• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dəniz Yücəl Almaniya PEN mərkəzinin prezidenti seçilib

  • 01 Noyabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Türk əsilli yazıçı-jurnalist Dəniz Yücəl PEN-klubun Almaniya mərkəzinin prezidenti seçilib.

PEN-klub qələm adamlarının beynəlxalq assosiasiyasıdır, 1921-ci ildə Böyük Britaniyada yaradılıb. Hazırda bu qurumun dünyada 150-yə yaxın muxtar mərkəzi var. Almaniyada PEN mərkəzi 1924-cü ildə təsis olunub.

1973-cü il təvəllüdlü Dəniz Yücəl Almaniyada doğulub. Almaniya və Türkiyə vətəndaşıdır. 2017-ci ilin fevralında casusluqda, terror təbliğatı aparmaqda, sabitliyi pozmaq cəhdində təqsirli bilinərək Türkiyədə həbs edilib və bir il həbsdə saxlanıb. Həmin vaxt Dəniz Yücəl Almaniyanın “Die Welt” qəzetinin Türkiyə üzrə müxbiri olub.

Azadlığa çıxandan sonra yazıçı-jurnalist Almaniyaya qayıdıb.

Türkiyə hökuməti dəfələrlə Dəniz Yücəli casusluqda, ABŞ-da yaşayan islamçı alim Fətullah Gülənə bağlı çevrə ilə – Türkiyədə FETÖ adı verilmiş terror təşkilatı ilə əlaqədə, terrorçu PKK-ya dəstək olmaq üçün Almaniyanın Federal Kəşfiyyat Xidmətinə işləməkdə ittiham edib.

2017-ci ildəki bir çıxışında Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Dəniz Yücəlin jurnalist yox, casus olduğunu vurğulayıb.

Novator.az saytı xəbər verir ki, Dəniz Yücəl Almaniya PEN mərkəzinə 2019-cu ildə üzv olub. O, mərkəzin prezidenti postunda Requla Venskeni əvəz edib. 2017-ci ildən Almaniya PEN mərkəzinə prezidentlik edən Requla Venske 2021-ci il seçkisində namizədliyini irəli sürməyib.

Almaniyanın “Deutsche Welle” telekanalına açıqlamasında Dəniz Yücəl PEN mərkəzinin prezidenti seçilməsində onun 2017-2018-ci illərdəki həbsinin rol oynadığını inkar etməyib.

Mənbə: Dw.com

Avropa beşliyində

  • 01 Noyabr 2021
  • comments

Dövlət rüsumu: məbləğlər necə dəyişir?

  • 01 Noyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Hüquq
  • Media
  • Nəsr
  • Poeziya
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda