• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalist, yoxsa sülh qurucusu?

  • 05 Oktyabr 2021
  • comments
  • Novator.az
  • Posted in ManşetMediaTribunaYazarlar

Seymur Kazımov

30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi hər iki ölkənin media mənsublarına da təsirsiz ötüşməyib. Bu illər ərzində beynəlxalq təşkilatların sülh quruculuğu ilə bağlı layihələrinə vətəndaş cəmiyyəti təmsilçiləri ilə yanaşı jurnalistlər də cəlb olunub. Buradan əsasən iki məqsəd hasil olurdu: jurnalistlərə sülh quruculuğuna dair vərdişləri aşılamaq və jurnalist yazısı ilə prosesə töhfə vermək.

Hər iki məqsəd nəzəri cəhətdən həm mümkün, həm real görünsə də, digər tərəfdən jurnalistika prinsipləri ilə müəyyən ziddiyyət təşkil edir. Jurnalistin sülhə töhfə verməsini də, təəssüflər olsun ki, bir çoxu səhv anlayır, sanki jurnalist müharibənin dəhşətlərini yazmalı deyil, çünki sülhə ziyandır. Belə deyil, “sülhə töhfə” o deməkdir ki, jurnalist hazırladığı materialda nifrət nitqinə, münaqişə tərəflərindən birinə simpatiyaya, öz dövlətinin müharibəsini işıqlandıranda onun maraqlarını müdafiə etməyə və başqa bu kimi hallara yol verməli deyil.

Jurnalist bəşəriyyətin yox, yalnız auditoriyasının qarşısında hesabatlıdır. O söz verir ki, yalan danışmayacaq, yalan yazmayacaq. O “nə zamansa dünyada və Qafqazda sülhü yayacağam” kimi iddiada olmur. Jurnalist öz təxəyyülünü deyil, mövcud olanı lentə alır və yazır. Dağılmış bir kəndə daxil olursa, orada ancaq dağıntı görünürsə, onun fotosunu çəkir. Cəsədlərin və yaxud digər həssas məsələlərin lentə alınıb-alınmaması isə etik məsələdir, bunun da sülhə dəxli yoxdur. Jurnalist publisist deyil, heç yazıçı da deyil. Jurnalist mövcud olanı başqalarına göstərəndir. Fikir verin, “mövcud olanı”, yəni nəyisə düzüb-qoşmur. Buna da fikir verin ki, biz peşəkar və vicdanlı jurnalistlərdən danışırıq, digər kateqoriyalı həmkarlarımızdan gözləntimiz yoxdur. Aydın məsələdir ki, bir yazı müharibəni alovlandıra da bilər, o alovu söndürə də.

İstər “İkinci Qarabağ” müharibəsi dövründə, istərsə də postmüharibə dövründə həm şəxsən qarşılaşdığımıza, həm də müşahidələrimizə əsasən deyə bilərik ki, peşəkar və vicdanlı jurnalistlərdən gözləntilər bu deyildi. Müharibənin dəhşətlərini işıqlandıran media mənsubundan sülhpərvər yanaşma tələb olunurdu. Yerli hökumətlər tez-tez deyir ki, jurnalist müharibədə qələmini süngüyə çevirməlidir, milli maraqları qorumalıdır; beynəlxalq ekspertlər də təklif edirdilər ki, jurnalist sülhə töhfə versin. Müharibənin, hərbi əməliyyatların və bunların törətdiyi humanitar fəlakətin ortasında dayanan jurnalistin ilk işi sağ qalmaq, ikinci vəzifəsi də informasiya verməkdir.

…2020-ci il. Oktyabrın 17-də Ermənistan Silahlı Qüvvələrinin birləşmələri Gəncə şəhərini növbəti dəfə bombalayır. Hadisə yerindəyik. Dağıntılar altından insan cəsədləri çıxarılır. Xəstəxanalardan birinə yollanırıq. Orada dağıntılar altından çıxarılmış sakinlərlə görüşürük. Bu an diqqətimi çarpayıda yatan uşaq cəlb edir. O vaxt 3 yaşı vardı – Xədicə Şahnəzərli. Xədicənin atası, anası və 11 aylıq bacısı həmin gecə həlak oldular. Xalası yanında idi, səssizcə ağlayırdı, məlumatı yox idi ki, uşağın bütün ailə üzvləri artıq həyatda yoxdur. Mən bilirdim, özünə demədim. Çox narahat idi, tez-tez telefonuna baxırdı, xəbər gözləyirdi… Amma onun eşitmək istəmədiyi və bilmədiyi xəbər artıq çıxmışdı… Özünə bir söz demədim, palatadan çıxdım. Bir neçə dəqiqədən sonra Xədicənin yatdığı yerdə fotosu və əhvalatı dünyanın aparıcı media qurumlarından birində dərc olundu.

Sülh quruculuğu gərəkli və vacib işdir, amma bu, başqalarının işidir.

Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

Sosial medianın qanuni yollarla inhisara alınması

Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması

Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?

Məsuliyyətsiz jurnalistika

Vətəndaşın “informasiya aclığı” problemi

KİV-lə işin düzgün qurulması təlimatı

Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri

Natamam jurnalistika, məlumatlı əhali

İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir

Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?

Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə

ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?

Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi

KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı

Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik

Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər

Mətbuat günümüz və bu günün reallığı

Manipulyasiya – jurnalistikanın gizli funksiyası

KİV-in nəzarət mexanizmi niyə çalışmır?

Dağlıq Qarabağ məsələsini beynəlxalq tədbirlərdə necə səsləndirməli?

Jurnalist mitinqdə və ya PRESS gödəkcəsi indulgensiya deyil

Seçkidə məğlub olan jurnalistin peşəsinə dönüşü etikdirmi?

Media koronavirusla bağlı hansı suallara cavab tapmalıdır?

Operativ qərargahın informasiya siyasəti

MEDİA-ya təklif: vəsaiti necə xərcləməli 

Azərbaycanda siyasət və siyasətçilərin məhv etdiyi mətbuat

Gürcüstanın bahalaşma statistikası

  • 05 Oktyabr 2021
  • comments

Nobel sülh mükafatı: kimlərin şansı var?

  • 05 Oktyabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda