Vahid Qazi
Fevralın 5-i İsveçin “P2” radiosunda bir musiqiyə qulaq asdım. Yağışlı, boz havada adamın kefini açan musiqi. Ştrausun oynaq valslarından biri.
Diktor konserti Umeo simfonik orkestrinin ifa elədiyini deyəndə təəccübləndim. Belə gözəl konserti yəqin Londonun, Vyananın, Çikaqonun… simfonik orkestri çalar düşünmüşdüm.
Simfonik orkestr şəhərin yüksək mədəni səviyyəsinin göstəricisidir. Muzeylər, teatrlar, universitetlər, sərgi salonları, əyləncə parkları… hər şəhərdə ola bilər. Simfonik orkestr isə çoxlu musiqiçinin, klassik musiqiyə dəyər verən şəhər elitasının, böyük dinləyici ordusunun varlığına dəlalət edir. Şəhər haqda yüksək fikrə düşürsən.
Məsələn, ABŞ-ın Çikaqo şəhəri qanqsterlərin oylağı, ölkənin ən kriminal yeri kimi tanınıb. Çikaqo simfonik orkestri o şəhərin imicini dəyişir. Orkestrin ifasında Bethovenin 9-cu simfoniyasına qulaq asmaq bəsdir. Dünyanın ən peşəkar orkestrlərindən biridir.
Umeo isə yaşadığım cənub şəhərindən 1188 kilometr yuxarıda yerləşir – İsveçin şimalında ən iri şəhərdir.
Axşam evə gələndə kompüterdə axtarış verdim. Öyrəndim ki, bizimlə eyni sayda – 10 milyon əhalisi olan İsveçdə 45 simfonik orkestr var! Siyahıda bir vaxt oğlumun da skripka çaldığı Karlskrona şəhər orkestrinin olmaması onu deyirdi ki, say hələ daha çoxdur.
Bizdə isə Bakıdan savayı bir də Gəncədə filarmoniyanın simfonik orkestrini xatırlayıram. Başqa şəhərlərimizdə belə orkestrlərin olduğunu eşitməmişəm.
Qəsdim 200 ildir konstitusiyası olan, müharibə görməyən, dünyanın ən azad ölkələrindən biri kimi ad çıxaran İsveçlə Azərbaycanı müqayisə eləmək deyil. İsveçin musiqi ənənəsindən danışmıram da: 1782-ci ildə yaranan İsveç Kral Operasından, İsveç klassik musiqisinin banisi sayılan Yohan Romanın 1731-ci ildə ilk publik konsertlər təşkil etməsindən söz açmıram. Bir onu deyirəm ki, bizimlə müqayisədə orta musiqi məktəblərinin səviyyəsi ölçüyəgəlməz dərəcədə aşağı olan bu ölkənin demək olar hər şəhərində simfonik orkestr var.
Azərbaycanda yüzlərlə orta musiqi məktəbi, musiqi təhsili verən neçə lisey, ali təhsil ocağı fəaliyyət göstərir. Hər il minlərlə məzun bu məktəblərdən diplom alır. Bacarıqlı idarəçilər, təşkilatçılar, mədəniyyət strategiyası lazımdır ki, bu qədər musiqiçidən orkestrlər yarada, ölkənin mədəniyyət mühitində dönüş edə.
…Fevralın 5-i Qara Qarayevin 104 illiyi idi. O, dünya klassik musiqi mozaikasında Azərbaycan naxışıdır. Adına layiq işimiz olsun!..
Helsinqborq, İsveç
Müəllifin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı
Varis Diriye, Opra Uinfri və bizim Bircə
Berqman, Tarkovski və Qotland adası
Bir cənub şəhərinin yubilyarına
Hədəfə çatmağın köçəri quş yolu
İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?
Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti
Şuşa inauqurasiyası, mən, qarğalar…
Qarabağdan danışmaq yasaqlanır?..
Rusun iti, Putinin bülbülü və sair
Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)
Atamın şilləsi, sevgisi və 20 yanvar