• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hərbi jurnalist, yoxsa müharibə müxbiri?

  • 19 May 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetMediaTribunaYazarlar

Hikmət Nazim

Yazı-pozu adamı olduğumu nəzərə alıb hərdən soruşurlar: filankəs özünə “hərbi jurnalist” deyir, o, həqiqətən də hərbi jurnalistdir? Cavabım belə olur ki, təkcə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi 4 mindən çox məzuna diplom verib, amma həmin fakültədə “hərbi jurnalistika” ayrıca bölmə kimi tədris olunmur.

Ölkədə bu sahədə ixtisaslaşmış kadr yetişdirən kurslar da yoxdur, ona görə filankəs hərbi jurnalist olduğunu iddia edirsə, ola bilər. Bəlkə kimsə xarici ölkələrdə kurs keçib – bu üzdən “deyil” demək olmur.

Keçən həftə yenə eyni sualla üzləşdim. Suala sualla cavab verdim, bilindi ki, filankəs başqa mövzularda daha çox yazıb, hətta bir kriminal avtoritet haqqında sənədli film üzərində işləyir, keçmiş hərbçi olduğuna və bu mövzuları yaxşı bildiyinə görə özünü “hərbi jurnalist” kimi təqdim edir.

Türkiyəli məşhur reklam rejissoru var: İlker Canikligil. Bir dəfə ondan adamın nə vaxt və necə rejissora çevrildiyini soruşublar. O da yarızarafat, yarıciddi “özünə “rejissor” dediyin andan rejissorsan” deyib. Di gəl, özünü rejissor kimi təqdim etdiyin adamlar sənin hazırladığın tamaşaları, çəkdiyin filmləri görmək istəyə bilərlər.

Ölkədə özünə “hərbi jurnalist” deyən adam çoxdur. İnsanların özünü necə və nə cür təqdim etməsində də problem yoxdur. Belə olan halda haqlı olaraq oxucuların və tamaşaçıların da soruşmaq ən təbii haqqıdır ki, ölkədə hərbi sahədə ixtisaslaşmış jurnalist varkən niyə 2020-ci ilin Vətən müharibəsi dövründə Azərbaycan mətbuatı xarici telekanalların, xüsusilə də türkiyəli jurnalist Fulya Öztürkün cəbhə bölgəsindən hazırladığı reportajların ümidinə qaldı?

Bəli, onu hamı bilir ki, ölkədə bürokratiya hökm sürür. Burada hətta jurnalistlər belə kiminsə adamı ola bilir. Kütlə belə mövzularda həssasdır. “Azərbaycandakı müharibəyə dair informasiyanı niyə ancaq xarici mediadan almalıyıq” deyə etiraz edəndə hakimiyyət görüntü yaratmaq xətrinə özünün belə məqamlar üçün yetişdirdiyi bir neçə adamı göndərdi cəbhə bölgəsinə.

Təsəvvür edin, hökumətin iki-üç ildə bir ev verdiyi jurnalistlərin çoxu cəbhə bölgəsinə buraxılmadı, amma xalq artisti Tünzalə Ağayeva çiynində kamera, əynində jilet “odun-alovun içindən reportaj hazırlayırdı”.

Niyə? Hökumət universitetlərdə verdiyi təhsilə inanmır. Bilir ki, bir dənə də olsun ixtisaslaşmış kadrı yoxdur, yarıtmayacaqlar. Hərçənd bu məsələ universitetlərin jurnalistika fakültələrinin də problemi deyil, vaxtında kurslar təşkil olunmalı idi. Ən azından qeyri-hökumət təşkilatları boğulmamalı idi. Boğdular. Beş-on nəfər təlimlərdə iştirak edib özünü inkişaf etdirirdi, onu da çox gördülər.

Əvəzində heç bir işi yiyəsinə tapşırmadıqları kimi bu iş də Müdafiə Nazirliyinə tapşırıldı. Daha doğrusu, Azərbaycan Ali Hərbi Məktəbinə. Kursantlardan jurnalist düzəltmək eşqinə düşdülər.

Özlərinin dediyinə görə, 2015-ci ildə mülkidən iki nəfər çağırıb Rusiya Federasiyasında hərbi jurnalist ixtisası üzrə ali hərbi təhsil almağa göndərdilər.

O uşaqlar oxuduqları ali hərbi məktəbi yəqin çoxdan bitiriblər. Haradadır onlar? Uzağı üç il-beş il sonra görəcəksiniz ya Müdafiə Nazirliyinin, ya da ona bağlı olan hansısa qurumun ictimaiyyətlə əlaqələr şöbəsində çalışırlar. Bu da olmasa, hansısa kanalda hərbi veriliş aparacaqlar. Bizdə “jurnalist” deyəndə ictimaiyyətlə əlaqələr şöbəsində çalışan adamlar nəzərdə tutulur, çünki ən populyar və sözün bütün mənalarında ən imkanlı media qurumları belə onların dediyi ilə oturub durur.

Bəndəniz 2013-cü ildən 2015-ci ilə qədər cəbhə bölgəsindən informasiya hazırlayıb. O vaxtlar idi ki, televiziyalar bizim yazılarımızı istinadsız-filansız oxuyurdular. İndi ancaq Müdafiə Nazirliyinin mətbuat xidmətinin göndərəcəyi press-relizlərin və ya sayta yerləşdirəcəyi videoların ümidinə qalan televiziyalar hökumətin ağzı ilə “dəqiqləşdirilmiş”, “dəqiqləşdirilməmiş” informasiyadan danışırlar, adamın gülməyi tutur.

Axı informasiyanın doğru olub-olmadığını yalnız nazirlik müəyyənləşdirirsə, orada şəffaflıq ola bilməz. Media özü birbaşa prosesin içində olmalıdır. Amma hamı bir ağızdan bunun əksini deyirdi müharibə dövründə. Bir o qalmışdı deyələr ki, şəhid dəfnini də çəkməyin. Hərçənd internetin məhdudlaşdırılması, kütlənin böyük əksəriyyətinin televiziyaların ümidinə qalması elə bu demək idi. Ölkə informasiya blokadasında idi.

Bütün bunları çək-çevir edib yazının sonuna doğru bu qənaətə gəldim ki, “hərbi jurnalist” ifadəsi doğru deyil. Daha doğrusu, Azərbaycan standartlarını nəzər alsaq, prezidentin köməkçisi Hikmət Hacıyev kifayət qədər peşəkar “hərbi jurnalistdir”. Belə ki, konfliktin tarixinə dair kifayət qədər məlumatlıdır, ən azı beş-altı silah adı, üstəlik, onların təyinatını bilir. Müharibənin gedişatı haqqında gündəlik informasiya verirdi, ölkə mediası da onun dediyini təkrar edirdi. Daha nə olsun?!

Dostumun nəzərdə tutduğu isə “müharibə müxbiri”dir. Müharibə olsun, yüngülvarı atışma olsun – fərq etmir, güllə səsi eşidəndə cəbhə bölgəsinə gedib döyüşün içindən informasiya verən adama deyilir.

2015-ci ildə jurnalistlərin cəbhə zonasında akkreditasiyası və cəbhə zonasına xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydası təsdiqlənəndən bəri Azərbaycanda bu tip jurnalistlərə “dəqiqləşdirilməmiş” informasiya daşıyıcıları kimi baxırlar; çünki bu tip jurnalistlərin əksəriyyəti ipə-sapa yatan adamlar olmadığı üçün akkreditasiya olunmurlar.

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

Bakılının erməni musiqisinə qulaq asmağı

Yola verənlər…

Medianın azad fikrə reaksiyası

Bloqçu Mehman və jurnalist…

Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?

Qanalı Əhməd və azərbaycanlı Rasim

Senzura haqqında bir neçə kəlmə

Çörəklə sınağa çəkilənlər…

Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər

İntim görüntüləri yayılan kimdir?

“Sevgilisi var – ona görə”

Şura “11” deyir, İşçi Qrupu “9”…

Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?

Müxbiri müsahibin ayağına verənlər…

Bölgələrdən niyə xəbər yoxdur?

Moskva razılaşması haqqında bir neçə söz

Zamanla ayaqlaşmaq

Bir cümlədə üç xəta

Televiziyalar niyə hələ də var?

Efir ehtirası…

Media və ikili standart

“Zombiləşmiş” müxbir

Əminənin qətlində türk seriallarının payı

Yüksək oxu sayına güvənmək olarmı?

Ezop dili və yayınan hədəf

Yuxudan oyananda nə edirsiniz?

Elektron kitablar və virtual müsahibələr…

Halbuki…

Media və seçici

Jurnalistin döyülməsi adiləşməməli

Qorxuya əsaslanan media

“Niyə maska taxmamısan?”

“Vətən uğrunda atılmış addım”

Ermənistan parlamentinə ilkin iddiaçılar

  • 19 May 2021
  • comments

Sərhəd olayı: İran vətəndaşı zərərsizləşdirilib

  • 19 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Ordu
  • Siyasət
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda