona xüsusi hörməti var idi. Həmişə deyərdi onun kimi adam bu dünyaya gəlməyib, gəlməyəcək də.

Həqiqətən belədir. Onun kimi adam yoxdur.

O, milyonçu, xeyriyyəçi, Bakıya su çəkdirmiş, ilk qızlar məktəbinin bünövrəsini qoymuş, məzlumların xilaskarı Hacı Zeynalabdin Tağıyevdir.

Neçə-neçə gənc onun sərmayəsiylə təhsil alıb. Nəriman Nərimanovu oxumağa göndərəndə deyibmiş: “Nə vaxta qədər arvad-uşağımızı erməni Ovanes müalicə edəcək? Get oxu, qayıt gəl Vətənə xidmət elə!”

Daima elin təəssübünü çəkmiş Hacının xalq üçün etdiklərini saymaqla bitməz.

Burada tikiş fabrikini necə açmasını, çar Nikolaydan buna necə icazə almasını geyd etmək istərdim. Hacı çox uzaqgörən adam olub, bilib ki, çar icazə verməyəcək. Ona görə də çara bəxşiş verərək deyib ki, mən müsəlmanam, öləndə mənə kəfən lazım olacaq, izn verin tikiş fabriki açım, parça istehsal etsin. Bu əhvalatı atamdan eşitmişəm.

Gözümü açandan kəndimizdə hər kəsin Hacı Zeynalabdin Tağıyevi hörmətlə yad edib ona rəhmət oxuduğunu görmüşəm. Baxmayaraq ki, sovet dövrü idi, Tağıyevin bütün varidatını əlindən almış, onun haqqında xoş danışmağı qadağan etmiş bir rejim hökm sürürdü. Amma qadağalar Tağıyevə sevgini xalqımızın ürəyindən çıxara bilməmişdi.

Hamımızın bildiyi məşhur Şeremetyevo aeroportu (Moskva) çar Rusiyasının marşalı Boris Pyotroviç Şeremetyevin adını daşıyır. Rus hətta sovet dövründə öz mülkədarının adını əbədiləşdirsə də, bizimkinə “xalq düşməni” deyib qadağalar tətbiq edirdi.

Nəhayət, gec də olsa haqq-ədalət yerini tapdı, Bakının mərkəzində, doğulduğu yerdə ona heykəl qoyuldu. Düzdür, bir heykəl onun xalq üçün etdiklərinin qarşısında nədir ki…

Heykəlin açılışının ilk günləri idi, yaxınlaşıb şəkil çəkmək istədim. Heykəl ətrafında o qədər adam var idi ki, çəkə bilmədim. Üzülmədim, əksinə, sevindim.

İndi Tağıyevin “İşərişəhər” metro stansiyası ilə üzbəüz abidəsinin önünə hər gün gül dəstəsi qoyulur. Xalq onu necə sevirmiş! Allah sənə qəni-qəni rəhmət eləsin, Hacı!

Sonra deyirlər ki…

Televiziya pultunu götürüb kanallarda maraqlı bir şey axtarırdım. Hansı kanala çevirdimsə, yerli serial verirdilər. Fikirləşdim ki, bir baxım görüm necə serialdır. Yenə eyni ssenari: cinayət, xəyanət, rüşvət və əxlaqsızlıq…

Təəssüfləndim, ona görə ki, tamaşaçının zövqünü oxşayacaq bir film deyil.

Çevirdim Türkiyənin TRT kanalına. Tarixi film verirdilər. Axıra kimi baxdım. Təsirləndim, ağladım. Aktyorlar rol oynamırdılar, səhnəni yaşayırdılar. Niyə bizdə belə filmlər çəkilmir? Bu da serialdır, sadəcə mövzu başqadır. Baxdıqca baxmaq istəyirsən.

Vaxtilə bizdə də tarixi filmlər çəkilərdi: Babək, Nəsimi, Nizami haqqında… Yaxud klassiklərimizin əsərlərinin motivləri əsasında çəkilən filmlər. Məsələn, Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası əsasında çəkilmiş “Dərviş Parisi partladır” filmi. İndiyədək maraqla baxılır, sevilir.

Hətta xalq belə filmlərin qəhrəmanlarının adlarını öz övladlarına qoyur. Mənim adım kimi. Mətanət adı mənə “Bir qalanın sirri” filmindəki Mətanət obrazına görə verilib.

Bəs indiki seriallar? Gənclər bu bayağı seriallardan nə nümunə götürəcək?

Sonra deyirlər niyə yerli seriallara heç kim baxmır. Axı nəyinə baxasan!

Musiqinin sehri

Düz deyirlər ki, musiqinin sərhədi yoxdur. Bir musiqi dinləyirəm, dünyada məşhur olan yəhudi əsilli kamança ustası Mark Eliyahu ifa edir.

Bu gənc oğlanın ifasında kamança sanki nalə çəkir. O, kamança təhsilini Bakıda alıb. Müəllimi kamança ustası Ədalət Vəzirov olub.

Ailəlikcə musiqiçi olan Mark Eliyahu bir çox mükafatlara layiq  görülüb. Onun ifasını dinləyəndə kamanın sehrinə düşürsən və bu musiqi səni çox uzaqlara aparır.

Deməsəm olmaz. Onun ifası mənə Birinci Qarabağ müharibəsini xatırlatdı. Yadıma Azərbaycanın Milli Qəhrəmanı, tankçı, yəhudi balası, şəhid Albert Aqarunov düşdü. Vaxtilə bir müsahibədə Albertə sual vermişdilər ki, sən yəhudisən, bu müharibədə vuruşmasan da olar, niyə burdasan? O isə cavabında: “Mən burada doğulmuşam. Azərbaycan mənim Vətənimdir” demişdi.

Ey xalqınmın qəhrəman oğlu, ürəyi böyük insan! Azərbaycan xalqı səni heç vaxt unutmayacaq! Sən bu xalqın fəxrisən!

Azərbaycanın çörəyi sənə də halal olsun, əziz Mark! İfaların əvəzolunmazdır!

Ölüm qorxusu

Pandemiyada koronavirus infeksiyasından ölənlərin sayı artdıqca insanların içini bir hiss sardı – ölüm qorxusu! Adi qripə yoluxan, soyuqlayıb qızdırması qalxan adam da koronavirusa yoluxub öləcəyindən qorxmağa başladı.

Əvvəllər qrip heç vecimizə də deyildi. Qripə yoluxduğumuz halda işimizə-gücümüzə gedirdik. Amma koronavirus viruslu xəstəliklərə münasibəti dəyişdi. Necə deyərlər, ölüm sənə yaxınlaşdıqca sən həyata daha çox bağlanırsan.

Ancaq 2020-ci ilin Vətən müharibəsində ölümə meydan oxuyan mərd oğullarımızın sayəsində bu hiss də adiləşdi.

Mövlana deyir, ölmək can əmanətini sahibinə təslim etməkdir. Can Allahın bizə verdiyi çox qiymətli bir əmanətdir. Vaxt yetişəndə bu dünyadan o dünyaya yerimizi dəyişəcəyik.

Vətən müharibəsindən qalib çıxdıq. Ümidvaram ki, virusla mübarizədə də qalib gələcəyik.

Xəstəlikdən qorxmaq lazım deyil. Koronavirus nədir ki, Allahdan qorxmaq lazımdır.


Müəllifin başqa yazıları:

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Göz yaşı və biganəlik

Örnək adamlar

Darıxıram, ana

Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar

İnsanı yoran nədir?

Nurlu insan

Qabarlı əllər, gözəl insan

Payız yağışı

Xilaskar, müsəlman dünyası, tənha ağac, təhqir edilmiş şair…

Əsgər şalvarı, yeraltı dünyanın qəhrəmanları, sehirli aləm və yenilik

Adamlar, sevgi hekayətləri, qəbir daşı və dostluq 

Ömrümüzün mənası və əsl sevginin qələbəsi

“Düşüncələr” silsiləsindən

Körpə olsa yaxşıdır və arzu

Laçın reydi

  • 11 Fevral 2022
  • comments

Gürcüstan bahalıq zolağında

  • 11 Fevral 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Hüquq
  • Media
  • Mədəniyyət
  • Nəsr
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda