• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Özünə oxşayırdı Musa Yaqub

  • 08 May 2021
0
SHARES
FacebookTwitterPinterest

Onun sözü də özü kimi sadə və səmimi idi. Min illik poeziya tarixində özünəməxsus bir cığır açmışdı, heç kəsə oxşamağa çalışmırdı, özünə oxşayırdı Musa Yaqub. Həzrəti Musa kimi sehrli çubuğu olmasa da, təbiətin sözdə ifadə olunan möcüzəsi kimi çoxlarını öz sözünün sehrinə sala bilmişdi.

Onun şeirlərindən quşların səsi, yarpaqların pıçıltısı, çayların, bulaqların zümzüməsi gəlirdi. Sözləri də özü kimi dağların qoynuna sığınmışdı. Musa Yaqub sözü cilalamadan, ram etmədən, onu öz poetik süzgəcindən keçirmədən, öz lirik düşüncəsinə doğmalaşdırmadan ona meydan verməzdi. Onun bir-birindən gözəl əsərlərində söz-sözü çəkir, nizamı pozulmuş dünyadan fərqli olaraq hər söz, hər kəlmə, hər ifadə öz yerini bilir, sözün qüdrəti heyrətamiz şəkildə poetik ifadə formasında təcəlla edir.

Musa Yaqub örnək ola biləcək qədər maraqlı bir şəxsiyyət, tamahsız bir ziyalı, təmənnasız bir şair idi. Nəinki maddi, heç poetik təmənnası da yox idi Musa Yaqubun. Ölkədə bütün ədəbi və mədəni mülkiyyət özəlləşdiriləndə Musa Yaqub da sözü özəlləşdirdi. Ona görə şeirləri heç kimin şeirlərinə, yaşayışı heç kimin yaşayışına, dərdi heç kimin dərdinə bənzəmirdi.

Onun dərdinin də ayaqları vardı və qarabaqara onu izləyirdi. Bir çox Azərbaycan “xalqçısı” hökumətdən bütün imtiyazları alandan sonra Fəxri xiyaban üçün “işləyir” və bu elitar dəfn yerinə etibarlı qəbz alandan sonra arxayınlıqla “axirətə” qovuşur. Təbiətin qoynundan çıxmış Musa Yaqub bu baxımdan da cəmiyyətə örnək verdi.

Çox görüşümüz, söhbətimiz olmuşdu Musa Yaqubla. Onun şeirlərini öz dilindən eşitməyin ayrı bir gözəlliyi vardı. Çünki o şeirlərin dərdini özü hamıdan yaxı bilirdi, onun qəlbindən doğan hər kəlmənin ahəngini, cizgilərini, sözün ləngərini və rəngini, eniş-yoxuşunu onun özü kimi heç kim ifadə edə bilmirdi. Səsli-küylü Bakıda da, təbiətin incisi olan Buynuzda da Musa Yaqubun həmişəyaşar söz incilərini onun öz dilindən eşitmişik. Və bu incilər poetik yaddaşın həzin bir səsi, isti bir nəfəsi kimi tək təbiəti deyil, cəmiyyəti də isindirəcək, sözün səhəri kimi açılacaq və hələ uzun müddət çoxlarını sözün sehrinə salacaq.

Cəmil Həsənli
Tarix elmləri doktoru

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllının Buynuz kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar İttifaqında, “Azərbaycan” jurnalında məsul vəzifələrdə çalışıb, İsmayıllıda rayon qəzeti “Zəhmətkeş”in redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə başlayıb, şair kimi tanınıb.

24 may 2019-cu ildə xalq şairi fəxri adına layiq görülüb.

Musa Yaqub 2021-ci il mayın 7-də vəfat edib. Şair mayın 8-də öz vəsiyyətinə uyğun olaraq Buynuz kəndinin qəbiristanlığında dəfn edilib.

Qarabağ Komitəsindən ittihamlar

  • 08 May 2021

Üç ayın qəza statistikası

  • 08 May 2021

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
ManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
ManşetŞərh

Təklif və suallar

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
ManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualXəbər

Xaricdəki əsas tərəfdaşlar

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualXəbər

İxrac-idxal dinamikası

comments
AktualManşetXəbər

Dörd ayın ticarəti

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda