Rövşən Ağayev
Türkiyənin “TRT Belgesel” kanalında maraqlı bir müqayisəyə rast gəldim.
Yuva qurmaq istəyən bal arıları üçün bir-birinə yaxın məsafədə üç qutu qoyulub. Qutular bir-birindən arıların daxil olması üçün qoyulan qapının ölçüsünə görə fərqlənir. Arılar elə qutu seçməlidir ki, giriş qapısının ölçüsü təhlükəsizliyi təmin eləsin – yəni kənardan onlara zərər yetirilə biləcək qədər böyük olmasın.
“Yoxlayıcı arı” qutulara yaxınlaşır, dəyərləndirmə apardıqdan sonra axtarışda olan sürünün müvəqqəti toplandığı yerdə xüsusi titrəyişlə siqnal verir, birgə qərar əsasında çoxluğun doğru bildiyi qutuya tərəf hücum çəkirlər. Arılar daha təhlükəsiz – giriş qapısı ən kiçik olan qutunu seçir.
Proqramda insan toplusu üzərində aparılan bir eksperiment də təqdim olunur. Satış bazarında iribuynuzlu heyvan seçib onun çəkisini təxmin etmək üçün müxtəlif insanlara müraciət edirlər. Bütün təxminləri toplayıb orta çəki çıxarırlar – 588 kiloqram.
Sonra peşəkar mütəxəssisə – zootexnikə müraciət edirlər. Onun təxmini 584 kiloqram olur.
Heyvanı tərəziyə çıxarırlar – 595 kiloqram.
Nəticə budur ki, kollektiv təxmin peşəkar mütəxəssisin təxmininə nisbətən daha az yanılıb.
Doğrudur, realdan çox aşağı, eləcə də çox yüksək olan təxminlər var. Amma bütün bu kənarlaşmalar nəticənin obyektiv olmasına təsir etmir. “Obyektiv orta” cəmiyyəti doğru yolda saxlayır.
Proqramı hazırlayanların ümumiləşdirməsi budur ki, istər insan toplumu olsun, istər heyvan sürüsü – ortaq ağıl daha rasional qərar verir.
Qısası, “cəmiyyəti özbaşına buraxmaq olmaz, hələ yetkinləşməyib, “seçkin ağıl” hələ bir müddət ona yön verməlidir” kimi fikirlər manipulyasiyadır. Heç vaxt bir nəfər bütöv cəmiyyətdən ağıllı ola bilməz.
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar
Avtomobil parkımız niyə köhnəlir?