Mətanət Natiq
İşdən çıxıb evə gedəndə həyətdə divarın küncünə qısılıb siqaret çəkən bir qadın görürəm.
Siqaret çəkməyini gizlətmək istəyir.
Fikrimcə, qadına siqaret çəkmək yaraşmır. Amma pis də baxmıram. Bu onun öz işidir.
Deyək ki, ölkəmizdə avropalaşma gedir. Xarici ölkələrdə bu adi haldır. Çəkirsə aşkarda çəksin, heç kəsdən çəkinməsin, gizlətməsin.
Mən Vətənimin qadınını azad görmək istəyirəm. Amma azadlıq siqaret çəkmək də deyil.
Ölkəmizdə kişi-qadın bərabərhüquqludur. Azadlığımızı faydalı, ictimaiyyətə lazım olan işlərə sərf etsək olmazmı?
Bəlkə də onu siqaret çəkməyə məcbur edən səbəblər var. Ya da zövq üçün çəkir. Əgər siqaret zövq üçündürsə, bu, vərdiş halına çevrilə bilər.
Böyük bəlalar kiçik vərdişlərdən yaranır. Bu vərdişdən qurtulmağınsa bir yolu var: möhkəm iradə!
İradə beynin sütunudur. İnsanı hər şeyə sürükləyən də, qurtaran da beyindir.
Fikir vermisinizsə, dahi rəssamlar belə əlində siqaret olan qadın rəsmi çəkməyiblər.
Hər insanın içində bir günəş var. Bu günəşi pis vərdişlərdən qorumalıyıq.
Son zamanlar ölkəmizə xeyli narkotik vasitə daxil olur. Dövlət qurumları onların bəzisini aşkarlayıb məhv edir. Narkotikin nə dərəcədə zərərli olduğunu və insanı nəyə sürüklədiyini isə hamımız bilirik.
Bu bəlanın qarşısını almaq işində təbliğatın da çox böyük əhəmiyyəti var. Doğrudur, ictimai nəqliyyatda – metroda, avtobuslarda narkomaniya əleyhinə təşviqat materiallarına rast gəlmək olur. Amma yenə azdır.
Beyni dumanlandıran bu “ağ ölüm” bəşəriyyətin bəlasıdır.
İndi mən sizə sual verirəm: Qadının əlində körpə olsa, gül olsa yaxşıdır, yoxsa?..
Dənizin sahilində gəzmək istəyirəm – torpağın istisini hiss etmək üçün.
Mavi dənizin üstündə uçan qağayılara qoşulub göylərə uçmaq istəyirəm – sonsuz səmanı, ulduzları kəşf etmək üçün.
Elə bir insan görmək istəyirəm, torpağın üstündə elə gəzsin ki, otları belə incitməsin.
…Lakin bunlar hamısı arzu olaraq qalır.
Müəllifin başqa yazıları:
Ümidlə yolçuluq
Səssizlik
Vətənim
Atılmış
Göz yaşı və biganəlik
Örnək adamlar
Darıxıram, ana
Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar
İnsanı yoran nədir?
Nurlu insan
Qabarlı əllər, gözəl insan
Payız yağışı
Xilaskar, müsəlman dünyası, tənha ağac, təhqir edilmiş şair…
Əsgər şalvarı, yeraltı dünyanın qəhrəmanları, sehirli aləm və yenilik
Adamlar, sevgi hekayətləri, qəbir daşı və dostluq
Ömrümüzün mənası və əsl sevginin qələbəsi
“Düşüncələr” silsiləsindən